Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə44/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

 
91
təvəzökarlıq üçün fəqirliyi, ona qovuşmaq üçün ölümü sevərəm, 
günahlarıma kəffarə üçün xəstəliyi sevərəm”
299
. Ölüm mələyi  İbrahim  
əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir.  İbrahim: “Ey Mələkul 
Movt! Heç dost dostun ruhunu alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək 
Allah ona buyurdu: İbrahim  -  əleyhissəlam - de: Heç dost dosta 
qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim  -  əleyhissəlam - xəbər 
verincə  İbrahim: “Ruhumu al!” dedi
300
. Həyyan b. əl-Əsvəd deyir ki: 
“Ölüm bir körpüdür. Dostu dosta qovuşdurur”
301
.  
Ölümü Xatırlamaq:  Ənəs  - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Ölümü çox 
xatırlayın. Çünki ölümü anmaq günahları təmizlər, insanın əlini dünyadan 
çəkər, zəngin ikən ölümü xatırlamaq azğınlıqdan qoruyar, fəqir ikən 
ölümü xatırlamaq yaşamağa razı edər”
302
. Sələflər deyirlər ki: “Kim 
ölümü çox zikr etsə ona üç şey ikram olunar: Tövbəni tezləşdirər, 
qəlbində (az ruzi ilə) qənaətkar olar, ibadətində sevinc və fərəh hiss edər. 
Kim də ölümü unudarsa ona üç şey ilə  cəza verilər: Tövbəni gecikdirər, 
(az ruzi ilə) qənaətkar olmaz, ibadətində tənbəl olar”
303
. İbrahim Teymi – 
rahmətullahi aleyhi - deyir ki: “İki  şey məndən dünya ləzzətlərini kəsir: 
“Ölümü və Allahın hüzurunda durmağı zikr etmək”
304
. İbrahim ət-Teymi 
– rahmətullahi aleyhi - deyir ki: “Ölümü zikr etmək zənginlikdir”
305
. Kəb 
– rahmətullahi aleyhi - deyir ki: “Kim ölümü haqqıyla tamsa dünyanın 
müsibət və qəmi ona asant gələr”
306
. Malik b. Dinar – rahmətullahi aleyhi 
deyir ki: “Əməl və ibadətdə qəlbin həyat tapması üçün ölümü zikr etmək 
bəs edər”
307
. Səfiyyə rəvayət edir ki, bir qadın qəlbinin sərtliyindən Aişə 
radıyallahu anhə  –  yə  şikayət edir. O: “Ölümü çox zikr et, qəlbin 
yumşalır” dedi
308
.  Əli  - radıyallahu anhu – deyir ki: “İnsanlar yatıblar, 
öldükləri zaman oyanırlar”
309
.  
Ölümü Xatırlamağa Yardımçı Olan Şeylər: Bureydə  - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu:  «Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq 
                                                 
299
 İbni sad “Tabaqat”, Beyhəqi “Şuab”, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
300
 İmam Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
301
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
302
 İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
303
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
304
 İbn Əbi Dunyə, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
305
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
306
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
307
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
308
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
309
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  


 
92
onları ziyarət edin…»
310
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu:  «Anam üçün 
istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini 
ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də 
qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır»
311
. Əbu Səid 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə 
kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin»
312
.  
Allaha Hüsnü Zən Etmək: Cabir – radıyallahu anhu – rəvayət edir ki, 
mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından üç gün qabaq 
belə buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl zənn 
etməkdən başqa halı üzərə ölməsin»
313
. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – öz Rəbbindən buyurdu: “Mən qulumun qəlbində iki qorxu və iki 
əminliyi cəm etmərəm. Kim məndən qorxsa, axirətdə onu əmin edərəm. 
Kim də dünyada məndən (əzabımdan)  əmin olsa, axirətdə onu qorxuda 
buraxaram”
314
.  Ənəs  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – ölüm anında olan bir gəncin yanına daxil 
oldu. Ona: “Özünü necə hiss edirsən?” deyə buyurdu. O: “Allaha ümüd 
edirəm və günahlarıma görə qorxuram” dedi. Peyğəmbər: “Belə bir 
məqamda qulun qəlbində ümüd və qorxu birləşərsə Allah ümüd etdiyini 
ona verər və qorxduğundan da onu əmin edər”
315
. İbrahim – rahmətullahi 
aleyi - deyir ki: “Sələflər ölüm üzərə olan kimsəyə  Rəbbinə yaxşı  zən 
bəsləsin deyə gözəl əməllərini xatırlamağı gözəl görərdilər”
316
.  
Ölüm Acı Bir Həqiqətdir: Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla 
qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən 
sonra nələrin baş verdiyi haqda Bəra b. Azib - radıyallahu anhu – rəvayət 
edir ki, bir gün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ilə birlikdə 
ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə 
yaxınlaşdıq, oranı  hələ  də qazırdılar. Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – üzünü Məkkəyə  tərəf çevirərək oturdu. Biz də onun yanında 
sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə  dəfə 
vurduqdan sonra başını  səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr 
əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: 
                                                 
310
 Müslim 977.  
311
 Müslim 976.  
312
 Əhməd 3/38, Heysəmi 3/57, Nəsəi 4/89.  
313
 Müslim 17/209, 2877. Əbu Davud 2097.  
314
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
315
 İbn Məcə 4261, Tirmizi, Əhməd, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. əl-Albani “Səhihdə” 
1051.  
316
 İbn Əbi Dunyə “Kitabul Muhtadirin” s. 39-40.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə