Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

 69

daimi xarakter daşıyır və müasir dövrdə  İqtisadi tərəqqinin zəruri minimum 

şərti kimi çıxış edir. Mövcud durumu nəzərə alsaq, əsas diqqət, fikrimizcə, 

dünya təsərrüfatına struktur uyğunlaşma vəzifəsi üzərində  cəmləşdirilməlidir. 

Məqsəd ayrı-ayrı rəqabətqabiliyyətli istehsalların qurulması deyil, özünüinkişaf 

qabiliyyətinə malik və bütövlükdə rəqabətqabiliyyətli milli təsərrüfat sisteminin 

formalaşdırılması olmalıdır. Dövlət tənzimlənməsi miqyasının azaldılması  və 

xarıci  İqtisadi  əlaqələrin daha da liberallaşdırılması yalnız bu məsələ  həll 

edildikdən sonra gündəliyə çıxarıla bilər. 

Bu baxımdan, Asiyanın Yeni Sənaye Ölkələrinin təcrübəsini öyrənmək və 

nəzərə almaq əhəmiyyətli olardı. Belə ki, bu ölkələrin dünya İqtisadiyyatına 

inteqrasiyası idxalın liberallaşdırılması yolu ilə deyil, ixracın stimullaşdırılma-

sından başlanmışdı. Ixracatçılar mütəmadi olaraq mövcud duruma 

uyğunlaşdırılan bir sıra güzəştlərdən istifadə edirdılər. Perspektivdə ixrac 

istehsalının inkişafını təmin edəcək istehlak olunan idxal malları üçün güzəştli 

recim tətbiq olunur, yeridilən siyasət baxımından səmərəsiz hesab edilən idxal 

isə  məhdudlaşdırılır və  hətta birbaşa qadağan olunurdu. Bu ölkədə milli ixrac 

potensialının  əsasını  təşkil edən  İqtisadiyyatın qabaqcıl sahələrinə aid bir sıra 

müəssisələr ilk mərhələdə, hətta, dövlət investisiyaları hesabına qurulur və 

sonradan tədricən özəlləşdırılirdi. 

Ümumiyyətlə, bu ölkələrin  İqtisadi inkişaf strategiyalarına xas olan 

ümumi cəhət məhz inkişaf səviyyəsinin yüksəlməsinə mütənasib  şəkildə, 

tədricən ixrac potensialının inkişafı  və ixracın stimullaşdırılması siyasətindən 

idxalın liberallaşdırılmasına keçid olmuşdur. Bundan başqa isə, birinci bölmədə 

müvafiq məlumatlar 

əsasında ölkənin təbii-İqtisadi potensialının 

qiymətləndirilməsini apararkən gördük ki, Azərbaycanın bir sıra təbii ehtiyatları 

və  həmçinin sənaye sahələrinin potensial istehsal gücləri, ölkənin daxili 

bazarının istehlak imkanları müqabilində kifayət qədər böyükdür. Elə bu da 

ölkənin xarici İqtisadi siyasətinin, ilk növbədə, ixracyönümlü olmasını 

şərtləndirən ümumi faktor kimi (bunun ümumi faktor olduğunu xüsusilə 

vurğulayırıq) çıxış edir. 

Idxal siyasətinin müəyyən edilməsi zamanı konkret malların nəinki 

istehsalındakı mövcud durum nəzərə alınmalı, eyni zamanda, həmin malların 

milli  İqtisadiyyatın strukturundakı yeri və beynəlxalq  əmək bölgüsü 

baxımından perspektivləri də nəzərə alınmalıdır.  

Ayrı-ayrı mallara münasibətdə proteksionist recim konkret məqsəd 

daşımalı  və bu məqsəd  əldə olunduqca yumşaldılmalıdır. Investisiya 

resurslarımızın qıtlığı müvafiq siyasətin, bir qayda olaraq, artımın təkanverici 

qüvvəsi olan ixracın “lokomotivləri” olan sahələrə  və istehsallara 

yönəldilməsini tələb edir. Bu öncül istiqamətlər isə dövlət orqanları ilə 

sahibkarlıq qurumlarının sıx əməkdaşlığı nəticəsində aşkara çıxarılmalıdır.  

Bir sözlə, milli İqtisadiyyatın inkişafı üçün vasitə olan xarici İqtisadi əla-

qələrin inkişafı problemlərinə ölkə İqtisadiyyatının kompleks inkişaf strategiya-

sının tərkib hissəsi kimi baxılmalıdır. Buna görə  də hesab edirik ki, xarici 



 70

İqtisadi  əlaqəlrin inkişafı, ilk növbədə, bu sahə üzrə siyasətin sistemliliyinin 

təmin edilməsindən asılıdr. Bunun üçün aşağıdakı istiqamətlər üzrə tədbirlərin 

görülməsi məqsədəuyğun sayılır: 

1.

 

Ölkənin beynəlxalq əmək bölgüsündə malik olduğu müqayisəli üstün-



lüklər qiymətləndirilərək, bu əsasda həm ixracyönümlü və həm də idxalı əvəz 

edən istehsal və xidmət sahələri müəyyənləşdirilməli və beləliklə, ölkədə 

müstəqil  İqtisadi sistemin tələblərinə uyğun struktur yenidənqurulmasının 

prioritet istiqamətlərinin  müəyyən edilməsi (bu zaman ölkənin istehsal və 

xidmət sahələrinin qarşılıqlı surətdə inkişafının təmin edilməsi probleminə 

xüsusilə diqqət yetirmək vacibdir) və bu istiqamətlər üzrə proseslər;  

2.

 

Ölkədə struktur yenidənqurulmasının priorıtet istiqamətlərinə uyğun 



olaraq, elmi-texniki potensialın da üstün inkişaf etdirilməsinə diqqətin 

artırılması (belə ki, müasir dövrdə müqayisəli üstünlüklərin tədricən texnoloci 

yeniliklərə doğru dəyişdiyini nəzərə alaraq, ixracın əmtəə tərkibində emaledici 

sahənin,  əsasən də elm və kapitaltutumlu məhsulların payının artırılması daha 

məqsədəuyğun və perspektivli hesab olunur. Əgər nəzərə alsaq ki, bu məqsədin 

reallaşması digər  şərtlərlə yanaşı, ölkədə elmi-texniki potensialın inkişaf 

etdirilməsindən əsaslı şəkildə asılıdr, o halda, ölkədəki elmi-texniki potensialın 

ölkənin dünya təsərrüfat sistemində mövqeyinin möhkəmləndirilməsinin 

mühüm vasitəsi kimi, ümumiyyətlə, davamlı İqtisadi inkişafın təminatçısı kimi 

gücləndirilməsi zərurətini əsaslandırmağa ehtiyac qalmaz); 

3.

 

Milli  İqtisadiyyatın struktur yenidənqurulmasının prioritetləri  əsas 



götürülməklə, ölkənin sahəvi və regional kəsimdə investisiya xəritəsinin hazır-

lanması (o cümlədən, xarici investisiyaların stimullaşdırıldığı, qadağan 

olunduğu və az səmərəli hesab olunduğu sahələr müəyyənləşdirilməlidir) və 

investisiyaların prioritet verilən sahələrə cəlb olunmasının həvəsləndirilməsı.  

Qeyd etmək lazımdır ki, ölkədə xarici İqtisadi əlaqələrin infrastrukturunun 

inkişaf etdirilməsində ixracın kreditləşdirilməsi və sığortalanması sisteminin in-

kişaf etdirilməsi və ixracın inkişafına yardımçı olan bazar (marketinq, reklam, 

konsaltinq, qiymətləndirmə, gömrük brokeri və s.) və texniki (gömrük nəzarəti, 

o cümlədən məhsulların keyfiyyətinə  nəzarət, sertifikatlaşdırma və s.) 

infrastruktur sahələrinin inkişaf etdirilməsi оlduqca vacibdir.  

Bundan başqa, xarici İqtisadi proseslərlə bağlı (dünya əmtəə bazarlarının 

konyunkturu, onların proqnozu, xarici ölkələrin təsərrüfat qanunvericıliyi, 

gömrük recımi və s. ilə  əlaqədar) informasiyanın toplanması, işlənməsi və 

yayılması sisteminin qurulması istiqamətində işlər aparılmalıdır. 

Sоn dövrdə respublikada aparılan uğurlu islahatlar nəticəsində ölkə 

İqtisadiyyatına xarici investisiyaların portfel investisiyalar formasında da cəlb 

edilməsini canlandırmaq məqsədilə qiymətli kağızlar bazarının və fond bircasının 

fəaliyyətinin gücləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür.  

Bank sektorunun, xarici investorların cari və eləcə  də digər maliyyə 

ehtiyaclarını vaxtında və  əlverişli  şərtlərlə ödənilməsi də  nəzərə alınmaqla, 

inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilir.  



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə