Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə33/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

 
68
ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O 
şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə 
olan üstünlüyü qədər»
189
. İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – in Allah tərəfindən 
göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir.  Əbu Cubeyr 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm»
190
.  
2.  Onunla Peyğəmbərliyin, Risalətin Sona Yetməsi Və Peyğəmbər – 
Sallallahu Aleyhi Və  Səlləm – İn Vəfat Etməsi: Auf b. Məlik  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: 
«Mənim ölümümü»
191
.  Ənəs  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər 
sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə  qərq olmuşdu
192

Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – dünyasını  dəyişdikdən sonra 
Əbu Bəkr və Ömər - radıyallahu anhum – onun süd anasını ziyarət etmək 
qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb 
deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) 
dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, 
artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər - radıyallahu 
anhum – da ağlamağa məcbur etdi
193
.  
3. Beytul-Məqdisin Fəth Edilməsi: Auf b. Məlik - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
«Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) 
fəth edilməsi»
194
. Ömər  - radıyallahu anhu – nun xəlifəliyi dövründə, 
hicrətin 16-cı ilində Qüds zəbt olunur və orada bir məscid də inşa edilir
195
.  
4.  Fitnələrin Ortaya Çixması: Fitnələrlə bağlı  hədislər çoxdur. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ümmətini fitnərə qarşı 
xəbərdarlıq etmiş, onlardan Allaha sığınmalarını əmr etmişdir. Usamə b. 
Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi 
və  səlləm – Mədinənin yüksək binalarından birinə  çıxaraq: «Mənim 
gördüklərimi görürsünüzmü?» deyə buyurdu. Səhabələr: «Xeyr» dedilər. 
O: «Evlərinizin arasına (şiddətli yağan) yağışın (açdığı yaralar) kimi 
                                                 
189
 “Fəthul Bəri”, Buxari “Rikak” 11/347, Müslim “Fitən”.  
190
 əd-Daulabi, əl-Albani səhih.  
191
 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  
192
 Tirmizi “Mənakib”, “Tuhfətul Əhfazi” 10/87-88, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir.  
193
 Müslim “Fadailus Sahabə”, İmam Nəvəvi “Şərh Müslim” 16/9-10.  
194
 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  
195
 “əl–Bidâyə vən–Nihâyə” 7/55–57 


 
69
fitnələrin yağdığını görürəm»
196
. Bir nəfər Peyğəmbər – sallallahu aleyhi 
və səlləm – dedi: «Fitnələr zamanı evimə girib məni öldürmək üçün əlini 
mənə uzadana nə edim. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Adəm – əleyhissəlam – kimi ol! «Sən məni öldürməkdən ötrü 
mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. 
Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram». (əl-Maidə 28)
197
Zeyd 
b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu 
aleyhi və səlləm – buyurdu: “Görünən və görünməyən fitnələrin şərrindən 
Allaha sığınıram”
198
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İrəlidə bir çox 
fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan 
kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə 
qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə  sığınsın və ya 
gizlənmək üçün yer taparsa gizlənsin»
199
.  
5. Yəhudi Və Xristiyanlar Kimi Keçmiş Ümmətlərin Yolu Ilə Getmək: 
Fitnələrdən biri də  Yəhudi və Xristianların adətlərinə uymaq və onları 
təqlid etməkdir. Bəzi müsəlmanlar kafirləri təqlid etməkdə, onlara 
bənzəməkdə, onların əxlaqı ilə əxlaqlanmaqda və onları sevmələridir. Əbu 
Səid  əl-Xudri  - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm – buyurdu: «Həqiqətən siz əvvəlkilərin 
(sünnəsi – yolu), adət  ən-ənələrilə gedəcəksiniz. Hər bir şeydə onlara 
qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə  qədər ki, onlardan biri 
kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya 
Rəsulullah! Sən Yəhudi və Xristianları  nəzərdə tutursan?» deyə soruş-
duq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu
200
.  
6.  Yalançıların Və Peyğəmbərlik  İddiasında Olanların Ortaya 
Çıxması:  Ortaya çıxan  əlamətlərdən biri də  30 yaxın yalançının 
Peyğəmbərlik iddiasında olmasıdır. Onlardan bəziləri Peyğəmbər  – 
sallallahu aleyhi və  səlləm –  həyatda ikən və  səhabə zamanında ortaya 
çıxmış, günümüzdə  də ortaya çıxmağa davam edir
201
.  Əbu Hureyrə  
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: “30 yaxın yalançı  çıxmadıqca Qiyamət qopmaz. 
Bunların hamısı Peyğəmbər olduqlarını iddia edəcəklər”
202
. Səvban  
                                                 
196
 Buxari, Müslim.  
197
 Əbu Davud «Fitən» 2. 
198
 Nəvəvi Şərh, Müslim “Cənnət” 18/203.  
199
 Müslim.  
200
 Buxari, Müslim, Əbu Davud 4333, 4334, Tirmizi 2219.  
201
 “Fəthul-Bâri” 6/617.  
202
 Fəthul-Bəri, Buxarî “Mənâkib” 6/616, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/45-46.  


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə