66
Məhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq?
De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı
Allahdan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187). (Ya Muhəmməd!
Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar.
Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq
sənin Rəbbinə məxsusdur». (ən-Nəziat 42-44). Ömər
- radıyallahu anhu
– nun rəvayət etdiyi hədisdə Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
dən Qiyamət saatı haqqında soruşan Cəbrail
– əleyhissəlam – a Rəsulullah
– sallallahu aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan
soruşandan cox bilmir»
185
.
Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir.
Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu
aleyhi və səlləm – buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün
Adəm
– əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün Cənnətdən
qovuldu və o gün qiyamət qopacaqdır (Başqa rəvayətdə: «Cümə günü
bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər qiyamət qopar deyə
qorxudan qulaqlarını şəkiliyərək dinləyərlər. Yalnız cinlər və insanlar
bundan qafildirlər)»
186
. Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: «Günlərin ən xeyirlisi cümə günüdür. O gün Adəm yaradıldı, o
gündə vəfat etdi. O, gün sura üflənəcəkdir. O,
gündə göydəkilər də,
yerdəkilər də öləcəklər. O, gün mənə çox salavat gətirin. Sizin salavatınız
harada olsanız mənə çatacaqdır». Biri: «Ey Allahın Rəsulu! Sən
çürüdükdən sonra salavatımız sənə necə çatacaqdır?» deyə soruşdu.
Peyğəmbər: «Doğrusu Allah Peyğəmbərlərin cəsədlərini yeməyi torpağa
haram etmişdir» deyə buyurdu
187
.
Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə
inanmaq və buna uyğun olaraq gərəyincə əməl etmək deməkdir.
Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq qiyamətin böyük və kiçik
əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və
nemətinə,
Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaq-
larına, qiyamətin hesab yerindəki dəhşətli və qorxulu hallarına, məhşərə,
səhifələrin (əməl dəftərlərinin) açılacağına, tərəzinin və sırat körpüsünün
ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən
yüksək mərtəbəsi Allahın üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və
orada olan dəhşətli əzablara iman etmək axirətə iman etməyin içərsinə
daxildir. Elm adamları Qiyamətin əlamətlərini
kiçik və böyük əlamətlər
185
Buxari, Müslim.
186
Müslim, İmam Məlik «Muvatta» 1/108.
187
Nəsai «Cümə» 3/5.
67
olmaqla iki qismə ayırmışlar.
«(Məkkə müşrikləri) özlərinə yalnız
mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət
əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamətin
əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir
xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki:
«Gözləyin, doğrusu biz də gözləyirik». (əl-Ənam 158). «Ey insanlar!
Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün zəlzələsi dəhşətli
şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən
başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq
gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət almaları
(peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18).
«….Nə bilirsən, bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar
onun tez gəlməsini istərlər. İnananlar isə onun haqq olduğunu bilərək
ondan qorxuya düşərlər. Bil ki, Qiyamət saatı haqqında mübahisə
edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ
Qiyamətin Əlamətləri İki Qismə Ayrılır:
1. Kiçik Əlamətlər – Bu əlamətlər
çox uzun zaman davam edən və
təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, çəhalətin çoxalması, içki
içilməsi, binaların ucaldılması və s.
2. Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın
görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsa
-
əleyhissəlam - ın gəlməsi, Yəcuc və Məcuc tayfaları və s
188
.
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə
çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki
əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də
alimlərin oldu və bitti dedikləri əlamətlərdən başladım. Diqqət çəkiləsi
məsələlərdən biri də bəzi insanların Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – in xəbər verdiyi Qiyamət əlamətlərinin çəkinəlisi və qadağan
olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in xəbər verdiyi Qiyamətin
əlamətlərinin hamısı çəkinəlisi və ya pis əlamət deyildir. Onların
içərisində xeyirli olan əlamətlər də vardır.
1. Peyğəmbərimiz Muhəmməd – Sallallahu Aleyhi Və Səlləm – İn
Göndərilməsi: Ənəs b. Məlik
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Mən Qiyamət günü
188
“Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624.