Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə47/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

 
97
nə bilirsən?» O, da: «Bilmirəm, mən insanların dediklərini 
təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki
fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər
320
. Bəra b. 
Azim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi 
və  səlləm – buyurdu: «Allah iman gətirənləri möhkəm bir sözlə sabit 
edər» qəbir  əzabı barəsində nazil olub. Qəbirdə ölüyə: Rəbbin kimdir? 
deyə soruşarlar. O: «Rəbbim Allah, Peyəmbərim Muhəmmədir» deyər. 
Allahın: «Allah iman gətirənləri dünya və axirətdə möhkəm sözlə sabit 
edər» ayəsi budur
321
. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Zeyd b. Sabit – 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – ilə birlikdə Bəni Nəccara aid bir yerə çatdıq. Qarşımıza beş və ya 
altı  qəbir çıxdı. Peyğəmbər: «Bu qəbirlərin sahiblərini tanıyan varmı?» 
deyə buyurdu. Bir nəfər: «Mən tanıyıram» dedi. Peyğəmbər: «Nə zaman 
öldülər?» deyə buyurdu. Adam: «Şirk dövründə» dedi. Peyğəmbər: «Bu 
ümmət qəbirdə fitnəyə məruz qalacaqdır» deyə buyurdu. Əgər ölülərinizi 
dəfn etməyinizdən qorxmasaydım sizə  qəbir  əzabını  eşitdirmək üçün 
Allaha dua edərdim»
322
. Hani, Osman – radıyallahu anhu – nun mövlası 
deyir ki: “Osman – radıyallahu anhu – bir qəbirin yanında durdu. Saqqalı 
yaş olana qədər ağladı. Ona: «Cənnət və  Cəhənnəm xatırlandıqda 
ağlamırdın, lakin qəbri xatırladıqda ağladın» dedilər. Osman – radıyallahu 
anhu – Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – in belə buyurduğunu 
eşitdim: Qəbr axirət mənzillərinin birincisidir. İnsan ondan qurtula bilərsə 
sonrakılardan qurtulması asantdır. Ondan qurtulmazsa sonrakılar bundan 
daha çətindir.  Əgər ondan nicat taparsansa böyük bir müsibətdən 
qurtuldun. Əksi təqdirdə sənin qurtulacağını heç güman etmirəm. Osman 
– radıyallahu anhu – sözünə davam edərək Peyğəmbər - sallallahu aleyhi 
və səlləm – bu sözlərini söylədi: “(Axirət mənzərələrindən) heç biri qəbir 
qədər qorxuducu və vahiməli deyildir”
323
. İbn Abbas – radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm –: «İki qəbirin 
yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə  əzab 
çəkirlər. Onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdir. Digəri 
isə söz gəzidirən idi». Sonra yaş bir budaq qıraraq onu iki yerə böldü və 
hər bir qəbrin üzərinə birini sancdı. Səhabələr: «Nə üçün belə etdin» 
                                                 
320
 Buxari, Müslim 5115. 
321
 Müslim 5117.  
322
 Buxari, Müslim 2867.  
323
 Tirmizi “Zuhd” 5, 2309. 


 
98
dedilər. Peyğəmbər: «Budaqlar quruyana qədər qəbir  əzabları 
yüngülləşsin»
324
.  
Möminlərə  gəlincə Allah buyurur: Şübhəsiz ki: «Rəbbimiz Allahdır! 
deyən, sonra da (sözündə) düz olan kəslərə  (ölüm ayağında)  mələklər 
nazil olub belə deyəcəklər: «Qorxmayın və  kədərlənməyin! Sizə  vəd 
olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30). 
Bütün bu hadisələr «Bərzax» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti 
bizə  bəlli olmayan bir şəkildə. Çünki ağıl bu keyfiyyəti dərk etməkdə 
acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbir əzabında məqsəd 
bildiyimiz qəbir çuxurunda görülən  əzab deyildir. Bərzax adı verilən 
aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbirdə də olsalar, yerin dibində 
də olsalar, dənizin dibində  və ya balığın qarnında da olsalar, yanıb kül 
olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzax 
deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) 
əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-
Tövbə 101). Səmura b. Cundəb  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra 
hər dəfə  səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz 
yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: 
«Həqiqətən bu gecə  mənim yanıma iki nəfər gəldi və  mənim onlarla 
getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) 
uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası  əlində 
olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı 
uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. 
Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı 
əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini 
təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: 
«Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən 
sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə  əlində 
dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın 
ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi 
cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi 
cırdıqda digər tərəf  əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini 
yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. 
Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir 
müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm 
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu 
və  dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar 
                                                 
324
 Buxari 218, Müslim 675.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə