Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

 67

Sоn illərdə ölkə  İqtisadiyyatına xarici investisiya qoyuluşu ümumi 

investisiya qoyuluşunun  əsas hissəsini təşkil etmişdir. Lakin bununla belə, bu 

investisiya qoyuluşunun mütləq əksəriyyəti neft sektorunu və qismən də xidmət 

sahələrini əhatə etmişdir. 

Qeyd etmək lazımdır ki, sоn dövrdə istehsalın texniki və texnoloci 

səviyyəsinin dünya standartlarından xeyli aşağı  səviyyədə olması ilə  əlaqədar 

olaraq istehsal olunan malların istər dünya bazarında və istərsə  də daxili 

bazarda rəqabətə davamlı olması istiqamətində xeyli işlər görülmüşdür. Bu 

baxımdan yeni texnika və texnоlоgiyalar Azərbaycana gətirilir. 

Ölkənin beynəlxalq  əmək bölgüsündəki üstünlüklərinin reallaşdırılması, 

inteqrasiya və kooperasiya əlaqələrinin yaratdığı imkanlardan tam və səmərəli 

istifadə etmək üçün konkret proqramlar hazırlanması  və  həyata keçirilməsi 

istiqamətində işlər uğurla davam etdirilir. 

Ölkədə  həyata keçirilən  İqtisadi inkişaf siyasətinin elmi əsaslarını hazır-

layarkən nəzərə almaq lazımdır ki, müvafiq sahədə mütərəqqi dünya 

təcrübəsinə  əsaslanaraq, bu qənaətə  gəlmək  оlar ki, perspektiv dövrdə 

Azərbaycan Respublikasının xarici İqtisadi  əlaqələr strategiyası müasir 

qloballaşma  şəraitinin tələblərinə uyğun olaraq beynəlxalq hüquq normalarına 

və mütərəqqi dünya təcrübəsinə, o cümlədən ÜTT-nin tələblərınə əsaslanmaqla 

yanaşı, ölkədə keçid dövrünün xüsusiyyətlərini və mövcud sosial-İqtisadi 

durumu nəzərə almalı  və dünya təsərrüfat sisteminə  səmərəli inteqrasiya 

olunmuş açıq milli İqtisadi sistemin formalaşdırılması  məqsədinə xidmət 

etməlidir.  

Belə hesab edirik ki, həmin strategiyanın həyata keçirilməsi üsulu kimi isə 

struktur-investisiya və xarici İqtisadi siyasətlərin sintezi çıxış etməlidir. Bu 

nöqteyi-nəzərdən ölkədəki mövcud durumun araşdırılması göstərir ki, aşağıdakı 

üç problemi eyni zamanda həll etmək zərurəti qeyd edilən strategiyanın 

reallaşdırılması baxımından Azərbaycanın qarşısında duran vəzifələri 

mürəkkəbləşdirir: 

-

 

sistem transformasiyasının həyata keçirilməsi zərurəti



-

 

dövlət müstəqilliyinin bərpası və bazar münasibətlərinə keçidlə əlaqədar 



olaraq İqtisadiyyatın struktur yenidənqurulmasının zəruriliyi; 

-

 



müasir dövrün tələblərinə uyğun olaraq milli İqtisadiyyatın dünya 

təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunmasının 

zəruriliyi. 

Məlum olduğu kimi, artıq birinci və üçüncü problemlərin həlli 

istiqamətində müəyyən nailiyyətlər əldə edilmişdir. Sistem transformasiyasının 

həyata keçirilməsi istiqamətində xeyli işlər görülmüş  və xarici İqtisadi 

fəaliyyətin liberallaşdırılması istıqamətində mühüm addımlar atılmışdır. Lakin 

bunun müqabilində struktur yenidən qurulması sahəsində isə, demək olar ki, 

nəzərəçarpacaq nailiyyətlər  əldə olunmamışdır. Nəticədə  həmin üç problemin 

həlli sürətlərinin müxtəlifliyinin təsirilə İqtisadiyyatdakı struktur disproporiya-




 68

larının daha da dərinləşməsi baş vermiş, bu isə əvvəlki bölmələrdə göründüyü 

kimi ölkənin xarici İqtisadi əlaqələrində də öz əksini tapmışdır. 

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın dünya bazarlarında 

mövqelərinin zəifliyi  əsasən milli istehsalın rəqabətqabiliyyətinin aşağı 

səviyyədə olması ilə yanaşı, ölkənin qeyri-neft sektorunda ixrac potensialının 

inkişafının və ixracın stimullaşdırılması üzrə  məqsədyönlü və ardıcıl siyasət 

tədbirlərinin həyata keçirilməsinə  də lazımi diqqət yetirilmir. Bu isə, xarici 

İqtisadi  əməkdaşlıq sferasında vəziyyətin daha da mürəkkəbləşməsinə  gətirib 

çıxara bilər. Belə ki, bu vəziyyət xarici investorlar üçün maraqlı olan yanacaq-

xammal kompleksinin birtərəfli qaydada inkişafına, xarici İqtisadi əməkdaşlığın 

“müstəmləkə” strukturunun möhkəmlənməsinə yol aça bilər. 

Qeyd etmək lazımdır ki, ixracın İqtisadi artıma stimullaşdırıcı təsiri əldə 

edilən gəlirlərin artım potensialı yüksək olan sahələrin canlandırılmasına və 

qabaqcıl texnologiyalı yeni istehsalların qurulmasına yönəldilməsi  şərti 

daxilində baş verə bilər. Başqa sözlə desək, sırf xarici İqtisadi tənzimləmə 

tədbirləri vasitəsilə dünya təsərrüfatına inteqrasıyanın struktur problemlərinin 

həll edilməsi mümkün deyildir. Həmin vəzifənin icrası sahə-struktur prioritetlə-

rinin reallaşdırılmasını  hədəfləyən sənaye siyasətinə  əsaslanmalıdır. Yəni, öl-

kəmizin qarşısında duran vəzifə nəyin bahasına olursa-olsun beynəlxalq İqtisadi 

əməkdaşlığı genişləndirmək deyil, mövcud potensialımıza uyğun olaraq 

dinamik müqayisəli üstünlüklərə  əsaslanaraq, qlobal təsərrüfata üzvi şəkildə 

qovuşmaq olmalıdır. 

Belə ki, müasir dövrdə xarici İqtisadi  əlaqələrin genişləndırilməsi və 

inkişaf etdirilməsi problemi ölkə İqtisadiyyatının struktur yenidən qurulmasının 

həyata keçirilməsi ilə qarşılıqlı  şəkildə  həll edilməlidir. Həm də bu zaman 

struktur siyasəti daha ön mövqeyə çıxarılmalıdır. 

Tamamilə aydındır ki, qısa və ortamüddətli dövrdə İqtisadi siyasətə bu cür 

yanaşma xarici İqtisadi fəaliyyətin tənzimlənməsinə proteksionizm 

elementlərinin daxil edilməsini zərurətə çevirmiş olur. Bu zaman İqtisadiyyatın 

sistem transformasiyasının başa çatdırılmasını da diqqətdən kənarda qoymaq 

olmaz. Məhz bu vəzifənin yerinə yetirilməsi  əsl bazar və  səmərəli rəqabət 

mühitinin formalaşmasını təmin edə bilər ki, bu da öz növbəsində düşünülmüş 

proteksionizm tədbirlərinə  əsaslanan xarici İqtisadi siyasətin təsirini artırmış 

olur. Əks təqdirdə, daxili bazarın himayəsi yalnız səmərəsiz istehsal şəraitinin 

qorunmasına, ölkənin istehsal bazasının zəifləməsinə  və yenə  də xarici 

bazarlardan asılılığın güclənməsinə  gətirib çıxara bilər. Çünki struktur 

prioritetləri düzgün müəyyənləşdırilmədiyinə görə inkışaf elementləri zəif olan 

sahələrə proteksionizm tədbirləri çərçivəsində maliyyə  və digər yardımların 

edilməsi hər hansı bir effekt verməz və  əksinə  ağır nəticələrə  gətirib çıxara 

bilər. 

Eyni zamanda, nəzərə almaq lazımdır ki, bazar münasibətlərinə uyğun 



olaraq həyata keçirilən struktur yenidənqurulmasına təkcə indiki mərhələnin 

məqsədi kimi baxılmamalıdır. Bu proses sənayecə inkişaf etmiş bütün ölkələrdə 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə