Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

 
191
Kədər  Odu – Qəlb Riqqəti. 
Kədər  Göyü – Qəlb Ülviliyi. 
Kədər  Zənciri – Qəlb Zənginliyi. 
Qəlb – Kədər  dilində danışır. 
 Kədər  vasitəsiylə yenidən doğulan və kədər doğan lirik Qəhrəman 
yaranır – epik vüsətli, dramatik taleli! 
 
«İrak» 
İşıqlanmış, təzələnmiş  Qəlb – Epikcəsinə  Əzəmətli, Lirikcəsinə 
Riqqətli, Dramatikcəsinə Gərgin! 
Lirikcəsinə Epik, Epikcəsinə Lirik, Dramatikcəsinə Lirik-Epik. 
 
Nəticə 
Muğamda Epos lirik olmaya bilməz, çünki Muğam  Əzəli 
Fəlsəfidir. 
Muğamda Lirika epik olmaya bilməz, çünki Muğam  Əzəli 
Fəlsəfidir. 
Muğamda Dram lirik-epik olmaya bilməz, çünki Muğam  Əzəli 
Fəlsəfidir. 
Fəlsəfilik – daxilən, üzvi, təbii surətdə Sintetikdir. 
 
 
Səkkizinci Fəsil 
 
MUĞAMDA  FACİƏVİLİK 
 
1. Qanunauyğunluq 
Muğamda Faciəvilik Əzəldən Hazırlanır, Başlanır, İnkişaf eləyir və 
Aradan qaldırılır. 
Faciəvilik Bilik kimi Hazırlanır, Kədər kimi Başlanır, Şərlə Döyüş 
kimi İnkişaf eləyir və Ehtizaz kimi Aradan qalxır. 
 
 
192
2. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Faciəvilik Aydınlığa, Rəvanlığa Əks kimi hazırlanır. 
Aydınlıqda, Rəvanlıqda – Qaranlıq, Qeyri-ahəngdarlıq, Təlaş 
Duyulur. 
Ahəngdarlıq, Rəvanlıq özündə Özünəəks gəzdirir:  
Rəvanlıq, Ahəngdarlıq yolu – Qeyri-rəvanlığın, Qeyri-ahəngdar-
lığın aradan qalxmasını Tələb edir. 
Aydınlıq, Rəvanlıq – Qaranlığın, Qeyri-rəvanlığın əks varlığı kimi 
qiymətləndirilir – Anti-şübhə, Anti-sarsıntı, Anti-özgələşmə kimi. 
Dəyanət Zəruriliyi təsdiq olunur – Ruhani təmizlənmə Tələbi. 
Həyatın mürəkkəb, ziddiyyətli təbiəti dərk olunur. 
İnsan Həyat haqqında Aydınlıq və Ahəngdarlıqdan artıq  şey 
öyrənir. 
İnsan Həyat haqqında Aydınlığa və Ahəngdarlığa zidd şey 
öyrənir. 
Aydınlıq özündən mürəkkəb görünür. 
Ahəngdarlıq özündən mürəkkəb görünür. 
Bilik Faciə haqqında danışır – gərgin maneələr, ziddiyyətlər, 
münaqişələr haqqında. 
Əzələ Qayıtmada – Həyat qəbul olunur – faciəviliklə birgə. 
Faciəvilik – Həyat atributu kimi hazırlanır. 
Faciəvi qavrama hazırlanır. 
Bilik özündə Faciəvi həqiqət gəzdirir. 
 
 
«Hüseyni» 
Faciə Kədərdən başlayır. 
«Çoxcəhətli, çoxtərəfli Dünya – faciəvidir!» – deyir Kədər. 
«Dünya Ülvi surətdə Faciəvidir!» – deyir Kədər. 
«Dünya Şəri – labüddür!» – deyir Kədər. 
Qəm özünə  əks olanı – Anti Qəmi yetirir və bununla da faciəvi 
dramatizmi gücləndirir. 
 


 
193
«Vilayəti» 
Şərlə döyüş hədsiz Faciəvilik doğur. 
Döyüşkənlik – antifaciə yönlüdür və buna görə  də  ən çox 
Faciəvidir. 
Qətiyyət – antifaciə yönlüdür və buna görə də ən çox Faciəvidir. 
Faciəylə döyüş Ülvi surətdə Faciəvidir. 
Faciəylə döyüşdə Faciə öz zirvəsinə çatır. 
 
«İrak» 
Faciə  İdealın Təsdiqi vasitəsiylə aradan qaldırılır,  –               
İdeala Yüksəlməklə, Qovuşmaqla. 
Kədər yalnız İdeal vasitəsiylə aradan qalxır! 
Faciəvi Dramatizm yalnız İdeal vasitəsiylə aradan qalxır! 
Yalnız Kamillik Şəri məğlub eləyir. 
 
 
3.  «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Müdrik Qüssə Faciədən xəbər verir, onda Faciəvilik duyulur. 
Mahiyyətli Düşüncələr Faciədən xəbər verir, onda Faciəvilik 
duyulur. 
Ruhani Əməl Yolu özündə Faciəvilik gəzdirir… 
Daxili Aləm Ucalığı özündə Faciəvilik gəzdirir. 
Müxtəliflik Zənginliyi Faciəvilikdən xəbər verir. 
Müdrik Əzəmət Faciəvilikdən xəbər verir. 
Əsrarlı Sədalar Faciəvilikdən xəbər verir. 
Ruhani Münaqişələr Faciəvilikdən xəbər verir. 
Dünyayla görüş Riqqəti Faciəvilikdən xəbər verir. 
 
«Bəstə-Nigar» 
Faciəvilik Kədərdən başlayır,  İmtina Faciəsində gerçəkləşir,               
Şərə qarşı durur – Kədərin əks varlığına çevrilir. 
 
 
194
«Hasar» 
Şəri rədd eləyən İnsan maksimal dərəcədə Faciəviləşir. 
Şərlə Döyüş  Qətiyyətinə Yüksələn  İnsan – maksimal dərəcədə 
Faciəviləşir. 
Faciə Faciə vasitəsiylə inkar edilir. 
 
«Mənsuriyyə» 
Faciə yalnız İdealla görüş vasitəsiylə aradan qaldırılır. 
Yalnız İdeal  Faciəviliyi aradan qaldırır. 
Yalnız Ehtizaz  Faciəviliyi aradan qaldırır. 
Faciəvilik Həyatda doğulur – İdealda  aradan qaldırılır. 
 
 
4.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Hiss, Düşüncə çoxcəhətliyi, çoxtərəfliyi özündə Faciəvilik gəzdirir. 
Varlığın Vahid Mənası özündə Faciəvilik gəzdirir. 
Dünyayla Görüş özündə Faciəvilik gəzdirir. 
İdeala Yüksəlmək Zəruriliyi özündə Faciəvilik gəzdirir. 
Müxtəliflikdən Vahidliyə keçid özündə  Faciəvilik gəzdirir. 
Faciəvilik – gerçəklik imkanı kimi Mənalandırılır. 
 
«Bayatı-İsfahan» 
Faciəvilik Kədərə qovuşmadan başlanır: – Faciəvi  İdrakın, 
İradənin, Əməlin yaranmasından. 
İdeal Çağırışından. Kamillik Hökmündən. 
Faciəvi Gərginliyin təsdiqindən. 
Şərlə Döyüş Faciəvilik yaradır və ondan kənara çıxır. 
 
«Hüzzal» 
İnsan İdeala çatanda Faciə aradan qaldırılır. 
İdeal Mövcudluq yaranır. 
İdrak İşıqlanır, Qəlb təmizlənir, İradə Ülviləşir. 
 


 
195
5.  «Şur» muğamı 
 
«Maye-Şur» 
Rəvanlıq özündə Faciəvi Haray gəzdirir. 
Təmkinlik özündə Faciəvi Çılğınlıq  gəzdirir. 
İdrak özündə Faciəvi Hiss gəzdirir. 
Həyatla görüş özündə Faciəylə görüş  gəzdirir. 
Yaşamaq özündə Faciə gəzdirir. 
Mahiyyətlə Təzahür arasındakı Ziddiyyət özündə Faciə gəzdirir. 
Müxtəliflikdən Vahidliyə keçid özündə Faciə gəzdirir. 
Daxilinin Dərki özündə Faciə gəzdirir. 
Faciə təbii, qanunauyğun surətdə yetişir – qarşısıalınmaz, labüd 
şəkildə. 
 
«Zəmin-Xara» 
Faciə Dünya kədərinin Dərki kimi başlayır. 
Maneələrin, ziddiyyətlərin, xülyaların, şübhələrin. 
Ruhani Əzab kimi. 
İdeala gedən Yol kimi. 
Ruhani İradənin təşəkkülü kimi. 
Ruhani Yolçu Aqibəti kimi. 
 
«Hicaz» 
Şərlə döyüş gərginliyi. 
Qətiyyət Ehtirası – Faciəvi. 
İdeal Harayı – Faciəvi. 
Bilməzlik Fəlakəti. 
Faciəviliklə Faciəvi münaqişə. 
 
«Bayatı-Kürd» 
Faciəvi Kədər Yükü. 
Faciəvi Kədər Dairəsi. 
Faciədən kənara çıxmaq Faciəsi. 
Faciəyə qayıtmaq Faciəsi. 
Kədər möhtəşəmliyi Faciəsi. 
 
196
 
«Simai-Şəms» 
İdeala Qovuşmaq – Faciədən qurtarmaq Heyrəti. 
Ruhani İradə hökmü – Faciəni inkar eləyən… 
Ruhani Fərəh… Möhtəşəm Vüqar Faciədən üstün! 
 
 
6.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Faciəvilik Kədər Halının çoxcəhətliyi kimi hazırlanır. 
Faciəvilik Kədər Biliyi kimi hazırlanır. 
Faciəvilik Kədər Biliyiylə hazırlanır. 
Faciəvi Bilik təsdiq olunur. 
 
«Şikəsteyi-Fars» 
Faciəvilik Kədər təsdiqindən başlanır. 
Kədər Zirvəsi, Kədər Yükü yaranır Ehtiraslı: Kədər Usanmazlığı, 
Qətiyyəti, Zənciri, Zəruriliyi. 
Faciə kədərli gerçəkləşir, kədərli gərginləşir… 
Şərlə döyüş Faciəni gücləndirir. 
Faciəvi Qətiyyət, İradə, Qüvvət yaranır. 
 
«İrak» 
Qəlb İdeala Qovuşanda, Faciə aradan qalxır. 
İdeal Qəlbin Gücünü tam aşkara çıxaranda, Faciə aradan qalxır. 
İnsan Kamilliyə çatanda, Faciə aradan qalxır. 
 
Nəticə 
Muğamda Faciə gerçəkliyin İdeala uyğun gəlməməsindən yaranır 
və İdealın təsdiqi vasitəsiylə aradan qalxır. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə