Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə10/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

VIN-in qurulma nümunəsi 
 
V I N
 
m ö v q e 









10 
11 
12 
13 
14 
15 
16 
17 
WMI 
VDS 
VIS 
J
 
M
 
B
 
S
 
N
 
E
 
5
 
5
 
A
 
P
 
Z
 
0
 
0
 
3
 
7
 
2
 
5
 
──
 
──
 
──
 
──
 
──
 
────────
 
──
 
──
 
──
 
──────────────────
 




5
 

7
 
9
 
10
 
11
 
───────────
 
8
 
1
 
Asiya 
2
 
Yaponiya 
3
 
MITSUBISHI 
B – Avropa üçün (sol tərəfli idarə etmə) 
A – Avropa üçün (sağ tərəfli idarə etmə) 
4
 
Kuzovun tipi: 
S – 4 qapılı sedan; L – 4 qapılı xetçbek 
5
 
Transmissiyanın tipi 
N – 5 pilləli mexaniki, 5 ötürmə 
R – 4 pilləli AÖQ 
6
 
Mühərrikin tipi: 
E52 – 1800 - SOHC; E54 – 2000 - DOHC; 
E55 – 2000 - SOHC; E57 – 2000 - Dizel; 
E64 – 2000 - DOHC - 4WS; E75 – 2000 – SOHC - 4WD; 
E88 – 2500 - DOHC- 4WD 
7
 
A – sərnişin avtomobili 
8
 
Avtomobilin modeli 
E55 – GALANT 
9
 
Model ili: 
P – 1993 
10
 
Zavod 
11
 
Seriya (sıra) nömrə – 3725 
 
 
 
AVTOMOBİL MÜHƏRRİKLƏRİ 
 
Avtomobillәrdә güc qurğusu kimi әsasәn daxili yanma mühәrriklәri istifadә 
olunur. Porşenli mühәrriklәrdә yanacağın yanması zamanı qazlar porşeni hәrәkәt 
etdirir vә porşenin irәli-geri hәrәkәti dirsәkli valın fırlanma hәrәkәtinә çevrilir. 
Daxili yanma mühәrriklәri aşağıdakı әlamәtlәrinә görә tәsnif olunur: 

konstruksiyasına görә: porşenli vә rotorlu; 

yanıcı qarışığın hazırlanma üsuluna görә: xarici yanacaq qarışdırma vә 
daxili yanacaq qarışdırma; 

işçi qarışığın alışdırılma üsuluna görә: mәcburi alışdırılan vә öz-özünә 
alışdırılan; 

istifadә olunan yanacağın növünә görә: benzin, dizel vә qaz mühәrriklәri 
mövcuddur. 


14 
Benzin mühәrriklәri 
– duru yanacaqla (benzin) işlәyir vә mәcburi 
alışdırmalıdır. Benzin mühәrriklәrinin karbüratorlu vә püskürmә (injektor) tiplәri 
var. Karbüratorlu mühәrriklәrdә yanacaq karbürator adlanan xüsusi qurğuda hava 
ilә qarışdırılaraq silindrlәrә verilir. Benzin püskürmә mühәrriklәrindә yanacaq giriş 
kollektoruna vә ya birbaşa silindrin daxilinә püskürülür. 
Dizel mühәrriklәri 
– maye yanacaqla (dizel yanacağı) işlәyir vә sıxılma 
nәticәsindә öz-özünә alışır. Yanacaq verilişi forsunka vasitәsi ilә püskürmә ilә 
hәyata keçirilir. Hava ilә qarışma silindrin daxilindә baş verir. 
Qaz mühәrriklәri 
– mayelәşmiş vә sıxılmış qazla işlәyir. Mayelәşmiş qaz 
propan – butan qarışığından, tәbii qaz isә әsasәn tәbii metan qazından ibarәtdir. 
Mayelәşmiş qaz neft ayırma zavodlarında neftin emalı prosesindә alınır. Qaz 
mühәrrikin silindrlәrinә verilәndәn qabaq, qaz qarışdırıcısında hava ilә qarışdırılır. 
İş prinsipinә görә belә mühәrriklәr karbüratorlu vә ya benzin püskürmә 
mühәrriklәrinә oxşardır. Qaz-dizel rejimindә işlәyәn mühәrriklәr dә mövcuddur. 
Daxili yanma mühәrriki işlәdikdә istifadә olunan yanacağın yalnız bir hissәsi 
sәmәrәli işә çevrilir, qalan hissә әtraf mühitin «qızdırılmasına» sәrf olunur. 
Hazırda buraxılan mühәrriklәrin faydalı iş әmsalı 40 − 50% tәşkil edir. Daxili 
yanma mühәrriklәrinin f.i.ә.-nın artırılması sahәsindә son zamanlar çox ciddi 
tәdqiqatlar aparılır vә yaxşı nailiyyәtlәr әldә edilib, bu iş hazırda da davam 
etdirilir. 
PORŞENLİ BENZİN MÜHƏRRİKLƏRİ 
Porşenli benzin mühәrriklәrinin әsas mexanizm vә sistemlәrinә aşağıdakılar 
aiddir: 

çarxqolu-sürgüqolu mexanizmi; 

qazpaylama mexanizmi; 

qida sistemi; 

işlәnmiş qazların çıxış sistemi; 

alışdırma sistemi; 

soyutma sistemi; 

yağlama sistemi. 
Başlanğıc kimi dörd taktlı sikl üzrә işlәyәn bir silindrli sadә benzin 
mühәrrikinә baxaq (şәkil 7) vә onun iş prinsipini aydınlaşdıraq. Bir silindrli benzin 
mühәrrikinin әsas hissәsi silindr 1 vә onun başlığıdır 2. Silindr başlığı üstdәn 
silindri örtür vә sancaqlarla ona birlәşdirilir. Silindrin içәrisindә porşen 4 yerlәşir. 
Porşendә, xüsusi oyuqlarda porşen üzüklәri yerlәşdirilir. Mühәrrikdә kompressiya 
vә yağ sıyırıcı üzüklәr olur. Kompressiya üzüklәri silindrin daxili sәthinin güzgüsü 
boyu sürüşәrәk mühәrrikin işi zamanı yaranan qazların aşağı 

karterә keçmәsinin 
qarşısını alır, yağ sıyırıcı üzüklәr isә silindr divarlarından yağları siyirәrәk işçi 
taktda onların silindrdә yanmasının qarşısını alır. 


15 
Şәkil 7. Bir silindrli benzin mühәrriki: 
1 – silindr; 2 – silindrlәr başlığı; 3 – 
karter; 4 – porşen; 5 – sürgüqolu; 6 – 
dirsәkli val; 7 – yanma kamerası; 8 – 
paylayıcı val; 9 – yumruqcuq; 10 – 
daxilolma kanalı; 11 – 
xaricetmә 
klapanı; 12 – klapan yayı; 13 – soyutma 
mayesi; 14 – daxilolma klapanı; 15 – 
alışdırma şamı 
 
 
 
 
 
 
Porşen sürgüqolu 5 vasitәsi ilә dirsәkli valın 6 sürgüqolu boyunu ilә birlәşir. 
Dirsәkli valın sonuna böyük kütlәli nazimçarx bәrkidilir. 
Daxilolma klapanı 14 açıq olduqda daxilolma kollektoru 10 vasitәsi ilә 
silindrә yanıcı qarışıq (birbaşa püskürmәli mühәrriklәrdә silindrә hava daxil olur
benzin isә birbaşa silindrin daxilinә püskürülür) daxil olur, xaricetmә klapanından 
11 isә işlәnmiş qazlar kәnar olunur. Paylayıcı val 8 fırlandıqda yumruqcuq 9 
(ekssentrik) klapanları 14 vә 11 açır. Yumruqcuq klapanın ucluğu üstündәn 
düşdükdә güclü yayların tәsiri nәticәsindә klapanlar kip bağlanır. Paylayıcı val 
mühәrrikin dirsәkli valından 6 hәrәkәtә gәtirilir. 
Benzin mühәrriklәrindә işçi qarışıq alışdırma şamı 15 ilә alışdırılır. Alışdırma 
şamı silindrlәr başlığının 2 yivli deşiyinә bağlanır. Alışdırma şamının elektrodları 
arasında meydana gәlәn elektrik qığılcımı işçi qarışığı alışdırır. İşçi qarışıq, 
silindrә daxil olan yeni yanıcı qarışıqla silindrin daxilindә qalan qalıq işlәnmiş 
qazların qarışığıdır. Dizel mühәrriklәrindә başlıqda forsunka yerlәşdirilir, onun 
vasitәsi ilә silindrә yanacaq püskürülür. 
Porşen silindirlәr daxilindә irәli – geri hәrәkәt edir, porşenin irәli – geri 
hәrәkәti çarxqolu-sürgüqolu mexanizminin kömәyi ilә dirsәkli valın fırlanma 
hәrәkәtinә çevrilir. Bu çevrilmәni nәzәrdәn keçirәk. Porşen dirsәkli vala sürgüqolu 
vasitәsi ilә birlәşir, genişlәnәn qazların enerjisi sürgüqolu vasitәsi ilә dirsәkli vala 
ötürülür. Sürgüqolu mühәrrikin daxilindә mürәkkәb hәrәkәt edir, onun yuxarı 
başlığı irәli – geri, aşağı başlığı isә fırlanma hәrәkәti edir. 
Şәkil 8-dә bu vә ya digәr mühәrriki qiymәtlәndirmәk üçün silindr vә porşenin 
istifadә edilәn parametrlәri göstәrilmişdir (
V
s
 
vә 
V
h
 
– yanma kamerasının vә 
silindrin işçi hәcmi, 

– porşenin gedişi). Porşenin dirsәkli valın oxundan әn çox 
kәnarlaşdığı vә ya yaxınlaşdığı vәziyyәtlәri yuxarı vә aşağı «ölü» nöqtәlәr adlanır 
(YÖN vә AÖN). 
Porşenin bir «ölü» nöqtәdәn digәr ölü nöqtәyә getdiyi zaman keçdiyi yol 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə