Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə40/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

 
82
İsa  –  əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. 
Nəhayət onların birinə bir öküz başının dəyəri bu gün sizə görə yüz 
dinardan da xeyirli olur. İsa  –  əleyhissəlam – və  səhabələri Allaha dua 
edərlər. Allah da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və 
səhəri hamısı  məhv olub gedərlər. Sonra Allahın peyğəmbəri və onunla 
birlikdə olanlar yerə enərlər. Yer üzündə  Yəcuc və  Məcuc tayfasının 
cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis qoxusu 
aləmi bürüyəcəkdir. Allahın Peyğəmbəri və onunla birlikdə olanlar Allaha 
dua edərlər. Bu dualarına cavab olaraq Allah dəvə boyunları kimi uzun 
boylu quşlar göndərər. Quşlar o, leşləri götürüb Allahın istədiyi yerə 
apararlar. Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam 
palçıqdan olsun, istər gildən olsun heç bir ev o, yağışın enməsinə mane 
ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü 
güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, 
bərəkətini ver!» deyə  əmr edəcəkdir. O, gün bir camaat bir narı yeyib 
doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir 
dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir 
qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt Allah 
xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq 
bütün mömin və müsəlmanların ruhlarını alar. Yer üzündə insanların 
şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə 
cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi əlaqədə olarlar. 
Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc 
tayfaları hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O, 
da Beytul Məqdisdə dağdır. «And osun ki, biz yer üzündə hər şeyi məhv 
etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını göyə atarlar. 
Allah onların oxlarını qan ilə boyanmış olaraq rədd edər»
271

Məryəm oğlu  İsa  –  əleyhissəlam –  ın  Şamda ağ minarəli (məscidin) 
üzərinə iki mələyin qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi, donuzları və xaçları məhv 
etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Həyatım  əlində olan Allaha and olsun ki, Məryəm 
oğlu  İsa adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları 
sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır»
272
.  «Kitab 
əhlindən elə bir kəs olmaz ki, ölümündən  əvvəl ona (İsaya)  iman 
gətirməsin, lakin o Qiyamət günündə onların  əleyhinə  şəhadət 
                                                 
271
 Müslim.  
272
 Müslim.  


 
83
verəcəkdir».  (ən-Nisa 159). Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda 
Məryəm oğlu  İsa  –  əleyhissəlıam –  gələcəkdir. Bu imam geri çəkilib 
yerini ona vermək istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə qoyub 
deyəcəkdir: «Keç yerinə namazı  qıldır».  İmam irəli keçib namazı 
qıldıracaqdır. Sonra İsa – əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd 
qapsının
273
 yaxınlığında Dəccəli yaxalayıb öldürəcəkdir. Dəccəl onu 
gördükdə duz suda əridiyi kimi əriyəcəkdir»
274
.  
Mehdinin Gəlməsi: Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – in əhli beytindəndir. Zülm və haqsızlıqla 
dolub daşan yer üzünü ədalətlə dolduracaqdır.  İbn Məsud  - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Dünyanın sonuna bir gün qalsa belə, Allah o günü uzadacaqdır. 
O, vaxta qədər ki, Əhli-Beytimdən bir insan çıxacaq. Adı-adıma, atasının 
adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer 
üzünü  ədalətlə dolduracaqdır»
275
. Ummu Sələmə  - radıyallahu anhə – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»
276
.  
Yəcuc Və  Məcuc Tayfasının Çıxması:  Zülqərneyn dedi: «Bu 
Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt 
(qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) 
gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-
Kəhf 90-98)
277
. Zeynəb b. Cəhş - radıyallahu anhə – rəvayət edir ki, bir 
gün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – üzü qıp-qırmızı halda, 
həyacanlı olaraq çölə  çıxdı  və: «Lə  İləhə  İlləllah!  İrəlidə gecə qaranlığı 
kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən 
bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət 
barmağını halqa şəkilində etdi. Bunun üzərinə  mən: «Ya Rəsulillah! 
İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş  əməllər
əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»
278
.  
                                                 
273
 Fələstinin Rəmlə şəhərinin yaxınlığında. 
274
 İbn Məcə, İbn Huzeymə, əl-Albani «Səhihul Cəmi» 7752. 
275
 Əbu Davud. 
276
 Əbu Davud, Tirmizi. 
277
 İncildə Qoq və Maqoq tayfaları. Geniş məlumat üçün bax: «Qurani Kərim» Kəhf surəsi 83-98-ci 
ayələrə qədər. 
278
 Müslim.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə