Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

 
 
150
 
 
 
Hüseynov Məcid Əli oğlu 
 
Hüseynov Məcid Əli oğlu 1912-ci il noyabr ayının 19-da 
Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 
1927-ci ildə orta məktəbi bitirmiş, 1929-cu ildə Ucar 
rayonunun pambıqtəmizləmə zavoduna hesabdar vəzifəsinə 
işə qəbul edilmiş və zavodun kollektivinin rəyi ilə 1930-cu 
ildə Bakı şəhərinə oxumağa göndərilmişdir. 
1934-cü ildə Gürcüstan Kənd Təsərrüfatı  İnstitutunun 
meşəçilik fakültəsinə daxil olmuşdur. İnstitutu 1939-cu ildə 
bitirmiş  və Azərbaycan Meşə  Təsərrüfatı Nazirliyində öz 
ixtisası üzrə  işə  qəbul olunmuşdur. 1940-cı ilin oktyabr 
ayında hərbi qulluğa çağırılmış  və 1947-ci ilə kimi 
Almaniyanın ayrı-ayrı  şəhərlərində  hərbi xidmətdə olmuş
mayor rütbəsinə qədər yüksəlmişdir. Hərbi xidmətdə olduğu 
müddətdə göstərdiyi igidliyə görə 2 "Qırmızı əmək bayrağı 
ordeni", "Stalinqrad uğrunda vuruşda xidmətinə görə", 
"Varşavanın azad edilməsi uğrunda", "Berlinin alınması", 
"Almaniya üzərində  qələbəyə görə" medalları ilə  təltif 
olunmuşdur. 1947-ci ildə  hərbi hissədən tərxis olunmuş  və 
əvvəllər işlədiyi Meşə  Təsərrüfatı Nazirliyində  İstehsalat-
texniki şöbəyə rəis təyin olunmuşdur. 
Elmi araşdırmalara həvəsi olduğuna görə o, 1949-cu ildə 
Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi 
aspiranturaya daxil olmuş, apardığı  tədqiqat işi üzrə 
dissertasiya müdafiə edib elmlər namizədi adına layiq 
görülmüşdür. O, 1952-ci ildən 1956-cı ilə kimi Azərbaycan 
Elmi-Tədqiqat Meşə Təsərrüfatı İnstitutunda elmi işçi, şöbə 
müdiri vəzifələrində çalışmışdır. 


 
 
151
 
 
 
1956-cı ildən 1960-cı ilə kimi Azərbaycan Xalq 
Təsərrüfatı  İnstitutunda kafedra müdiri, müdir müavini 
vəzifələrində işləmişdir. 
O, 1960-cı ildə respublika rəhbərliyinin təqdimatına 
əsasən kənd təsərrüfatı nazirinin müavini, tədarük naziri və 
idarəetmənin yenidən təşkil olunması ilə  əlaqədar olaraq 
Kənd Təsərrüfatı  Məhsulları  İstehsalı  və  Tədarükü 
Nazirliyində nazir müavini vəzifələrində işləmişdir. 
1963-cü ildən ömrünün axırına kimi Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun baş elmi işçisi,  şöbə müdiri vəzifələrində 
çalışmışdır. 
Məcid Hüseynov respublikanın aqrar bölməsinin inkişaf 
etdirilməsi problemlərinə müxtəlif aspektlərdən yanaşmış, 
hələ 1959-cu ildə dağ kolxozlarının inkişaf etdirilməsinə dair 
verdiyi təkliflərdə onlara müstəqillik verilməsi ideyasını irəli 
sürmüşdür. 
M. Hüseynov respublikanın iqtisadiyyatının inkişaf 
etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, 
broşürun müəllifidir. Bundan əlavə, respublikada və keçmiş 
SSRİ-yə daxil olan respublikaların jurnallarında 30-dan 
yuxarı məqalənin müəllifidir. 
M. Hüseynov iqtisadiyyat elminin fəal təbliğatçısı 
olmuşdur. O, ümumittifaq "Bilik" cəmiyyətinin idarə 
heyətinin üzvü olmuşdur. M.Hüseynov bir sıra ümumittifaq 
və respublika elmi-praktik konfransların, simpozium və 
sessiyaların çağırılması  və keçirilməsinin təşəbbüsçüsü və 
iştirakçısı olmuşdur. 


 
 
152
 
 
 
Məcid Hüseynov işlədiyi müddətdə gənc elmi kadrların 
hazırlanmasına və ixtisasların artırılmasına böyük qüvvə və 
enerji sərf etmişdir. 
Məcid Əli oğlu Hüseynov 1974-cu ildə vəfat etmişdir. 
 
 


 
 
153
 
 
 
Xəlilov Həmzə Ağakişi oğlu 
 
Xəlilov Həmzə Ağakişi oğlu 1949-
cu ildə anadan olub. 1970-ci ildə 
Azərbaycan Xalq Təsərrüfatı  İnstitu-
tunu bitirdikdən sonra 1971-1975-ci 
illərdə Azərbaycan SSR EA İqtisadiy-
yat 
İnstitutunun aspiranturasında 
təhsil alıb. 
1976-cı ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün dissertasiya müdafiə etmişdir. 
1975-1978-ci illərdə Azərbaycan EA iqtisadiyyat 
İnstitutunda kiçik elmi işçi, 1979-83-cü illərdə baş elmi işçi 
vəzifəsində çalışmışdır. 
1983-1992-ci illərdə Azərbaycan Texniki Universite-
tində Siyasi İqtisad kafedrasının dosenti vəzifəsində işləyib. 
1992-ci ildə aqrar problemlərin tədqiqi ilə bağlı iqtisad 
elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya 
müdafiə etmişdir.1993-1997-ci illərdə Özəl Azərbaycan 
Universitetinin "İqtisadiyyat" kafedrasına rəhbərlik etmişdir. 
1997-ci ildən 2001-ci ilin may ayınadək Dövlət 
Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi 
sədrinin iqtisadi məsələlər üzrə müşaviri olmuşdur. 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Marketinq 
və menecment" kafedrasının professoru vəzifəsində çalışır. 
80-dən çox elmi və elmi-metodiki əsərin müəllifidir. 
 
 


 
 
154
 
 
 
İsayev Veysəl İlyas oğlu 
 
İsayev Veysəl İlyas oğlu 1933-cü il 
fevral ayının 12-də Gürcüstan SSR-in 
Bolnisi rayonunun Arıxlı  kəndində 
anadan olmuşdur. 1948-ci ildə  həmin 
kənddə orta məktəbi bitirmişdir. 1948-ci 
ilin avqust ayından 1949-cu ilin avqust 
ayına qədər Gürcüstan SSR-in Bolnisi 
rayonunun Faxralı  Kənd  İstehlak 
Cəmiyyətində baş hesabdar işləmişdir. Elə  həmin ildə 
K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil 
olmuş  və 1953-cü ildə  həmin institutun “Uçot-iqtisad” 
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə 
C.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı 
Akademiyasının aspiranturasına daxil olmuş, 1958-ci ildə 
həmin akademiyada “Azərbaycan SSR-in pambıqçılıq 
kolxozlarında gəlirlərin artırılması ehtiyatları” mövzusunda 
dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi 
dərəcəsini almışdır. 1957-58-ci illərdə Moskva Ümumittifaq 
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda 
kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən 1962-ci 
ilə  qədər Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunun 
"Mühasibat uçotu və  təsərrüfat fəaliyyətinin təhlili" 
kafedrasında baş müəllim işləmişdir. 1962-ci ildən 1975-ci 
ilə  qədər Azərbaycan Kənd Təsərrüfatının  İqtisadiyyatı 
Elmi-Tədqiqat  İnstitutunda “Uçot və maliyyə  təsərrüfatı” 
şöbəsinə rəhbərlik etmişdir. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə