Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə51/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

 
105
(öləndən sonra) ora qaytaracaq və  (Qiyamət günü) bir daha oradan 
(dirildib) çıxardacağıq». (Ta ha 55).  
Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O, zaman insanlar 
aləmlərin Rəbbinin hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan 
(sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab səhifəsi kimi büküb 
qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O, gün insanları) 
ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-
Ənbiya 104). Onlar: «Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq 
olduğumuz halda, dirilib yeni məxluqmu olacağıq?» deyirlər.  (Ya 
Muhəmməd!) De ki: «(İstəyirsiniz) daş, yaxud dəmir olun! Və ya 
ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq hesab edin! 
(Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi kim dirildə-
cəkdir?» De ki: «İlk dəfə sizi yoxdan yaradan Allah dirildəcəkdir!». (əl-
İsra 49-51). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar 
Qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr 
ediləcəklər». Aişə - radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, 
qadınlar (birlikdə  çılpaq olaraq həşr ediləcəklər və) bir-birlərinə 
baxmayacaqlar?» Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır»
334
. «(Qiyaməti inkar edən) 
İnsan: «Mən öldükdən sonra (qəbirdən) çıxardılıb diriləcəyəmmi?» deyə 
soruşur. Məgər insan ilk öncə onu heçdən  (yoxdan) yaratdığımızı 
xatırlamırmı?  (Məryam 66-67). «Məxluqatı  əvvəlcə yoxdan var edən, 
sonra da (Qiyamət günü) yenidən dirildəcək».  (ər-Rum 27). «Məgər 
onlar göyləri və yeri yaratmış  və onları yaratmaqdan yorulmamış 
Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı. 
Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün onlardan soruşacaqdır: 
«Məgər bu doğru deyilmi!» Onlar: «Bəli, Rəbbimizə and olsun ki, 
doğrudur!» deyə cavab verəcəklər. Allah buyuracaqdır: «Elə isə 
(dünyada) küfr etdiyinizə görə dadın əzabı». (əl-Əhqaf 33-34).  
əl-Bas  - Öldükdən Sonra Dirilis - sabit, dəyişməz bir haqdır. Kitab, 
sünnə  və müsəlmanların icma ilə  qəbul etdikləri həqiqətdir. Bu xüsusda 
ayələr olduqca çoxdur. Uca Allah öldükdən sonra diriliş haqqında 
Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər
imanları artsın. Bu böyük gün üçün əməl etsinlər 
 
                                                 
334
 Buxari, Müslim.  


 
106
əl-BAS - Öldükdən Sonra Dirilmək - İNKAR 
EDƏNLƏRƏ DƏLİLLƏR 
1. Qurani Kərimdə ayələr dəlildir ki, Allah Qiyamət günü insanları 
dirildəcəkdir.  «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini 
iddia edirlər.  (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz 
mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) 
xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır».  (ət-Təğabun 7). (Ya 
Peyğəmbərim!)  Səndən: «O, (bizi qorxutduğunuz  əzab və ya qiyamət 
günü)  doğrudurmu?» deyə  xəbər alacaqlar. Onlara belə cavab ver: 
«Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara 
bilməzsiniz». (Yunus 53).  
2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir.  «Məgər insan 
onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə  (Rəbbinə) açıq 
düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim 
dirildə bilər?» deyə  hələ bizə  məsəl də  çəkdi. De ki: «Onları ilk dəfə 
yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». 
(Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına 
buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə 
deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. 
Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə 
isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə 36-40). 
İnsanı bir çox mərhələlərlə yaratmağa qadir olan, onu təkrar diriltməyə 
qadirdir. Əksinə təkrar diriltmək yoxdan var etməkdən daha asantdır.  
«Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir 
sudan  (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, 
(qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı  (öləndən 
sonra) yenidən diriltməyə qadirdir». (ət-Tariq 5-9). «Ey insanlar! 
Öləndən sonra yenidən diriləcəyinizə  şübhəniz varsa (ilk yaradılışınızı 
yada salın).  Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən 
(nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir 
şəklə düşmüş  (vaxtında doğulmuş)  və düşməmiş  (vaxtından  əvvəl 
doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. 
İstədiyimizi ana bətnində müəyyən bir müddət  (doqquz ay) saxlayar, 
sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə 
(sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış)  vəfat edər, kiminiz də 
ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtı ilə bildiyini (tamamilə 
unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5). 
3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir.  (Ya 
Muhəmməd!)  Sən Allahın rəhmətinin  əsər-əlamətinə bax ki, torpağı 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə