Microsoft Word Avtomobil muhazira


AVTOMOBİLLƏRİN MARKALANMASI



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə9/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

AVTOMOBİLLƏRİN MARKALANMASI 
 
Hazırda çox ölkәlәr öz avtomobil sәnayesinә malikdir. Hәr il dünyada on 
milyonlarla avtomobil istehsal olunur. Avtomobil istehsalı vә satışı beynәlxalq 
xarakter daşıyır. Nәhәng avtomobil parkına nәzarәti sәrtlәşdirmәk üçün 
beynәlxalq cәmiyyәt avtomobilin identifikasiya nömrәsi vә ya VİN-in (Vehicle 
Identification Number) kömәyi ilә avtomobillәrin vahid ümumdünya markalanma 
sisteminin tәtbiqi haqqında qәrar çıxardı. 
VIN nömrәsi 17 işarәdәn ibarәtdir, onun üç tәrkib hissәsi var: 
İlk üç mövqe – istehsalçının beynәlxalq kodu 
(WMI) 
– üç hәrfin vә ya hәrf 
vә rәqәmlәrin birlәşmәsi, avtomobil istehsalçısının hәr biri üçün fәrdidir. 
Sonrakı altı mövqe nömrәnin tәsviri hissәsidir 
(VDS)
, burada avtomobilin bu 
vә ya digәr modelinin (modifikasiyasının) işarәsi kodlaşdırılır. 
10-
dan 17-yә qәdәr mövqelәr nömrәnin göstәrici hissәsidir 
(VIS) 
burada 
adәtәn istehsal ili (10-cu mövqe) vә konkret avtomobilin sıra nömrәsi işarә edilir. 
VIN nömrәsi mәcburi qaydada, avtomobilin istehsalı zamanı onun üzәrinә 
vurulur vә qeydiyyat sәnәdlәrindә qeyd olunur. 
Rusiya istehsalı olan avtomobillәr dörddәn altıya qәdәr rәqәmdәn ibarәt 
işarә ilә qeyd olunur. Birinci rәqәm texniki parametrlәrdәn birinә görә (mühәrrikin 
işçi hәcmi – minik avtomobillәri üçün, qabarit uzunluğu – avtobuslar üçün, tam 
kütlә – yük avtomobillәri üçün), ikinci rәqәm onun tәyinatının indeksi vә ya 
kuzovun tipini (1 – minik avtomobili, 2 – avtobus, 3 – 7 – müxtәlif kuzovlu yük 
avtomobili, 8 – qoşqu, 9 – yarımqoşqu) göstәrir. Üçüncü vә dördüncü rәqәmlәr 
avtomobilin modelini göstәrir vә istehsalçı zavod tәrәfindәn verilir. Beşinci 
rәqәmin olması (vә ya beşinci vә altıncı), söhbәtin baza modelin 
modifikasiyasından getdiyini göstәrir. 
Modifikasiya dedikdә baza modeli ilә müqayisәdә konstruksiyasına kiçik 
dәyişikliklәr edilmiş avtomobil başa düşülür. Mәsәlәn «Jiquli» avtomobilinin 
ВАЗ-21099 modifikasiyası, ВАЗ-2109 baza modelindәn yalnız kuzovun arxa 
hissәsinin forması ilә fәrqlәnir. 


13 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə