Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

 
95
onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) 
da dirildəcə-yəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə 
göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub 
uzaqlara apardığı bir şeyə  bənzər».  (əl-Həcc 31). Sonra xəbis nəfs 
yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan 
sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin 
Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Dinin nədir?» O, 
deyir: «Mmmm…bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O, 
deyir: «Mmmm…bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, 
Muhəmməddir!» O, isə: «Mmmm…bilmirəm. Mən insanların nə isə 
danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca 
getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu 
Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». 
Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, 
qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və 
çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə 
gəlmişəm ki, bu gün sən çox qəmgin və  məyus olacaqsan. Bu gün sənə 
vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin 
sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: 
«Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə 
Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da 
sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra 
kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı 
ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla 
kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə 
qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı 
eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: 
«Ya Rəbbim! Qoy qiyamət gəlməsin»
318
.  
 
QƏBR ALƏMİ 
Əhli Sünnə  Vəl Cəmaat ölümdən sonra baş verəcək hər bir şeyə iman 
edir və bütün bunların da axirətə imanın içərsinə daxil olduğuna da 
inanırlar. O, baxımdan möminlər qəbir fitnəsinə (sualına) qəbirdə olan 
əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə  gəlincə insanlar qəbrlərində 
sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». 
Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara 
                                                 
318
  əl-Albani «Əhkəmul Cənaiz» s 202, İmam  Əhməd 4/287, 295-296, Əbu Davud 4753, İbn Kəsr 
2/131, İbn Həcər 3/234, 240. 


 
96
cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da
axirətdə  də möhkəm bir sözlə  (şəhadətlə) sabitqədəm edər. Allah 
zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27). O, 
baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim 
Muhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. 
Uca Allah zalımları  və kafirləri azdıracaqdır. Onlar «Mmmm... 
bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan 
kimsələr isə: «Mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» 
deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük 
qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər 
haqqında buyurur: Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı 
zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə 
(indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, 
bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-
hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən 
sonra qiyamətədək qaldıqları  bərzəx aləmi)  vardır».  (əl-Muminun 100). 
Kaş  sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də  əllərini 
uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər 
danışdığınıza və onun ayələrinə  təkəbbür göstərdiyinizə görə alçaldıcı 
bir əzabla cazalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).  
Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. 
Onlar (ölən gündən Qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki 
dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon 
əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Sizdən biri vəfat etdikdə  səhər və axşam ona düşəcəyi yer 
göstərilir. O, kimsə  Cənnət  əhlindəndirsə  Cənnət. O, kimsə  Cəhənnəm 
əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, Qiyamət 
günü Allah səni öz yerinə göndərəcəkdir»
319
. Ənəs b. Məlik - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qul qəbirə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, 
ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. 
Onlar ölünü oturdub ona: «Sən Muhəmməd deyə bilinən adam haqqında 
nə bilirsən?» Möminə  gəlincə: «Onun Allahın qulu və  Rəsulu olduğuna 
şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah 
onun yerinə  Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən 
görür». Bəşqa rəvayətdə: Möminin qəbiri yetmiş arşın genişlənir. Münafiq 
ilə kafirə  gəlincə ona da: «Sən Muhəmməd deyə bilinən adam haqqında 
                                                 
319
 Buxari, Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə