Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə57/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

 
117
hökm verəcəkdir. Belə ki, buynuzsuza haqsızlıq etmiş olan buynuzluya 
qisas tətbiq ediləcəkdir. Bu işlər tamamlanıb heç bir heyvanın digərində 
haqqı qalmadıqda Allah heyvanlara: «Torpaq olun!» deyə buyurar. O, 
vaxt kafir: «Kaş ki, mən də torpaq olardım» deyər
360
 
Buna görə  də  əziz və hörmətli qardaş  və bacılarım gününüzü və 
vaxtınızı  nəyə  sərf etdiyinizi fikirləşin. Çünki o, günü bu haqda 
fikirləşmək sizə heç bir fayda verməyəcəkdir.  İbn Məsud  - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf 
etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara 
xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca 
ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir»
361
.  
 
SIRAT 
Əhli Sünnə  vəl Cəmaat Qiyamət günü insanların keçəcəkləri sırat 
körpüsünə  də inanırlar.  Sırat  –  məna etibarı ilə geniş yol, izlənilən yol 
deməkdir.  «Şübhəsiz bu mənim sıratımdır  (yolumdur). O, halda ona 
uyun».  (əl-Ənam 153). Allahın haqq dini olan bu sıratın üzərində doğru 
yeriyən bir kimsə axirətdə də o, sıratın üzərində doğru yeriyə biləcəkdir.  
Sırat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə  və  qılıncdan 
itidir
362
. Cənnət ilə  Cəhənnəm arasındakı körpüdür. İnsanlar  əməllərinə 
görə  sıratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi 
ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi 
dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də 
zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan 
keçəcəkdir. Ta ki, günahlarından və kirlərindən təmizlənənə qədər. Sıratı 
keçən kimsə isə  Cənnətə girməyə hazır olacaqdır.  Ən sondakı qarnı 
üzərində sürünərək keçər və: “Ya Rəbbim! Nə üçün məni süründürdün?”. 
Allah: “Mən səni süründürmədim,  əksinə  əməllərin səni süründürdü” 
buyurar.  «O, gün mömin kişilərin və qadınların nurunun onların 
önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sırat körpüsündə onlara 
yol göstərdiyini)  görəcəksən».  (əl-Hədid 12). Aişə  - radıyallahu anhə – 
deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! 
Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa 
göylərlə əvəz olunacaq!». (İbrahim 48) - ayəsi haqqında: «O, gün insanlar 
harada olacaqlar, ya Rəsulallah?» deyə soruşdum. Peyğəmbər – sallallahu 
                                                 
360
 Beyhəqi «Basu vən Nuşur» 327, Əhməd 2/363, Tirmizi 3/4. 
361
 Musnəd 2/254, Tirmizi 2/67, əl-Albani «Səhih Hədislər Silsiləsi» 2/629, 946. 
362
 Müslim.  


 
118
aleyhi və səlləm – buyurdu: «Sırat üzərində»
363
. Ənəs - radıyallahu anhu – 
deyir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən: «Ey Allahın 
Rəsulu! Mənim üçün şəfaət edərsənmi?». O: «Bəli» deyə buyurdu. Mən: 
«(Məhşərdə) Səni harada axtarım?» dedim. O: «Məni Sırat körpüsünün 
yanında axtar» deyə buyurdu. Mən: «Əgər səni orada tapmasam». O: «O, 
zaman məni Kövsər bulağının yanında axtar» deyə buyurdu. Mən: «Əgər 
səni orada da tapmasam?» dedim. O: «O, zaman məni tərəzinin yanında 
axtar. Çünki Qiyamət günü mən bu üç yerdən birinin yanında 
olacağam»
364
. Aişə - radıyallahu anhə – deyir ki, atəşi xatırlayıb ağladım. 
Peyğəmbər: “Nə üçün ağlayırsan? (səni ağladan nədir?)” deyə soruşdu. 
Mən: “Cəhənnəmi xatırlayıb ağladım. Qiyamət günü ailənizi xatırlayacaq-
sınızmı?” deyə soruşdum. Peyğəmbər: “Üç yerdə kimsə kimsəni xatırla-
maz: Mizan yanında – hesabı  ağırmı, yüngülmü gəldi – öyrənincəyə 
qədər. Əməl dəftərinin verildiyi zaman, yəni kitabının sağınamı, solunamı, 
yoxsa arxasınamı qoyulacağını bilənə qədər. Sırat (körpüsü) Cəhənnəmin 
üstünə qurulduğu (və oradan) keçildiyi zaman, iki tərəfdən tikanlar
qırmaqlar və Allah onlarla istədiyi məxluqu tutduğu zaman, kimin 
qurtulub, kimin də qurtulmadığı aydın olduğu zaman”
365
.  Ənəs  
radıyallahu anhu – deyir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Sırat ülgüc və ya qılınc kimi itidir, mələklər mömin kişi və 
qadınları qurtarırlar (kömək edirlər). Cəbrail  -  əleyhissəlam - qarşımı 
kəsər mən də: “Ya Rəbbim, qurtar, qurtar, o gün çox kişi və qadın ora 
düşər”.  
İman və  əməllərə görə onlara nur verilir. Atəşdən gələn qırmaqlar 
günahlara görə qaparlar. Münafiqlər dünyada möminlərlə olduqları kimi, 
axirətdə  də möminlərlə birlikdə onlara nur veriləcəkdir. Lakin körpüyə 
çatdıqda onların nuru sönər. Utbə b. Yəkzandan gələn rəvayətdə  İbn 
Abbas  - radıyallahu anhu – deyir ki: “Ey iman gətirənlər! Allaha 
səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq  şərtilə) tövbə edin. Ola 
bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) 
altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz 
Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların 
(iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən 
və sağ  tərəflərindən axıb  şölə saçarkən onlar belə deyəcəklər: “Ey 
Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, 
Sən hər  şeyə qadirsən!”.  (ət-Təhrim 8).  Sırat üzərində möminin nuru 
                                                 
363
 Müslim.  
364
 Tirmizi “Qiyamət” 10, 2435, Əhməd 3/178.  
365
 Əbu Davud “Sünən” 28, 4755.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə