Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə34/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

 
70
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Ümmətimdən olan qəbilələr bütlərə tapınaraq 
müşriklərə qatılmadıqca Qiyamət qopmaz. Şübhəsiz ki, mənim 
ümmətimdən otuza yaxın yalançı  çıxacaq. Onların hər birisi bir 
Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin 
sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur»
203
.  
7.  Peyğəmbər – Sallallahu Aleyhi Və  Səlləm – Haqqında Hədislərin 
Uydurulması:  Əli,  Ənəs b. Məlik,  Əbu Hureyrə  - radıyallahu anhum – 
rəvayət edirlər ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan 
söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə  qəsdli olaraq 
söyləyərsə atəşdən yerini hazırlasın»
204
.  
8. Yalanın Artması: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə yaxın 
mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə  də 
atalarnızın eşitmədikləri  şeyləri danışacaqlar. Onlardan çəkinin»
205

Abdullah b. Amr - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı 
şeytanlar vardır. Çox keçməz ki, onlar azad olarlar və insanlara öz 
Quranlarını oxuyarlar»
206
.  
9.  Elmin Qaldırılması, Cahillik Və Fitnə-Fəsadın Çıxması:  Ənəs b. 
Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq (cahillik 
yayılacaqdır)»
207
.  Şakik deyir ki, mən  İbn Məsud və  Əbu Musa 
radıyallahu anhum – ilə birlikdə idim. Onlar Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – in belə buyurduğunu rəvayət etdilər: “Qiyamətdən öncə 
elə bir günlər gələcək ki, elm qaldırılacaq, cahillik isə artacaqdır”
208
. Əbu 
Hureyrə  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: “Zaman qısalır, elm qaldırılır, fitnələr ortaya 
çıxır, simiclik artır və ölüm çoxalır”
209
. İbn Batta – rahmətullahi aleyhi - 
deyir ki: “Biz bu hədisdə söylənilən Qiyamətin  əlamətlərindən elmin 
azaldığını, simicliyin artdığını, cahilliyin çoxaldığını, fitnələrin ortaya 
                                                 
203
 Buxari, Müslim, Əbu Davud 4252, Musnəd 5/278, “Avnul-Mabûd” Şərhi, Ebu Davud 11/324, 
“Tuhfetul Ahvəzî” şərhi, Tirmizi 6/466, əl-Albani “Camius Sağir” 6/174, H.7295.  
204
 Müslim.  
205
 Nəvəvi şərhi, Müslim “Müqəddimə” 1/78.  
206
 Nəvəvi şərhi, Müslim “Müqəddimə” 1/79-80.  
207
 Fəthul-Bəri, Buhari “Elm” 1/178, Nəvəvi Şərhi, Müslim “Elm” 16/222.  
208
 Fəthul-Bəri, Buxari “Fitən” 13/13.  
209
 Nəvəvi Şərhi, Müslim “Elm” 16/222,223.  


 
71
çıxdığını  və ölümün çoxaldığını günümüzdə açıq-aydın görürük”
210

Huzeyfə b. Yəmən - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib 
yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə 
namazın, nə həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir 
gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaq-
dır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: 
«Biz babalarımızın bu kəlməni: «Lə  İləhə  İlləllah» - söylədiklərini 
eşitdik. Buna görə  də biz də onu söyləyirik». «Bu sözlər onları 
Cəhənnəmdən qurtaracaq» və üç dəfə  təkrar etdi»
211
.  Ənəs b. Məlik  
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək 
Qiyamət qopmaz»
212
.  
10. Ölüm Hadisələrinin Artması: Auf b. Məlik, İbn Ömər - radıyallahu 
anhum –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Ümmətimin 
ölüm xəstəliyinə tutulmasıdır. Belə ki, qoyun qırxarkən yunlarının yerə 
düşdüyü kimi insanlar da yerə düşüb öləcəklər»
213
.  İbn Məsud  
radıyallahu anhu – rəvayət edir ki, Qiyamətdən öncə Xarc günləri gəlir. 
O, günlərdə elm yox olur, cəhalət çoxalır” dedi. Əbu Musa: “Xarc  - 
Həbəşi dilində  mənası adam öldürməkdir” dedi
214
.  Əbu Hureyrə,  Əbu 
Musa  əl-Əşari  - radıyallahu anhum –  rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Qiyamətə yaxın  Xarc 
çoxalacaqdır» Biz: «Xarc  nə deməkdir?» deyə soruşduq. O: «Ölüm 
hadisələrinin çoxalması, adam öldürməkdir)». Səhabə: “Biz bir ildə 
(döyüşlərdə)  70 mindən çox adam öldürürük. Bundan daha çox 
öldürücəyik?” dedi. Peyğəmbər: “Bu sizin müşrikləri öldürməyiniz 
deyildir. Bu sizin bir-birinizi öldürməyinizdir” deyə buyurdu. Səhabə: 
“Bunu etdiyimiz zaman ağlımız yerində olurmu?” dedi. Peyğəmbər: “O, 
gün insanların çoxunun ağlı yerində olmaz. Onların yerinə boş başlı 
insanlar gəlir. Hamısı özlərini (böyük, alim) sayarlar. Lakin onlar heç bir 
şeydirlər” deyə buyurdu
215
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir 
ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Qəlbim  əlində 
                                                 
210
 “Fəthul-Bəri” 13/16.  
211
  İbn Məcə 4049, Həkim 8460,8646, İbn Həcər «Fəthul Bəri» 13/16, əl-Albani «Səhih Hədislər 
Silsiləsi» 87, Səhih Cəmius Səği» 8077.  
212
 Müslim.  
213
 Buxari «Cizyə» 15. 
214
 “Fəthul-Bəri”, Buxari “Fitən” 13/14.  
215
  Nəvəvi Şərhi, Müslim “Fitən” 18/13, Musnəd 4/414, İbn Məcə “Fitən” 2/1309 H. 3959, Şərhus-
Sünnə 15/28-29 H. 4234, əl-Albani “Camius-Sağir” 2/193, H. 2043.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə