Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə43/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

 
89
şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın»
285
. Aişə  
radıyallahu anhə  –  rəvayət edir ki, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – buyurdu: «Allah o, kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) 
görüşməyi arzulayır. O, kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) 
görüşməyi arzulamır». Aişə  - radıyallahu anhə  – dedi: «Ya Rəsulallah! 
Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal deyildir!». O, 
dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə Allahın rəhmi, 
mərhəməti və Cənnəti haqqında xəbər verildikdə o, da onunla (Rəbbi ilə) 
görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü arzulayır. Kafir 
bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə o, 
da onunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin bəndə ilə 
görüşməyi arzulamır»
286
. Cabir – radıyallahu anhu – rəvayət edir ki, mən 
Peyğəmbər  - sallallahu aleyhi və səlləm –  vəfatından üç gün qabaq belə 
dediyini buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl 
zənn etməkdən başqa halı üzərə ölməsin»
287
.  
Ölümü Arzulamamaq: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Heç biriniz 
ölümü əsla istəməsin və ölüm gəlmədən də gəlməsinə dua etməyin. Çünki 
sizdən bir öldüyü zaman əməli kəsilir. Həm də möminin ömrü ona 
xeyirdən başqa bir şey artırmaz”
288
.  Ənəs  - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə 
ona toxunan zərərdən ötrü ölümü istəməsin.  Əgər bunu etmək mümkün 
deyilsə onda desin: Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə 
məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa 
rəvayətdə:  Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis 
kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”
289
.  Ənəs  - radıyallahu 
anhu – deyir ki: “Əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölümü 
istəməkdən nəhy etməsəydi ölümü istəyəcəkdik”
290
.  
Allaha  İtaət  İlə Keçirilən Ömür:  Əbu Bəkrətə  - radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər: “Ya Rəsulallah! Insanların hansı daha 
xeyirlidir?” deyə soruşdu. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Ömrü uzun olub, əməli gözəl olandır”. Sonra adam: “İnsanların 
hansı daha şərlidir” deyə soruşdu. Peyğəmbər: “Ömrü uzun olub, əməli 
                                                 
285
 Müslim.  
286
 Buxari, Müslim.  
287
 Müslim 2877.  
288
 Müslim.  
289
 Buxari, Müslim.  
290
 Buxari, Müslim.  


 
90
pis olandır” deyə buyurdu
291
.  
Dini Bir Fitnə Qorxusundan Ölümü İstəmək:  Əbu Hureyrə  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından 
keçən insanlar – «Kaş ki, onun yerində  mən olaydım» deməyincə
292

Sovban  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – buyurdu: «Ya Rəbbim! Xeyirli əməllər etməyi, 
günahlardan çəkinməyi, miskinləri sevməyi mənə  nəsib et. İnsanlara bir 
fitnə  təqdir etdiyin zaman məni fitnəyə bulaşdırmadan yanına al!”
293

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi 
öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki 
səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə 
kafir olacaqdır.  İnsanlar öz imanlarını (dinlərini) dünya malına 
satacaqlar»
294
. Sələflər deyirlər ki: “Ölüm yox olub getmək deyildir. O, 
ancaq ruhun bədəndən əlaqəsinin kəsilməsidir. Ölüm bir ayrılmaqdır. Ruh 
ilə  bədən arasına girən bir pərdədir. Ölüm bir dəyişiklikdir. Dünyadan 
Axirətə köçməkdir”. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Ölüm qənimətdir, Günahlar 
müsibətdir, Fəqirlik rahatlıqdır, Zənginlik cəzadır, Ağıl hidayətdir, 
cahillik zəlalət və sapıqlıqdır, zülm peşmanlıqdır, itaət gözün nurudur, 
Allah qorxusundan ağlamaq atəşdən qurtulmaqdır, gülmək bədənin 
fəlakətidir, günahdan tövbə edən günahsız kimidir”
295
. Mahmud b. Ləbid 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «İki şey var ki, İnsan oğlu onlardan iyrənir. Ölümdən 
iyrənir, halbuki onun üçün ölüm fitnədən daha xeyirlidir. Malın azlığından 
iyrənir, halbuki az malın sorğu-sualı daha azdır”
296
.  İbn Ömər
 

radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – Əbu Zərr - radıyallahu anhu – ya buyurdu: “Ey Əbu Zərr! Dünya 
möminin zindanı, qəbr  əminliyi, Cənnət isə  qərargahıdır. Dünya kafirin 
Cənnəti, qəbr onun əzabı, Cəhənnəm isə dönüş yeridir”
297
. İbni Mubarək 
və  İbni  Əbi  Şeybə  və  Mərvəzi Rabi b. Haysəndən rəvayət edir ki: 
“Möminin gözlədiyi qeybi şeylər içində ölümdən daha xeyirli heç bir şey 
yoxdur”
298
.  Əbu Darda - radıyallahu anhu –  rəvayət edir ki: “Rəbbimə 
                                                 
291
 Həkim, Əhməd.  
292
 Fəthul Bəri, Buharî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
293
 Malik, Bəzzar, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
294
 İmam Nəvəvi “Şərh Müslim” 2/133.  
295
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”.  
296
 Beyhəqi zəif hədis, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
297
 Əbu Nuaym, İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 
298
 İmam Cəlaləddin əs-Suyuti “Qəbir Aləmi”. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə