Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə56/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

 
115
qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin 
uzunluğu gözün son görmə  həddi qədər olacaqdır». Sonra ondan 
soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya 
Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı 
əməl varmı?» Həmin  şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» 
deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə 
sənə bu gün ədalətsizlik olunmayacaqdır». Onun qarşısına: «Lə  İləhə 
İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya 
Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». 
Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə 
qoyacaqlar. «Lə  İləhə  İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və 
Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz»
355
.  
2.  Hisəbun-Niqaş   münaqişə etmək deməkdir. Onlarla etdikləri 
əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. 
Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» 
Qul: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını tək-tək ona söyləyərlər. 
Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: 
«Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını 
sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər. 
Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara 
deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin 
ki, Allahın lənəti zalimlərin üzərinədir» deyiləcəkdir.  «Allaha iftira 
yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, 
şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» 
Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18)
356
Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamət günü kafir gətrilir və 
ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qurtarmaq 
üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab 
verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı 
istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi  şərik qoşmamağın 
(istənilmişdi). Lakin sən  şərik qoşmaqdan başqa bir şey qəbul 
etmədin!»
357
.  
Kafirlərin yaxşı  və pis əməlləri tərəzidə  çəkiləcək kimsələrin  əməlləri 
kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq 
                                                 
355
 Tirmizi 2641,2639, İbn Məcə 1437,4300, Əhməd 4/213, əl-Həkim 1/5,6 
356
 Buxari, Müslim.  
357
 Buxari, Müslim.  


 
116
əməlləri sayılıb və  əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri 
söyləniləcək və bununla da rəzil ediləcəklər.  «Biz onların etdikləri 
əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini 
inkar edənlərin  əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı 
külə bənzəyir. Onlar etdikləri əməllrdən heç bir fayda əldə edə bilməzlər. 
Budur  (haqq yoldan) azıb uzaqlaşmaq».  (İbrahim 18). «O, gün nə bir 
insan, nə  də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. 
Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından 
tutulub yaxalanacaqlar». (ər-Rahmən 39). Çünki kafirin etdiyi yaxşı 
əməllərinin  əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt 
savabların yazıldığı  səhifələrin bom-boş olduğunu görəcəkdir.  Ənəs b. 
Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində 
dünyada ikən  əvəzi verilir. Möminə  gəlincə  şübhəsiz Allah onun 
həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə 
isə onun ruzisini verir»
358
. Aişə - radıyallahu anhə – rəvayət edir ki: “Ya 
Rəsulullah!  İbnu Cənan cahiliyyə dönəmində qohumluq əlaqələrini 
möhkəmlədərdi. Bunun ona bir faydası olacaqmı?” deyə soruşdum. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Xeyr, ona faydası 
olmaz. Çünki o, heç bir zaman: Ya Rəbbim! Qiyamət günü günahlarımı 
bağışla” deməmişdir
359
. Lakin bəzi qrup alimlər qeyd edrilər ki, kafirlərin 
dünyada etdikləri  əməlləri onlar üçün Cəhənnəm  əzabının yüngülləş-
məsinə  səbəb olacaqdır.  Əbu Talib və s. kimi. Lakin Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm –  şəfaəti vasitəsilə  Əbu Talibin əzabının 
yüngülləşdirilməsi məsələsi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
şəfaətinə xas bir istisna hal olaraq qəbul edilmişdir.  
«(Allahın vəhdəniyyətini danan, Quranı yalan hesab edən)  kafirlərin 
əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqda 
ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç 
nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını 
tapar. Allah da onun cəzasını  (layiqincə) verər. Allah tezliklə haqq-
hesab çəkəndir».  (ən-Nur 39). «(Ya Muhəmməd!)  De ki: «Sizə  əməlləri 
baxımından  (axirətdə)  ən çox ziyana uğrayanlar haqqında xəbər 
verimmi? O, kəslər ki, onların dünyadakı  zəhməti boşa getmişdir. 
Halbuki onlar yaxşı  işlər gördüklərini zənn edirdilər».  (əl-Kəhf 103-
104). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü 
cinlər və insanlar xaric olmaqla, Allah yaratdıqları heyvanlar haqqında 
                                                 
358
 Müslim.  
359
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə