Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə35/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

 
72
olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün 
öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» 
deyə soruşduq. O: «Bu elə  qətllər olacaq ki, ölən də öldürülən də 
Cəhənnəmə düşəcək»
216
.  
11.  Qəbirdəkilərə Qibtə Edilməsi:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – 
«Kaş ki, onun yerində mən olaydım» deməyincə
217
. Xuzeyfə - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «İnsanlar üçün elə bir zaman gələcək ki, Dəccəlin çıxmasını 
istəyəcəklər”. Mən: “Nə üçün Ya Rəsulullah!” dedim. Peyğəmbər: 
“Çətinlik və sıxıtlırlarla üzləşdikləri üçün” deyə buyurdu
218
.  
12.  Bəlaların Və Fitnələrin Artmasından  İnsanın Ölmüş Birisinin 
Yerində Olmasını  Təmənna Etməsi:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Ruhum  əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən 
(borca görə deyil sadəcə  bəlalara görə) özünü toza çırpıb – «Kaş ki, 
qəbrdə  mən olardırm» deməyincə Qiyamət qopmaz
219
.  İbn Məsud  
radıyallahu anhu – deyir ki: “Sizin üzərinizə elə bir zaman gələcək əgər 
sizdən birisi ölümü tapsa onu alar. Şairin dediyi kimi: “Bu həyatın dadı 
qalmadı, ölümü satan varsa mən alım onu”
220
.  
13. Zəlzələlərin Və Xəstəliklərin Çoxalması: Əbu Hureyrə - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz»
221
. Sələmə b. 
Nufeyl  əs-Səkuni  - radıyallahu anhu – deyir ki, biz Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – in yanında oturmuşduq... Qiyamətdən öncə 
yoxlucu xəstəliklər olacaq. Sonra isə illərlə  zəlzələlər sürər” deyə 
buyurdu
222
. Ömər  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq 
artarsa Allah onları taunla və başqa bir xəstəliklə  cəzalandırar. Elə bir 
xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər»
223
.  
14.  Kişilərin Sayca Azalması  Və Qadınların Çoxalması:  Ənəs  
radıyallahu anhu –  rəvayət edir ki, sizə bir hədis söyləyəcəyəm. Onu 
                                                 
216
 Müslim. 
217
 “Fəthul-Bəri”, Buxarî “Fitən” 13/81,82, Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
218
 Təbərâni “Əvsat”, “Məcmauz-Zəvâid” 7/284-285.  
219
 Nəvəvi şərhi, Müslim “Fitən” 18/34.  
220
 “Feyzul-Kadir” 6/418.  
221
 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/81,82.  
222
 Musnəd 4/104, Heysəmi “Məcmauz-Zəvaid” 7/306.  
223
 İbn Məcə.  


 
73
məndən başqa kimsə sizə başa salmaz. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm –in belə buyurduğunu eşitdim: “Elmin azalması, cahilliyin artması, 
qadınların çoxalması, kişilərin azalması Qiyamətin  əlamətlərindəndir. 
Belə ki, bir kişiyə  50 qadın düşər”
224
.  Əbu Musa - radıyallahu anhu –
rəvayət edir ki: “Qırx qadının bir kişiyə tabe olduğunu və onu saxladığı 
görülür”
225
.  
15. İnsanların Göz Qabaqlarında Zinanın Artması: Nəvvas b. Səman 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç 
bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi 
qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində 
qopar»
226
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qəlbim  əlində olan Allaha and 
olsun! Bu ümmət məhv olmaz o, vaxta qədər ki, bir kişi qadını yolda 
uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın 
arxasında gizlənərdin» deyəcəklər
227
.  
16.  Musiqinin, içkinin, zinanın artması  və bunların halal qəbul 
edilməsi:  Ənəs  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, 
içkilərin artması (çoxalması) olacaqdır»
228
.  Əbu Məlik  əl-Əşari  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini 
halal qəbul edən insanlar çıxacaq»
229
. Səhl b. Səd  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: 
«Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi 
alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu
230

Ubadə b. Sabit - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Ummətimdən bir qism insanlar 
olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar»
231
.  
17.  Əmanətə  Xəyanətin Artması:  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – dən 
                                                 
224
 Fəthul-Bəri, Buxari “Elm” 1/178, Nəvəvi şərhi, Müslim “Elm” 16/221, Tirmizi 6/448, H. 2301.  
225
 “Fəthul-Bəri” 1/179.  
226
 Nəvəvî şərhi, Müslim “Fitən” 18/70.  
227
 Əbu Yəla, əl-Heysəmi 7/331.  
228
 Buxari, Müslim.  
229
 Buxari.  
230
 İbn Məcə, əl-Albəni səhih.  
231
 İmam Əhməd, İbn Məcə, əl-Albəni səhih.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə