Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

 
 
146
 
 
 
Qarayev İslam Şamil oğlu 
 
İslam Şamil oğlu Qarayev 1940-cı 
ildə anadan olmuşdur. 1961-ci ildə 
Azərbaycan Dövlət Universitetinin 
“İqtisadiyyat” fakültəsini bitirmişdir. 
1962-63-cü illərdə Azərbaycan SSR EA-
nın  İqtisadiyyat  İnstitutunda kiçik elmi 
işçi işləmiş  və 1963-1966-cı illərdə 
Moskvada SSRİ EA-nın  İqtisadiyyat 
İnstitutunda aspirant olmuşdur. 1966-cı ildə namizədlik, 
1983-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 
1985-ci ildən professordur. 1968-1977-ci illərdə Azərbaycan 
Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda bölmə və 
şöbə müdiri, 1977-1987-ci illərdə isə Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutunda dosent, professor vəzifələrində 
çalışmışdır. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Xarici 
Dillər  İnstitutunda "Siyasi iqtisad" kafedrasının müdiri 
olmuşdur. 
1992-1994-cü illərdə Azərbaycan Dövlət  İqtisad 
Universitetinin prorektoru olmuş, 1994-cü ildən 2000-ci ilin 
mayınadək həmin institutun rektoru vəzifəsini icra etmişdir. 
Professor İ.Qarayev 280 ç. v. həcmində 170-dən çox 
elmi əsərin, о cümlədən, 10 monoqrafiyanın, dərslik və dərs 
vəsaitlərinin müəllifidir. "İctimai istehsalın ixtisaslaş-
dırılması  və kompleks inkişafının iqtisadi problemləri", 
"Azərbaycanda aqrar sənaye inteqrasiyasının inkişaf 
problemləri", "Azərbaycanın dağ  və dağətəyi rayonlarında 
ictimai istehsalın ixtisaslaşdırılması  məsələləri", "Bazar 


 
 
147
 
 
 
iqtisadiyyatı  şəraitində qiymətlərin formalaşmasının elmi 
əsasları", "Ümumi iqtisadi nəzəriyyə", "İqtisadi nəzəriyyə" 
(dərsliklər müəlliflər kollektivi tərəfindən birgə 
hazırlanmışdır), "Milli iqtisadiyyatımızın formalaşma 
istiqamətləri", "Milli iqtisadiyyatımız necə formalaş-
malıdır?", "Milli iqtisadiyyat: problemlər, mülahizələr", 
"Dünya bazar qiymətləri", "Qiymətin  əmələ  gəlməsi", 
"Qiymət və qiymətqoyma", "Aqrar bazarın formalaş-
dırılmasının iqtisadi problemləri" (müştərək) kitabları  və 
əsərləri məhz bu qəbildəndir. Professor İ.Qarayev Moskva 
və Azərbaycan akademik iqtisadi məktəbinin yetirməsi olub, 
müasir Azərbaycan iqtisad elminin inkişafında xüsusi yeri 
olan iqtisadçı alimlərdəndir. O, Azərbaycan milli iqtisadiy-
yatının formalaşma prinsipləri və istiqamətləri, onun nəzəri, 
metodoloji və praktiki məsələlərinin tədqiqi sahəsində geniş 
elmi araşdırmalar aparmış  və xalq təsərrüfatı  əhəmiyyətli 
konkret elmi tövsiyə və təkliflər vermişdir. О bu istiqamətdə 
işlərini bu gün də davam etdirir.  
Professor  İ. Qarayev Azərbaycan iqtisadiyyatının 
bazar iqtisadiyyatının  şərtləri  əsasında yenidən formalaş-
masının elmi əsaslandırılmış modelini işləyib hazırlayan, 
iqtisadi islahatların hazırlanması  və  həyata keçirilməsində 
xüsusi yeri olan iqtisadçı alimlərdən biridir. Milli dəyərlər və 
geniş miqyasda beynəlxalq iqtisadi inteqrasiyaya qoşulmaq 
tələbləri  əsasında müstəqil iqtisadiyyatımızın inkişaf 
proqramının işlənib hazırlanması, onun yeni strukturunun 
müəyyənləşdirilməsi və  məhsuldar qüvvələrin ölkədaxili 
kompleks inkişafının tədqiqi sahəsində  İ.Qarayevin 
xidmətləri böyükdür. O, ölkədə  məhsuldar qüvvələrin 


 
 
148
 
 
 
inkişafı  və yerləşdirilməsi üzrə perspektiv proqnozlaşdırma 
sahəsində aparılan fundamental tədqiqatların müəlliflərindən 
biridir. Bundan əlavə, silsilə xarakterli elmi-publisistik 
məqalələri ilə o, Azərbaycanın müstəqilliyi və dövlətçiliyi 
yolunda bir iqtisadçı alim kimi çox iş görmüşdür. 
O, neçə-neçə beynəlxalq və respublika səviyyəli 
simpoziumlarda, konfranslarda, elmi məclislərdə  iştirak 
edərək, xalqımızı, Azərbaycan iqtisad elmini məruzə  və 
çıxışları ilə layiqincə təmsil etmiş və bu sahədə fəaliyyətini 
davam etdirir. Azərbaycan Dövlət  İqtisad Universitetində 
fəaliyyət göstərən  İxtisaslaşdırılmış Elmi Şuranın həmsədri 
olan İ.Qarayev bir neçə doktorluq dissertasiyası üzrə xüsusi 
İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur. Onun elmi 
rəhbərliyi altında onlarca elmlər namizədi hazırlanmış  və 
hazırlanmaqdadır. 20-dən çox namizədlik və doktorluq 
dissertasiyaları üzrə istər ölkə daxilində, istərsə  də MDB 
ölkələrində rəsmi opponent olmuşdur. Professor İ.Qarayev 6 
ildən yuxarı Azərbaycan iqtisad məktəbinin mərkəzi və 
böyük ali təhsil ocağı olan Azərbaycan Dövlət  İqtisad 
İnstitutuna rəhbərlik etmiş və beynəlxalq standartlara cavab 
verən yüksək səviyyəli iqtisadçı kadr hazırlığı sahəsində 
səmərəli fəaliyyət göstərmişdir. 
İ.Qarayevin elmi fəaliyyəti təkcə respublikada deyil
onun hüdudlarından kənarda, beynəlxalq səviyyədə tanınmış 
və yüksək qiymətləndirilmişdir. 0,1998-ci ilin iyul ayında 
ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü 
seçilmişdir. 
Professor  İ.Qarayevin rəhbərliyi altında Azərbaycan 
Dövlət  İqtisad  İnstitutu xarici əlaqələrini genişləndirmiş  və 


 
 
149
 
 
 
beynəlxalq proqramlarda (TASİS, TEMPUS) iştirak etmişdir 
və bu gün də edir. Avropa Birliyinin TASİS proqramı 
çərçivəsində Amsterdam Universitetinin köməyilə institutda 
MVA (biznesdə idarəetmə) ixtisası üzrə magistratura 
yaradılmış  və bu sahə üzrə magistrlərin ilk buraxılışı 
olmuşdur, TEMPUS proqramı  çərçivəsində institutun 
Fransanın,  İspaniyanın, Almaniyanın universitetləri ilə 
əlaqələri yaradılmışdır. Bu universitetlərin köməyilə 
institutda tədris prosesinin təkmilləşdirilməsi, onun 
beynəlxalq standartlar səviyyəsinə çatdırılması, maddi-
texniki bazanın möhkəmləndirilməsi, elmi-pedaqoji kadrla-
rın hazırlanması və s. sahələrdə işlər görülür. 
Onun rəhbərliyi altında institutun kollektivi 1998-ci 
ildə marketinq sahəsindəki tədqiqatlarına görə ABŞ-ın Milli 
Marketinq institutu tərəfindən  ən yüksək mükafata - 
"Qranpri" mükafatına layiq görülmüşdür. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə