Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

 
213
6. «Segah» muğamı 
 
«Maye-Segah» 
Ülvi Kədər – bəsit Qəmdən təmizləyir. 
Qüdrətli Kədər – gücsüz Qəmdən təmizləyir. 
Müqəddəs Kədər – hərcayi Qəmdən təmizləyir. 
Kədər Yolu – Yolsuz Qəmdən təmizləyir. 
 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – bəsit Qəmdən təmizləyir. 
Kədər Yükü – yüngül Qəmdən təmizləyir. 
Kədər Harayı – zəlil Qəmdən təmizləyir. 
Kədər Odu – sönük Qəmdən təmizləyir. 
Kədər Zənciri – ani Qəmdən təmizləyir. 
 
 
«İrak» 
Kamillik – Qeyri-kamili  təmizləyir. 
Kamil Kədər – Qeyri-kamil Kədəri təmizləyir. 
Kədər Zirvəsi – Kədər ətəyini təmizləyir. 
Kədər Yükü – Yüngül Kədəri təmizləyir. 
Kədər Odu – Sönük Kədəri təmizləyir. 
Kədər Göyü – Qanadsız Kədəri təmizləyir. 
Kamil Təmizlənmə – Qeyri-kamil Təmizlənməni təmizləyir. 
 
 
Nəticə 
Muğamda İdrak təmizlənir, Mənəviyyat təmizlənir,  
İradə təmizlənir – Təmizlənmə özü Təmizlənir. 
 
 
214
ƏSAS 
Muğam Dərindən Düşünülmüş  və Yüksək bədii biçimdə ifadə 
olunmuş Ülvi Fəlsəfi ideyalar sistemidir… 
Onun məzmununu aşağıdakı  şəkildə  tənzim etmək (sistemləş-
dirmək) olar: 
1. 
Əsil  İnsani Həyat – İdealın Dərk olunması, Duyulması, 
Gerçəkləşməsidir. 
2. 
İnsanilik – İdeala Layiq olan Ruhaniyyat deməkdir. 
3. 
İdeal Həyatda yaranır, ancaq Həyatdan artıqdır, onunla Təzad 
təşkil eləyir. 
Gerçəkliklə  İdealın  əlaqəsi Faciəvilik yaradır – İdeala yüksəlmək 
nəticəsində aradan qalxan. 
4. 
Əsil  İnsani həyat – Gərgin Səylər, Axtarışlar Yoludur – 
qanunauyğun surətdə İdrakın, Hissin və İradənin birliyini – Ehtizazlığı 
yaradan. 
5. 
İnsani Mövcudluq Muğamda Katarsislər, Təmizlənmələr, 
Vəhylər, Təblər silsiləsi kimi mənalandırılır – Kamil Ruhaniyyatda 
tam gerçəkləşən! 
6. 
Muğamın üzvi, ardıcıl, dəruni fəlsəfiliyinə Biçim, Quruluş, 
Struktura Dialektikliyi uyğun gəlir: hisslərin, düşüncələrin, ideyaların 
qanunauyğun surətdə keyfiyyət dəyişikliyinə  məruz qalması  və son 
nəticədə təzələnmiş halda özünə qayıtması. 
7. 
Bütün bu deyilənlər tədqiq olunan hadisənin  İdeya-bədii 
xüsusiyyətlərini «Muğam Fəlsəfəsi» adlandırmağa haqq qazandırır. 
Muğam  İnsan həyatının Mahiyyətini dərk edən Unikal, Misilsiz 
Sənət nümunəsidir – Daxilən, Üzvi, hərtərəfli, Total Fəlsəfilik 
səviyyəsində! 
 
İşıq ayı, 7-ci il. Bakı. 
(may, 1986). 
 
 
 


 
215
İKİNCİ  HİSSƏ 
 
MƏNŞƏ 
 
 
Birinci Fəsil 
 
HÜRMÜZD  İŞIĞI 
 
Qanunauyğunluq 
 
Zərdüşçülüyün Mahiyyəti – Əhrimən Qaranlığıyla Döyüşən 
Hürmüzd İşığında peyda olur. 
Muğam – Hürmüzd İşığı Yoludur – Yanğısıdır; Hürmüzd 
İşığına çatmaqdır. 
 
 
I. ÜLVİ  HƏYAT  İŞIĞI 
 
1. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Dünyayla Təmas İşığı – Aydınlıqla, Ciddiliklə. 
Dünyayla Təmasda olan Aydın Ruh İşığı. 
Aydın, Ciddi Həyata İnam İşığı. 
Varlığın Mahiyyətindən Doğan İşıq. 
Qorxunun, Şübhənin Süqutundan yaranmış Aydın Ruh İşığı. 
Dünyayla Qovuşmadan yaranmış Yüksək Təmas İşığı. 
Bilik və Təmizlənmə İşığı. 
 
«Hüseyni» 
Labüd Gərginliyə, Dramatizmə keçid İşığı. 
Dünya Kədəriylə Təmas İşığı. 
Şərlə Döyüş Qətiyyəti İşığı. 
 
216
«Vilayəti» 
Ruhani Hökm, Haray İşığı. 
Ruhani Sarsıntı İşığı. 
 
«İrak» 
Şərin hərtərəfli İnkarından yaranan Ali İşıq. 
Ruhani İradənin, Hissin, İdrakın Tüğyanından yaranan Ali İşıq. 
Gerçəkliyi ötmək, Mütləqə Yüksəlmək İstəyindən yaranan Ali İşıq. 
 
2. «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Müdrik Qəmlə aşılanmış Ali Düşüncələr İşığı. 
Qeyri-Adiliyin Qeyri-Adi İşığı. 
Möhtəşəm, riqqətli, Müqəddəs Duyğular İşığı. 
 
 
«Bəstə-Nigar» 
Kədər İşığı – keçidləri, saçmalarıyla. 
İzhar Kədəri, İnkar Kədəri, Lənət Kədəri İşığı. 
Ülviyyət Kədəri, Müdriklik Kədəri İşığı. 
Müqəddəs Fərəh Kədəri – İşığı. 
 
«Hasar» 
Kədərin İnkarı – İşığı. 
Ruhani Əməl İşığı. 
Ruhani İradə İşığı. 
 
«Mənsuriyyə» 
Mütləqlə Görüşün Ali İşığı. 
Qeyri-Adi Duyğular İşığı. 
Vəcdin, Heyrətin, Müqəddəs Fərəhin, Ülvi Sarsıntının, Təlaşlı 
özünütəsdiqin, özünüifadənin Ali İşığı. 
 
 


 
217
3. «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Ruhani İradəylə Ram olunmuş Qəm İşığı. 
Zəka Ahəngi İşığı. 
Sirli Möhtəşəmlik və Riqqətli İncəlik İşığı. 
Atəşin İzhar və Müdrik Hekayət İşığı. 
Zəriflikdən Əzəmətə keçid İşığı. 
Əsrara meyil və İdraka Eşq İşığı. 
 
«Bayatı-İsfahan» 
Ali Kədərə Qapılma İşığı. 
Adi Qəmdən Ali Qəmə keçid İşığı. 
Mütləq Çağırış İşığı. 
 
«Hüzzal» 
Kədərdən Azad olmaq İşığı. 
Mütləqə Qovuşma İşığı. 
Müqəddəs Hal İşığı. 
İlkinliyə Qayıtma İşığı. 
 
 
4. «Şur» muğamı 
 
«Maye-Şur» 
Daxilində Coşğunluq gəzdirən Təmkinlik İşığı. 
Daxilində Ehtiras gəzdirən İdrak İşığı. 
Daxilində Gələcək gəzdirən İlkinlik İşığı. 
Daxili Görüm İşığı. 
 
«Hicaz» 
Ağrı İşığı. 
Labüd Yol İşığı. 
Əzab İşığı. 
Ruhani İradə İşığı. 
Mütləq Yönü – İşığı. 
 
218
«Zəmin-Xara» 
Kamillik Həsrəti – İşığı. 
Qeyri-Adilik  İstəyi  – İşığı. 
Kamilliyə yetmək Yanğısı – İşığı. 
 
«Bayatı-Kürd» 
Kədər Yükü – İşığı. 
Kədər Dairəsi – İşığı. 
Kədəri ötmək Ehtirası – İşığı. 
 
«Simai-Şəms» 
Vəcd, Vəhy, Ruhani Hökm, Görüm İşığı. 
Müqəddəs Fərəh İşığı. 
İradə Çağırışı – İşığı. 
Özünü İfadə İşığı. 
Özünü Təsdiq İşığı. 
İzhar İşığı. 
Mütləq Ruhani Hal İşığı. 
 
 
 
5. «Segah» muğamı 
 
«Maye-Segah» 
Kamillə Ayrılıq – Hicran İşığı. 
Kədər Müqəddəsliyi İşığı. 
Ürək Yanğısı İşığı. 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi –İşığı. 
Kədər Ağrısı – İşığı. 
Kədər Yanğısı – İşığı. 
Kədər Göyü – İşığı. 
Kədər Qatarı – İşığı. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə