142
Əlirzayev Əli Qənbərəli oğlu
1945-ci il təvəllüdlü, iqtisad elmləri
doktoru, professor, Azərbaycan Dövlət
İqtisad Universitetinin "Sosial sahələrin
iqtisadiyyatı
və idarə olunması"
kafedrasının müdiri, Əlirzayev Əli
Qənbərəli oğlu 1968-ci ildə Azərbaycan
Politexnik İnstitutunu bitirmişdir.
Ə.Əlirzayev 1970-1973-cü illərdə
Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutunun Moskva
şəhərində SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat
İnstitutunun (MİRİ) məqsədli aspirantı olmuşdur. 1973-cü
ildə həmin institutda iqtisad elmləri namizədi elmi dərəcəsi
almaq üçün dissertasiya müdafiə etmişdir. 1973-1986-cı
illərdə Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutunda
kiçik elmi işçi, baş elmi işçi, 1980-ci ildən isə yeni şöbə
yaradaraq onun müdiri işləmişdir.
1978-1980-ci illərdə Moskva şəhərində doktorluq
dissertasiyası müdafiəsi üçün Mərkəzi İqtisadi Riyaziyyat
İnstitutunda elmi iş aparmış və nəticələrini 1985-ci ildə
həmin institutda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq
üçün müdafiə etmişdir.
1986-1989-cu ildən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.
1991-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin
İqtisadiyyat və idarəetmə kafedrasının müdiri işləmişdir.
Ə. Əlirzayev Moskva EA-nın elmi məktəbini keçmiş,
Mərkəzi-İqtisadi Riyaziyyat İnstitutunda 10 ilə yaxın
143
müştərək elmi işlər apararaq, həm namizədlik, həm də
doktorluq dissertasiyasını müdafiə etmiş, ilk dəfə olaraq gəlir
və istehlak balanslarının region üzrə metodologiyasını
yaratmış və elmi işlərinin nəticələri Moskvanın "Nauka"
nəşriyyatında "Дифференцированный баланс доходов и
потребления" nəşr olunan monoqrafiyasında və dörd
metodik vəsaitdə çap olunmuşdur. Onun elmi nəticələri
1980-1985-ci illər ərzində SSRİ EA-nın elmi katibinin
məruzəsinə daxil olmuşdur.
1986-2005-ci illərdə Sosial-iqtisadi inkişaf proqramının
tərtibində iştirak etmiş, Sosial inkişaf və həyat səviyyəsi
bölməsinin həmsədri və əsas tədqiqatçısı olmuşdur.
Respublikanın sosial inkişafı, həyat səviyyəsi, bazar
münasibətləri şəraitində islahatların nəzəri-metodoloji
problemləri, riyazi-iqtisadi metodlar, bazar iqtisadiyyatında
dövlət tənzimlənməsi sahəsində Ə. Əlirzayevin əsaslı
tədqiqatları vardır. Sosial tədqiqatların regional cəhətləri,
metodları və mexanizmləri sahəsində konkret təkliflər
respublikanın qanunverici bazasının yaradılmasında,
konseptual inkişaf istiqamətlərinin hazırlanmasında istifadə
olunur. Onun rəhbərliyi ilə dövlət planında olan elmi-
tədqiqat istiqamətləri, mövzuları işlənmiş, monoqrafik
kitablar nəşr olunmuşdur.
Ə.Əlirzayev 300-ə yaxın elmi əsərin, о cümlədən bir
neçə monoqrafiyanın, elmi məqalə və tezislərin, 150 qəzet
məqaləsinin müəllifidir. 20 aspiranta rəhbərlik etmiş, 2
elmlər doktoru yetişdirmiş, 30-a qədər dissertasiyanın
opponenti olmuşdur. Respublikada iqtisadiyyat sahəsində
müdafiə elmi şuralarının üzvüdür. Ali Attestasiya
144
Komissiyasının (AAK) İqtisadiyyat və hüquq komissiyasının
üzvü olmuşdur.
Ə. Əlirzayevin əsərlərindən 2 monoqrafiya, 4 metodik
vəsait Moskva alimləri ilə Mərkəzi İqtisadi Riyaziyyat
İnstitutunda hazırlanmış və nəşr olunmuşdur. Son illərdə
nəşr etdiyi "İqtisadi və sosial idarəetmə", "Bazar iqtisa-
diyyatı: metodoloji prinsiplər və qanunauyğunluqlar",
"İqtisadiyyatın dövlət tənzimlənməsinin normativ əsasları və
metodologiyası", "H. Əliyev və Azərbaycan iqtisadiyyatı",
"Взаимосвязь социальных и экономических процессов:
методология моделирования и прогнозирования",
"Социально-экономические
проблемы
развития
азербайджанского села", "İqtisadi artım və maddi rifah"
monoqrafiyaları respublikada elmin inkişafında, tədris
prosesində mühüm rol oynayır.
Ə.Əlirzayev 1-ci və 2-ci çağırış Azərbaycan Respub-
likası Milli Məclisinə deputat seçilmiş Milli Məclisin
iqtisadiyyat üzrə daimi komissiyanın sədr müavini kimi
fəaliyyət göstərmiş və iqtisadi qanunların işlənməsində,
müzakirəsində və təsdiqində fəal iştirak etmişdir. Onun
yüksək elmi potensialı, idarəetmə təcrübəsi və praqmatik
fikirləri iqtisadi qanunların elmi əsasını daha da
möhkəmləndirmiş. Respublikanın iqtisadi inkişaf meyillərini
elmi əsaslarla qiymətləndirmək və aparılan islahatların
hüquqi-təşkilati mexanizmlərini təkmilləşdirmək üçün
təkliflər vermişdir. Dövlət qarşısında xidmətləri nəzərə
alınaraq ona 2002 - ci ildə “Əməkdar elm xadimi” fəxri adı
verilmişdir.
145
1999-cu ildə o, 7,0 ç.v. həcmində Azərbaycan iqtisadiy-
yatının inkişaf konsepsiyası və proqramını işləyib
monoqrafiya formasında tətbiq üçün müvafiq orqanlara
təqdim etmişdir. Ə.Əlirzayev bir sıra beynəlxalq səviyyəli
konfranslarda Azərbaycan iqtisadiyyatının keçid şəraitində
mövcud durumu və perspektivləri, problemləri haqqında
çıxışlar etmişdir.
O, Moskvada nəşr olunan beynəlxalq iqtisadi elmi
jurnalın -"Экономика и общество" redaksiya heyətinin
üzvüdür. Azərbaycan Respublikasında elm, təhsil və iqtisadi
təşkilati idarəetmə strukturlarının elmi məsləhətçisidir.
"Audit" jurnalının, "Odlar Yurdu" Universitetinin xəbərlər
məcmuəsinin redaksiya heyətinin üzvüdür. Azərbaycan
Sahibkarlar Assosiasiyasının elmi məsləhətçisi, Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət heyətində iqtisadi
problemlərin müzakirəsinin iştirakçısı, özəl təhsilin təşkilinin
məsləhətçisidir.
“Nehrəm” və “Nehrəm uşaqları” tarixi-publisistik
kitablarının müəllifi Ə.Əlirzayev 40-a yaxın xarici ölkədə
olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü-
dür. 2002-ci ildə “Uğur” mükafatına layiq görülmüş, bir sıra
beynəlxalq konfransların sertifikatları ilə təltif olunmuş və
Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlamentlərarası
Assembleyasının 8 il üzvü olmuşdur.
Evlidir. Üç övladı və dörd nəvəsi vardır.
Dostları ilə paylaş: |