197
Doqquzuncu Fəsil
MUĞAM EHTİZAZI
1. Qanunauyğunluq
Muğam Ehtizazı çoxcəhətlidir: – Vəhy, Heyrət, İlham, Fərəh,
Vüqar, Hökm!
Muğam Ehtizazı – Müxtəlif Hisslərin Cəmi deyil – Sintezidir,
Birliyidir, yəni Cəmdən artıqdır, böyükdür, yüksəkdir.
Ehtizaz Muğamın bütün Şöbələri tərəfindən hazırlanır və son,
Ali Pillədə aşkara çıxır.
Ehtizaz – Alinin, Kamilin, İdealın
ifadəsidir və buna görə də
Qəlbin Ali, Kamil, İdeal Halıdır.
2. «Rast» muğamı
«Maye-Rast»
Rəvan, Ahəngdar, Ciddi Duyğular Ehtizazı hazırlayır – Rəvan-
lıqdan, Ahəngdarlıqdan, Ciddilikdən artıq, böyük, yüksək!
Ruhani Dəyanət Ehtizazı hazırlayır – Səbatlıqdan artıq, böyük,
yüksək!
Qorxunun, Tərəddüdün, Sarsıntının, Özgələşmənin süqutu Ehtizazı
hazırlayır – Süqutdan artıq, böyük, yüksək!
Dünyaya qovuşmaq Ehtizazı hazırlayır – Qovuşmadan artıq,
böyük, yüksək!
Ehtizazda Rəvanlıq var, ancaq Ehtizaz Rəvanlığa sığmır, ondan
kənara çıxır, Başqalaşır.
Ehtizazda Ahəngdarlıq var, ancaq Ehtizaz Ahəngdarlığa sığmır,
ondan kənara çıxır, Başqalaşır.
Ehtizazda Ruhani Dəyanət var, ancaq
Ehtizaz Ruhani Dəyanətə
sığmır, ondan kənara çıxır, Başqalaşır.
Ehtizazda Qorxunun, Tərəddüdün, Sarsıntının, Özgələşmənin
süqutu var, ancaq Ehtizaz həmin süquta sığmır, ondan kənara çıxır,
Başqalaşır.
198
Ehtizazda
Dünyaya qovuşma var, ancaq Ehtizaz ona sığmır, ondan
kənara çıxır, Başqalaşır.
Ehtizaz onu hazırlayan Ehtizazlıq İmkanından, Potensiyasından
artıqdır, böyükdür, yüksəkdir.
«Hüseyni»
Gərgin Dramatik Duyğu Ehtizazlıdır, ancaq Ehtizaz deyil!
Dünya Kədəri Ehtizazlıdır, ancaq Ehtizaz deyil!
Dəyanət Ehtizazlıdır, ancaq Ehtizaz deyil!
Ehtizaz Ehtizazlıqdan artıqdır, böyükdür, yüksəkdir!
«Vilayəti»
Şəxsiyyətlə Şər arasındakı Münaqişə Ehtizazlıdır, ancaq Ehtizaz
deyil!
Hiss coşğunluğu Ehtizazlıdır, ancaq Ehtizaz deyil!
İradə hökmlüyü Ehtizazlıdır, ancaq Ehtizaz deyil!
Ehtizaz üçün Ehtizazlıq kifayət deyil!
«İrak»
Ahəngdarlıq Ahəngdarlıqdan artıq olur – Ehtizaz yaranır.
Rəvanlıq Rəvanlıqdan artıq olur – Ehtizaz yaranır.
Kədər Kədərdən artıq olur – Ehtizaz yaranır.
Coşğunluq Coşğunluqdan artıq olur – Ehtizaz yaranır.
Qəlbin xüsusi Halı Doğur:
Ülvi-Heyrətli, Qəmli-Fərəhli, Hökmlü-
İlhamlı – Həqiqət İşığıyla İşıqlanmış!
199
3. «Çahargah» muğamı
«Maye-Çahargah»
Mahiyyətli düşüncələr Ehtizazı hazırlayır –
Mahiyyətli düşüncə-
lərdən yüksək olanı!
Dünyayla görüş Ehtizazı hazırlayır – Dünyayla görüşdən yüksək
olanı!
Müxtəliflik Ehtizazı hazırlayır – Müxtəliflikdən yüksək olanı!
Qəm Ehtizazı hazırlayır – Qəmdən yüksək olanı!
Ehtizaz Ehtizazlıqla hazırlanır.
«Bəstə-Nigar»
Kədər çalarları Ehtizazı hazırlayır – Kədər çalarlarından yüksək
olanı!
Kədər labüdlüyü Ehtizazı hazırlayır – Kədər labüdlüyündən yüksək
olanı!
Kədər Ensiklopediyası Ehtizazı hazırlayır –
Kədər Ensiklopediya-
sından yüksək olanı!
Ehtizaz Ali Ehtizazlıq Tələbindən yaranır!
«Hasar»
Kədərdən yüksəyə qalxmaq – Ehtizaz imkanını artırır.
İradə Qətiyyəti – Ehtizaz imkanını artırır.
Ehtizaz – Ehtizazlıq imkanının artmasından yaranır.
«Mənsuriyyə»
Düşüncələr Düşüncədən artıq olur – Ehtizaz yaranır.
Kədər Kədərdən artıq olur – Ehtizaz yaranır.
İradə İradədən artıq olur – Ehtizaz yaranır.
Qəlbin xüsusi vəziyyəti Doğur: Ülvi-Heyrətli, Qəmli-Fərəhli,
Hökmlü-İlhamlı – Həqiqətlə İşıqlanmış!
200
4. «Bayatı-Şiraz» muğamı
«Maye-Bayatı-Şiraz»
Ruhani İradəylə ram edilmiş Qəm – Ehtizazlıdır.
Ruhani Ağrı – Ehtizazlıdır.
Ehtiras Möhtəşəmliyi – Ehtizazlıdır.
Duyğu İncəliyi – Ehtizazlıdır.
Düşüncə Fəlsəfiliyi – Ehtizazlıdır.
Etiraf Çılğınlığı – Ehtizazlıdır.
Ehtizazlıq Ehtizazı hazırlayır.
«Bayatı-İsfahan»
Kədər Dünyasına dalmaq – Ehtizazlıdır.
Təmkinli Qəmdən Qəm Zirvəsinə ucalmaq – Ehtizazlıdır.
İdeal Yanğısı – Ehtizazlıdır.
Ehtizazlıq Ehtizaz Zəruriliyi hazırlayır.
«Hüzzal»
Qəm Qəmdən artıq olur.
Ruhani Ağrı Ağrıdan artıq olur.
Etiraf Etirafdan artıq olur.
Düşüncə Düşüncədən artıq olur.
Ehtizaz Yaranır – Ruhun xüsusi Halı: Ülvi-Heyrətli, Qəmli-
Fərəhli, Hökmlü-İlhamlı – Həqiqət İşığıyla İşıqlanmış!
Ehtizaz Birdir, Ehtizazlıq – müxtəlif!
5. «Şur» muğamı
«Maye-Şur»
Rəvanlıq Çılğınlıq kimi Ehtizazlıdır.
Təmkinlik Coşğunluq kimi Ehtizazlıdır.
İdrak Hissiyyat kimi Ehtizazlıdır.
Əzəli Davam kimi Ehtizazlıdır.
İmkan Gerçəklik kimi Ehtizazlıdır.
Ehtizaz Ehtizazlıq İmkanı kimi hazırlanır!
201
«Zəmin-Xara»
Həyat Yollarında Ehtizazlıq var.
Maneələr, Ziddiyyətlər, Xülyalar, Şübhələr İztirabında Ehtizazlıq
var.
Ruhani Səydə – Ehtizazlıq var.
İradə Qətiyyətində – Ehtizazlıq var.
Ehtizazlıqda Ehtizaz var.
«Hicaz»
Kamillik Yanğısı, Hökmü, Qarşısıalınmazlığı Ehtizazlıdır.
Ruhani Ağrı Ehtizazlıdır.
Qeyri-adilik Eşqi – Ehtizazlıdır.
Sonsuzluq Odu – Ehtizazlıdır.
Qəlb Gücü – Ehtizazlıdır.
İdeal Həsrəti – Ehtizazlıdır.
Ehtizaz İstəyi Ehtizazlıdır!
«Bayatı-Kürd»
Kədər üzvi surətdə Ehtizazlıdır.
Kədər Dairəsi üzvi surətdə Ehtizazlıdır.
Kədərdən kənara çıxmaq Səyi üzvi surətdə Ehtizazlıdır.
İdeala yüksəlmək Zəruriliyi üzvi surətdə Ehtizazlıdır.
Ehtizaz – İdeal təbiətlidir.
«Simai-Şəms»
Yanğı Yanğıdan artıq olur.
Kədər Kədərdən artıq olur.
İradə İradədən artıq olur.
Ehtizaz yaranır – xüsusi Ruhani hal: Ülvi-Heyrətli, Qəmli-
Fərəhli, Hökmlü-İlhamlı – Həqiqətlə İşıqlanmış!
202
6. «Segah» muğamı
«Maye-Segah»
Qəm Müqəddəsliyi Ülvi Ehtizazlıdır.
Qəm Aramsızlığı Ülvi Ehtizazlıdır.
Qəm Qarşısıalınmazlığı Ülvi Ehtizazlıdır.
«Şikəsteyi-Fars»
Kədər Zirvəsi – Zirvə Ehtizazı.
Kədər Ağrısı – Ağrı Ehtizazı.
Kədər Yanğısı – Yanğı Ehtizazı.
Kədər Aramsızlığı – Aramsızlıq Ehtizazı.
Kədər Qarşısıalınmazlığı – Qarşısıalınmazlıq Ehtizazı.
Kədər Odu – Od Ehtizazı.
Kədər Göyü – Göy Ehtizazı.
Kədər Zənciri – Ardıcıllıq Ehtizazı.
Kədər Hədsizliyi – Hədsizlik Ehtizazı.
Kədər Ehtizaz diləyir.
«İrak»
Kədər Kədərdən artıq olur.
Kədər Aramsızlığı Aramsızlıqdan artıq olur.
Kədər Ağrısı Ağrıdan artıq olur.
Kədər Zirvəsi Zirvədən artıq olur.
Kədər Odu Oddan artıq olur.
Ehtizaz yaranır – Ruhun Xüsusi Halı: Ülvi-Heyrətli, Qəmli-Fərəhli,
Hökmlü-İlhamlı – Həqiqətlə İşıqlanmış!
Nəticə
Muğamda İdeal Ehtizaz vasitəsiylə dərk olunur, vəsf olunur,
təsdiq
edilir.