Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə29/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

 
60
«Bəli» dedi. Bu dəfə: «Səfa gəldi, xoş  gəldi» deyildi və ona səmanın 
qapısı açıldı. Beşinci səmada Musa 

 əleyhissəlam 

 ın qardaşı İmran oğlu 
Harun 

  əleyhissəlam 

  göründü. Cəbrail dedi ki, bu Harundur, ona da 
salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh 
Peyğəmbərə salam olsun» dedi. Sonra Cəbrail onunla altıncı səmaya çıxdı 
və  səmanın qapısının açılmasını istədi. «O, kimdir?» deyə soruşdular. 
«Cəbrail» dedi. «Yanında kim var?» deyə soruşdular. «Muhəmməd» deyə 
cavab verdi. «Ona risalət verildimi?» deyə soruşdular. «Bəli» dedi. Bu 
dəfə: «Səfa gəldi, xoş gəldi» deyildi və ona səmanın qapısı açıldı. Altıncı 
səmada Musa 

 əleyhissəlam 

 göründü. Cəbrail dedi ki, bu Musadır, ona 
da salam ver. O, da salam verdi, salamını alıb: «Saleh qardaşımıza və 
saleh Peyğəmbərə salam olsun» dedi. Yanından getdikdə Musa ağladı. 
«Nəyə  ağlıyırsan?» deyildikdə: «Çünki məndən sonra Peyğəmbər olaraq 
göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim 
ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur (Başqa rəvayətdə: 
Ənəs - radıyallahu anhu 

 rəvayət edir ki, Peyğəmbər 

 sallallahu aleyhi 
və  səlləm 

 buyurdu: «İsra gecəsində Musanın yanına çatdım. Qırmızı 
qum təpəsinin yanındakı  qəbrində namaz qılırdı»
170
). Sonra Cəbrail 
onunla yeddinci səmaya çıxdı və səmanın qapısının açılmasını istədi. «O, 
kimdir?» deyə soruşdular. «Cəbrail» dedi. «Yanında kim var?» deyə 
soruşdular. «Muhəmməd» deyə cavab verdi. «Ona risalət verildimi?» deyə 
soruşdular. «Bəli» dedi. Bu dəfə: «Səfa gəldi, xoş  gəldi» deyildi və ona 
səmanın qapısı açıldı. Yeddinci səmada Xalilur-Rahmən  İbrahim 

 
əleyhissəlam 

 göründü. Cəbrail dedi ki, bu sənin atan İbrahimdir, ona da 
salam ver. O, da salam verdi, salamını alıb: «Saleh övlad və saleh 
Peyğəmbərə salam olsun» dedi. 
Cəbrail 

 əleyhissəlam 

 Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 i bu 
Peyğəmbərlərin yanına götürməsi, ona olan bir ikram, onun şərəfini və 
fəzilətini ortaya çıxarmaq üçün idi. İbrahim 

  əleyhissəlam 

  belini 
yeddinci səmadakı Beytul-Məmura söykəmişdi. Bu Beytul-Məmura 
gündə yetmiş min mələk girər, orada Allaha ibadət edər, namaz qılar, 
sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Sonra Peyğəmbər 

 
sallallahu aleyhi və səlləm 

 Sidrətul Muntəhaya qədər yüksəldi. Allahın 
əmri ilə orada olan gözəllikləri gördü. Sonra Allah Muhəmməd 

 
sallallahu aleyhi və səlləm 

 ə bir gün və bir gecədə əlli vaxt namaz fərz 
qıldı. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa 

 
əleyhissəlam 

  ın yanından keçəndə ona: «Rəbbin ümmətinə  nəyi fərz 
                                                 
170
 Müslim «Fəzail» 2375. 


 
61
qıldı?» dedi. «O, bir gündə  əlli namaz fərz qıldı». Musa: «Sənin 
ümmətinin buna gücü çatmaz. Səndən  əvvəl mən öz ümmətimə bunu 
bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə 
qayıt və ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə». Bundan sonra 
Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 bir neçə dəfə Rəbbinə müraciət 
etdi və namaz beş vaxt sayına qədər azaldıldı. Bundan sonra Peyğəmbər 

 
sallallahu aleyhi və səlləm 

 ə Cənnət və Cəhənnəm də göstərildi. Usamə 
b. Zeyd - radıyallahu anhu 

  rəvayət edir ki, Peyğəmbər 

 sallallahu 
aleyhi və səlləm 

 buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub 
içəri baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu 
gördüm. Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-
hesab) üçün həps olunmuşlar. Atəş  əhli olan zənginlərin isə  Cəhənnəmə 
atılmaları öncə  əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir 
də baxdım ki, Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: 
«Biz nəyə görə  Cəhənnəm  əhlinin çox hissəsi olacağıq)» dedilər. 
Peyğəmbər: «Çünki çox lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. 
Yaxşılığa qarşı küfr edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq 
etsən və sonra səndən məmnun olmayacaq bir şey görsə – səndən heç bir 
xeyir görmədim deyər. Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı 
başından alaraq kişiyə üstün gələni görmədim». Qadınlar: «Ağıl və din 
naqisliyi nədir?» deyə soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə 
– iki qadının  şahidliyi bir kişinin  şahidliyinə  bərabərdir. Dini naqisliyə 
gəldikdə isə – (heyzli günlərdə) namaz qılmazsınız və Ramazanda da (bir 
müddət) oruc tutmazsınız»
171
. Ənəs - radıyallahu anhu 

 rəvayət edir ki, 
Peyğəmbər 

 sallallahu aleyhi və  səlləm 

 buyurdu: «İsra gecəsində 
dırnaqları uzun olan bir qövmə çatdım. Onlar üzlərini və (kökslərini) 
cırmaqlayırdılar». Mən: «Ey Cəbrail! Bunlar kimlərdir?» deyə soruşdum. 
Cəbrail: «Bunlar insanların  ətlərini yeyənlərdir (qeybət edənlər)» deyə 
buyurdu
172
. Daha sonra Peyğəməbr 

 sallallahu aleyhi və  səlləm 

 
səmadan enib Məkkəyə geri döndü»
173
. Cabir - radıyallahu anhu 

 rəvayət 
edir ki, Peyğəmbər 

 sallallahu aleyhi və səlləm 

 buyurdu: «Qureyş məni 
təqzib etdiyi vaxt Allah Beytul Məqdisi mənə  təcəlli etdi. Mən onlara 
onun  əlamətlərini bir-bir xəbər verməyə başladım. Mən Beytul Məqdisə 
baxır, həm də xəbər verirdim»
174
.  
                                                 
171
 Buxari «Rikak» 51, Müslim 79, 2736. 
172
 Əbu Davud 4870, 4879.  
173
 Buxari, Müslim.  
174
 Buxari, Müslim 170. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə