Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə39/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

 
80
dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman gətirirsən?» deyir. 
Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. 
Mömin üzünü cəmaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç 
kəsə bu əməli etməyəcəkdir». Dəccəl onu doğramaq üçün tutar. Lakin 
Allah mömimin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də ona heç bir 
şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn 
edərlər ki, (Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər 
– sallallahu aleyhi və  səlləm – buyurdu: «O, mömin aləmlərin Rəbbinin 
yanında şəhidlərin ən əzəmətlisi olacaqdır»
267
.  
Nəvvas b. Səman  - radıyallahu anhu –  rəvayət edir ki, bir gün səhər 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – bizə  Məsih Dəccəl haqqında 
danış-mağa başladı. Onun haqqında səsini gah alçaldaraq, gah da 
yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir 
yerdə zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər sallallahu aleyhi 
və səlləm – bizdə olan vəziyyəti görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya 
Rəsulallah! Bu gün səhər Dəccəl haqqında səsini gah alçaldaraq, gah da 
yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalığ) deyilən bir 
yerdə  zənn etdik». Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Sizdən ötrü məni qorxudan şey Məsih Dəccəl deyildir. Əgər o, mən sizin 
içinizdə ikən ortaya çıxarsa, ona qarşı mən sizə kifayət edərəm. Yox əgər 
mən aranızda yox ikən o, ortaya çıxarsa onda hər kəs özü-özünü ondan 
müdafiə etməlidir. Allah da hər bir müsəlman üçün məni  əvəz edər
268

Dəccəl gəncdir. Saçları olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm 
salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən onu Abdul Uzza b. 
Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı 
Kəhf surəsinin ilk on ayəsini oxusun
269
. Heç şübhəsiz ki, o Şam ilə İraq 
arasında olan bir yolda ortaya çıxacaqdır
270
. Sağına da, soluna da öz fitnə-
fəsadını yayacaqdır. Ey Allahın qulları imanda möhkəm olun!» Biz: «Ya 
Rəsulallah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq. 
Peyğəmbər: «Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir aya, 
bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) 
Qalan günlər isə sizin günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya 
Rəsulallah! Bu bir il qədər olan o, bir gündə bizlərə bir günün namazı 
                                                 
267
 Müslim.  
268
  Yəni Allah hər bir müsülmana yolunu azmamaq və  Dəccəlin fitnəsinə düşməmək üçün kömək 
edəcəkdir. 
269
 Başqa rəvayətdə son on ayəsini bilən Dəccəlin fitnəsindən qorunar. Müslim. 
270
 Başqa rəvayətdə – Dəccəl  şərq ölkəsində meydana gələcəkdir. Ora Xorasan adlanır. Abırsız və 
həyasız insanlar ona qoşulacaqlar».  Əhməd, Tirmizi, İbn Məcə, Həkim – Əbu Bəkr  – radıyallahu 
anhu – dan. əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/122 hədis 1591.  


 
81
kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o, 
uzun gündə, adi günlərdə  qıldığınız namaz vaxtlarını hesablayıb, 
namazlarınızı  qılın!» deyə buyurdu. Biz: «Ya Rəsulallah! Dəccəl yer 
üzündə  nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşduq. Peyğəmbər: 
«Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə buyurdu. 
Peyğəmbər: «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir. Onlar 
da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. 
Göy də onun əmri ilə yağış yağdıracaqdır. Sonra yerə  əmr edər. Yer də 
hər cür bitkilərini bitirəcəkdir. O, qövmün otlağa çıxmış heyvanları axşam 
otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir halda geri 
qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin 
o, qövm onun sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o, 
qövümdən uzaqlaşdıqdan sonra onları quraqlıq basar, bütün malları  tələf 
olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!» 
deyər və bal arılarının (ana) arının ardınca düştükləri kimi xəzinələr də 
onun ardınca düşərlər». 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – sözünə davam edərək 
buyurdu: «Sonra gənc yaşına çatmış bir gənci yanına çağıraraq, onu qılınc 
ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə məsafəsi qədər bir-
birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da 
həmin (anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını 
yaydığı vaxt Allah Məryəm oğlu Məsihi, İsa – əleyhissəlam – ı göndərər. 
O, da iki paltara bürünmüş  və  əllərini iki mələyin qanadlarına qoyaraq 
Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər 
bir kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün 
son görmə  həddinə  qədər çatar. İsa  –  əleyhissəlam – Dəccəli axtarır. 
Nəhayət onu (Beytul Məqdisə) yaxın bir yerdə Ludd qapısının 
yaxınlığında yaxalayaraq öldürər. Sonra İsa  –  əleyhissəlam – Allahın 
Dəccəlin şərindən qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – 
onların üzərilərinə  əli ilə toxunub məsh edir və onlara Cənnətdəki 
dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt Allah – subhənəhu və 
təalə -, İsa  –  əleyhissəlam – a: «Mən indi Mənə aid olan qullarımı 
çıxardacağam ki, heç bir kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə 
də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə olanlara Tur dağında 
sığınacaq ver» deyə vəhy etdi. Allah Yəcuc və Məcuc tayfalarını göndərir. 
«Yəcuc və  Məcuc  (səddinin) açılıb onlar hər tərəfdən  (alçaq və yüksək 
təpələrdən) sürətlə axışdıqları zaman». (əl-Ənbiya 96). Onların  əvvəli 
Təbəriyyə gölünə yetişib onun suyunu içərlər, axırıncılar oradan keçərkən 
and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər. Allahın peyğəmbəri 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə