Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə48/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

 
99
gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: 
«Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» 
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün 
yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). 
Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə 
dayanıb. Üzən adam üzə bacardığı  qədər üzdükdən sonra yanında daş 
topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına 
atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə  ağzını açar o, da daşları 
onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. 
Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir 
müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən 
gördüyün çirkin adamların  ən çirkini). Atəşi alovlandırır və  ətrafında 
fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» 
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ 
çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın 
ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir 
adam vardı. Adamın  ətrafında daha əvvəl heç görmədiyim sayda çox 
uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! 
Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) 
böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və 
gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca 
qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş 
kərpicdən tikilmişdi.  Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş 
etdik. Qapı açıldı,  şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. 
Vücudlarının yarısı gördüklərinin  ən gözəli qədər gözəl, digər yarısı isə 
gördüklərinin  ən çirkini qədər çirkin idi. Mənimlə  gələnlər: «Gedin, o, 
çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin 
ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza 
gəldilər. Çirkinlik onlardan getmiş  və  ən gözəl bir hala gəlmişlər. 
Mənimlə  gələnlər mənə: «Bura Cənnətul Adndır  (Ədn Cənnəti). Bu da 
sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud 
kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: 
«Bərəkəllahu Fikə  – Allah səni mübarək etsin! Mənə icazə verin ora 
girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» 
dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm 
şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.  
İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin 
onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına 


 
100
yatıb qalardı. Bu da onun Qiyamətə  qədər görəcəyi qəbr  əzabıdır. Ağzı, 
burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-
çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə 
qədər görəcəyi  əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə 
zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə  qədər görəcəyi 
əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər 
görəcəyi  əzabdır. Atəşi alovlandıran çirkin adam isə  Cəhənnəmin 
gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim  – 
əlehissəlam – dır.  Ətrafındakı  uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. 
(Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya 
Rəsulullah! Orada müşriklərin də  uşaqları vardır?» Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da»
325

Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər 
ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları 
bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə 
şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail –  əleyhimussəllam – dır. 
Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir 
də  nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu 
sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin 
ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» 
dedilər
326
. Aişə  - radıyallahu anhə – deyir ki, mən bundan sonra 
                                                 
325
 Ölmüş körpə  uşaqlar haqqında bir cox rəylər var. 1) Onlar Allahın istəyi altındadırlar.  2) Onlar 
hamısı  Cənnətlikdirlər. 3) Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər. Valideyinlərinə tabe 
olurlar. Valideyinlərindən biri Cənnətə girərsə Cənnətə, Cəhənnəmə girərsə Cəhənnəmə girərlər. Aişə 
- radıyallahu anhə – deyir ki, peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Müşriklərin kiçik ikən 
ölən uşaqlarının axirətdə halı necə olacaqdır?”. O: “Atalarına tabe olurlar”. Heç bir əməl etmədən 
necə atalarına tabe olurlar. O: “Onların nə əməl etdiklərini Allah bilir” deyə buyurdu. Əbu Davud. 4) 
Torpağa çevriləcəklər. 5) Cənnət ilə Cəhənnəm arasında bir yerdə olacaqlar. 6) Müşriklərin uşaqları 
Cənnət  əhlinə xidmət edəcəkdir. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Rəbbimdən 
kiçik ikən ölən müşrik uşaqlarının Cənnətdə möminlərə xidmət etmələrini istədim. Rəbbim də qəbul 
etdi”. Həkim, Tirmizi. 7) Bu məsələni araşdıranda susmaq lazımdır.  8) Araşdırmamış susmaq 
lazımdır. 9) Hamısı Cəhənnəmdədir. 10) Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı 1-ci və 10-
cu rəylərdir.  Əbu Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Hər doğulan təbiətinə görə (fitrət üzərə) doğular. Sonradan ata-anası onu 
Yəhudiləşdirər, Xristianlaşdırar, Atəşpərəstləşdirər. Həqiqətən heyvalarda dünyaya sağ-salamat 
gəlirlər. Məgər sən onların içərisində kəsik qulaqlı doğulan görmüsən. «(Ya Muhəmməd! Ümmətinlə 
birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf 
tut. Allahın dinini heç vəchlə  dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların  əksəruiyyəti 
bilməz».  (ər-Rum 30) (Başqa rəvayətdə: Bir nəfər: «Ya Rəsulullah!  Əgər uşaq Yəhudi, nəsrani və 
Məcusi olmamışdan qabaq ölərsə nə deyirsə?». Peyğəmbər: «Allah onların nə edəcəklərini daha yaxşı 
biləndir)». Müslim 2658.  
326
 Buxari.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə