Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə41/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

 
84
Dabbətul-Ardın (Heyvanin) Çıxması
279
.  «Onlara deyilən söz yerinə 
yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla 
danışıb  (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar» deyər. 
(ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. 
Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir. 
Cəssəsə kimdir? - Fatimə b. Qeys - radıyallahu anhə – rəvayət edir ki, 
bir gün Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  Əssələtu Cəmiatən 
(toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də  həmin məscidə 
gəldim. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ilə birlikdə namaz 
qıldım. Mən qadınların səfində idim. Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu 
və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə 
üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və  Rəsulu daha gözəl 
bilir». Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Allaha and 
olsun ki, mən sizi nə bir müjdə vermək, nə  də qorxutmaq üçün 
toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim  əd-
Dari xristian bir adam idi. Gəldi, beyət edib İslamı  qəbul etdi və  mənə 
belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə 
söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam 
edərək buyurdu: «Cuzam və  Ləhm qəbilələrindən otuza yaxın kişi ilə 
gəmi ilə  səyahətə  çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə 
çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını 
gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir 
Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını 
seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən 
Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey 
topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin 
gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz 
onun  şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada 
cüssə baxımından insanların  ən irisi olan, ayaqları  əllərinə çarpaz 
vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə 
soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə  mənə  xəbər 
verin» dedi. Biz də  hər  şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə 
Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə 
onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. 
                                                 
279
  Dəbbətul Ard  – bəzi rəvayətlərə görə bu Cəssəsədir. Cəssəsə  Dəccəl üçün xəbərlər aparan cəsus 
deməkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm 
 buyurdu: «Dəbbətul Ard, Musanın  əsası  və Süleymanın möhürü bir yerdə  çıxacaqdır. Möhür ilə 
möminin üzünü parladacaq, əsa ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır». İmam 
Əhməd, Taylasi, Tirmizi, İbn Məcə, Beyhəqi, İbn Cərir. 


 
85
Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə 
verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə  Təbəriyyə gölündən xəbər 
verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: 
«Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz 
olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: 
«Mənə  Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. 
Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su 
varmı? Oranın  əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o 
suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər» 
dedik. O: «Mənə Nəbiyyul-Ummiyin (ümmətlərin Peyğəmbəri) haqqında 
xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə 
(Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» 
dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə 
edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir 
olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu 
dedik. O: «Şübhəsiz ki, onların Peyğəmbərə itaət etmələri onların özləri 
üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm. 
Mən Məsihəm. Mənə  çıxmaq üçün izn verilən zaman yaxınlaşır.  İzn 
verildikdə  mən yer üzündə  gəzəcəyəm və  qırx gecə içində elə bir yer 
olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə  və  Mədinədən başqa. 
Bunların hər iksi də  mənə haram edilmişdir. Bu iki şəhərin hər 
girəcəyində dayanan mələklər  əllərindəki qılınc ilə  məni vuraraq bu 
şəhərlərə girməyə qoymazlar».  
Fatimə b. Qeys - radıyallahu anhə – deyir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək 
və  Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura 
Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə 
söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər 
verdin!»
280
.  
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-
birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan 
belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbərin  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətin 
əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə 
dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin  əlamətləri də bir-
birinin ardınca bu cür sürətlə) gələcəkdir»
281
. O, dəhşətli, qulaqları kar 
edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə 
                                                 
280
 Müslim. 
281
 Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə