Microsoft Word Aqida Kitabi doc


isə günahlarının üstünü örtəcək, onların əhvalını



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə28/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

 
58
isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) 
düzəldəcəkdir  (yaxşılaşdıracaqdır)».
 
(Muhəmməd 2). «Muhəmməd 
(əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar 
(möminlər) kafirlərə qarşı  sərt, bir-birinə  (öz aralarında) isə 
mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, 
Allahdan riza və lütf diləyən görərsən. Onların  əlaməti üzlərində olan 
səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı 
möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı  vəsfidir.  İncildə isə 
onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu 
bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi 
üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.  (Allahın bu təşbihi) 
kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər 
edənlərə Allah məğfirət  (günahlardan bağışlanma)  və böyük mükafat 
(Cənnət) vəd buyurmuşdur!». (əl-Fəth 29).
  
8. Peyğəmbərimizin Meracı - Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 
on il Allahın əmrinə tabe olaraq tövhidə dəvət etdi. On ildən sonra göylərə 
yüksəldi. Merac – Aracə sözündən götürülüb. Uruc - qalxmaq, yüksəlmək 
deməkdir.  İsra  –  Əsra sözündən götrülüb. Bəziləri-nin dediyinə görə 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 Merac səfərini yuxuda edib, 
digərlərinin dediyinə görə o 

 sallallahu aleyhi və səlləm 

, Meraca yalnız 
ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və 
ömründə bir dəfə olub. Bu hadisə  Məkkədə Peyğəmbərlikdən sonra və 
hicrətdən bir il əvvəl  27  Rəcəb  621- ci ildə baş verib. Ənəs b. Məlik  
radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

  Kəbədə  əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib 
boğazından qarnının alt tərəfinə qədər olan hissəni yardı. Qəlbini çıxardıb 
zəm-zəm suyu ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Bu da 
onu irəlidə gözlənilən üçün hazırlıq idi. Sonra qatırdan alçaq, eşşəkdən 
böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik addımını 
gözün son görmə  həddinə qoyardı. Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 ilə birlikdə  Cəbrail 

  əleyhissəlam 

  olduğu halda miniyə 
mindilər. Beytul Məqdisə  gəldik. Onu (məndən  əvvəlki) Peyğəmbərlərin 
bağladıqları halqaya bağladım. Sonra məscidə girdik. Peyğəmbərlərə 
imam olaraq iki rükət namaz qıldıq. Bütün Peyğəmbərlər də onun 
arxasında namaz qıldılar. Beləliklə Peyğəmbər 

 sallallahu aleyhi və 
səlləm 

 in fəziləti,  şərəfi və ona uyulan bir imam olduğu ortaya çıxmış 
oldu. Oradan çıxdıqdan sonra Cəbrail 

 əleyhissəlam 

 mənə bir qab şərab 
və bir qab da süd gətirdi. Mən südü seçdim. Cəbrail 

  əleyhissəlam 

 
mənə: «Sən fitrəti seçdin, ümmətində fitrət üzərindədir» dedi. Sonra 


 
59
Cəbrail 

  əleyhissəlam 

  ilə birlikdə dünya səmasına yüksəldik. Birinci 
səmanın qapılarının açılmasını istədi. «O, kimdir?» deyə soruşdular. 
«Cəbrail» dedi. «Yanında kim var?» deyə soruşdular. «Muhəmməd» deyə 
cavab verdi. «Ona risalət verildimi?» deyə soruşdular. «Bəli» dedi. Bu 
dəfə: «Səfa gəldi, xoş gəldi» deyildi və ona səmanın qapısı açıldı. Birinci 
səmada Adəm 

  əleyhissəlam 

  göründü. Cəbrail ona: «Bu sənin baban 
Adəmdir, ona salam ver» dedi. Peyğəmbər ona salam verdi, o da salamı 
alıb və «Saleh övladıma saleh Peyğəmbərə salam olsun» dedi. Adəmin 
sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfdə isə bədbəxt kimsələrin 
ruhları vardır. O, sağ  tərəfinə baxanda sevinər və gülərdi, sol tərəfinə 
baxdıqda isə ağlayardı. Çünki sağ tərəfdə olanlar Cənnət əhli, sol tərəfində 
olanlar isə  Cəhənnəm  əhlindən olan kimsələr idi. Sonra Cəbrail onunla 
ikinci səmaya çıxdı və səmanın qapısının açılmasını istədi. «O, kimdir?» 
deyə soruşdular. «Cəbrail» dedi. «Yanında kim var?» deyə soruşdular. 
«Muhəmməd» deyə cavab verdi. «Ona risalət verildimi?» deyə soruşdular. 
«Bəli» dedi. Bu dəfə: «Səfa gəldi, xoş  gəldi» deyildi və ona səmanın 
qapısı açıldı.  İkinci səmada Yəhya və  İsa (hər iksinə Allahın salat və 
salamı olsun) göründü. Cəbrail dedi ki, bunlar Yəhya və  İsadır 

 
əleyhimussəlam 

, hər iksinə salam ver. O, da onlara salam verdi, onlar da 
salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun» 
dedilər. Sonra Cəbrail onunla üçüncü səmaya çıxdı və səmanın qapısının 
açılmasını istədi. «O, kimdir?» deyə soruşdular. «Cəbrail» dedi. «Yanında 
kim var?» deyə soruşdular. «Muhəmməd» deyə cavab verdi. «Ona risalət 
verildimi?» deyə soruşdular. «Bəli» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi» 
deyildi və ona səmanın qapısı açıldı. Üçüncü səmada Yusif 

 əleyhissəlam 

  göründü. Cəbrail dedi ki, bu Yusifdir, ona da salam ver. O, da salam 
verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam 
olsun» dedi. Sonra Cəbrail onunla dördüncü səmaya çıxdı  və  səmanın 
qapısının açılmasını istədi. «O, kimdir?» deyə soruşdular. «Cəbrail» dedi. 
«Yanında kim var?» deyə soruşdular. «Muhəmməd» deyə cavab verdi. 
«Ona risalət verildimi?» deyə soruşdular. «Bəli» dedi. Bu dəfə: «Səfa 
gəldi, xoş gəldi» deyildi və ona səmanın qapısı açıldı. Dördüncü səmada 
İdris 

 əleyhissəlam 

 göründü. Cəbrail dedi ki, bu İdrisdir, ona da salam 
ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh 
Peyğəmbərə salam olsun» deyə dua etdi. Allah buyurur: «Biz onu yüksək 
məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail 

 əleyhissəlam 

 onunla 
beşinci səmaya çıxdı və səmanın qapısının açılmasını istədi. «O, kimdir?» 
deyə soruşdular. «Cəbrail» dedi. «Yanında kim var?» deyə soruşdular. 
«Muhəmməd» deyə cavab verdi. «Ona risalət verildimi?» deyə soruşdular. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə