Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə36/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

 
74
soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmənət qaldırılacağı zaman 
siz Qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt 
qaldırılacaq?» Peyğəmbər: «Layiq olmayan insana əmanət verilərsə 
əmanət korlanmış olar» deyə buyurdu
232
.  Əmanət  –  xəyanətin ziddidir. 
“Biz  əmanəti  (Allaha itaət və ibadəti,  şəri hökmləri yerinə yetirməyi) 
göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb 
özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. 
Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə 
özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini 
bilmədi)”. (əl-Əhzab 72). Alimlər əmanəti bir çox mənalarda açıqlamışlar. 
1) Tövhid – çünki o, qulun yanında qoruması lazım olan bir əmanətdir. 2) 
Əməl – qulun qoruması lazım olan bir əmanətdir. Əmanət dinin əmrlərini 
yerinə yetirmək və qadağalarından qaçmaqdır
233

18.  Qul Qadının Öz Ağasını Doğması, Kasıbların Varlanıb Hündür 
Binalar Tikməkdə Bir-Birləri  İlə Yarışmaları: Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm –  dən Qiyamətin  əlamətləri haqqında soruşan Cəbrailə 
belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, cılpaq, 
cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları»
234
. Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: “Qulun xərclədiyi hər bir şeydə 
əcr vardır. Lakin bina bundan müstəsnadır»
235
. Əbu Hureyrə – radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “İnsanlar binaları qat-qat yüksəltmədikcə Qiyamət qopmaz”
236

İbn Həcər  – rahmətullahi aleyhi - deyir ki: “Axır zamanda cariyələr 
hədisdə  işarə edilən tərbiyə edilənlər olacaqlar. Çünki cariyələr azad 
qadınlardan ayrı olaraq güclü adamların himayəsində olacaqlar. Buna görə 
də  hədisdə: “...Ayaq yalın, cılpaq, cobanların hündür bina tikməkdə bir-
birləri ilə yarışmaları” ləfzi ilə zikr edilmişdir
237

19.  İnsanların Yalnız Tanıdıqları Kimsələrə Salam Vermələri:  İbn 
Məsud  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların 
yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır»
238

20.  Yalan  Şahidliyin Çoxalması, Haqq Şahidliyin Gizlədilməsi:  İbn 
Məsud  - radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu 
                                                 
232
 Fəthul-Bəri, Buxari “Rikâk” 11/333, Müslim. 
233
 Əhkamul Quran 3/1588,1589, Nəvəvi Şərh Müslim 2/168, İbn Kəsir 6/477, Fəthul Bəri 11/33.  
234
 Buxari, Müslim.  
235
 əl-Albani «Cəmius Səhih» 4442. 
236
 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  
237
 “Fəthul-Bəri” 1/122-123.  
238
 İmam Əhməd “Müsnəd” 5/326, Ahməd Şakir “Səhih”.  


 
75
aleyhi və  səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan 
şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»
239
. Əbu Bəkrə - radıyallahu 
anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: 
«Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç 
dəfə  təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: 
«Allaha  şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: 
«Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-
özümə) kaş ki, susaydı dedim
240
.  
21.  Qohumluq  Əlaqələrini Kəsməyin, Qonşuluq Münasibətlərinin 
Pisləşməsinin Çoxalması: Abdullah b. Amr - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, 
həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin 
pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz»
241
.  İbn Məsud  - radıyallahu 
anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Qiyamət qopmadan öncə qohumluq münasibətləri kəsilir”
242

Əbu Hureyrə  – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Uca və Böyük olan Allah 
məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim  – 
qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə  nə istiyirsən?» deyə 
buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini 
kəsməkdən Sənə  sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə 
yaxşılıq etməklə  və  səndən yaxşılığı  kəsəndən yaxşılığımı  kəsməyimlə 
razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu 
höküm sənindir». Sonra Əbu Hureyrə  – radıyallahu anhu – dedi ki, 
istəsəniz bu ayəni oxuya bilərsiniz:  «Əgər  (Peyğəmbərdən)  üz 
döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq 
tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»
243
. 
22. Vaxtın Sürətlə Getməsi: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Zaman 
qısalmadıqca Qiyamət qopmaz”
244
.  Əbu Hureyrə,  Ənəs  - radıyallahu 
anhm –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Vaxt sürətlə getməyənə  qədər Qiyamət qopmaz. İl aya, ay 
həftəyə, həftə günə, gün saata, saat da xurma yarpağının yanıb kül olması 
                                                 
239
 İmam Əhməd “Musnəd” 5/333, “İbn Kəsir “Təfsiri” 6/140, “Fəthul-Bəri” 5/262.   
240
 Buxari 2654, Müslim 87. 
241
 İmam Əhməd “Musnəd” 10/26-31, Əhmed Şakir “Səhih”, Həkim “Mustədrək 1/75-76.  
242
 Musnəd 5/333, Əhməd Şakir “Səhih”.  
243
 Buxari «Ədəbul Mufrad» 50.  
244
 Fəthul-Bəri, Buxari “Fitən” 13/81,82.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə