Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə17/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Oppozit mühərrik 
(şәkil 12, d) – razval bucağı 180° olur, buna görә dә 
bütün tәrtibatlar arasında belә mühәrrikin hündürlüyü әn azdır. 
W-mühərrikin 
iki tәrtibat variantı olur – böyük razval bucaqlı üç cәrgә 
silindr (şәkil 12, e) vә ya bir növ iki 
VR
-tәrtibat (şәkil 12, f). Silindrlәrin sayı 


22 
hәtta çox olduqda belә bu tәrtibat yığcamlığı yaxşı tәmin edir. Hazırda seriya 
ilә W8 и W12 mühәrriklәri buraxılır. 
Avtomobillәrdә energetik güc qurğusu qismindә daxili yanma mühәrriklәri 
tәtbiq olunur. Daxili yanma mühәrriklәri әn geniş yayılmış istilik mühәrriklәrindәn 
hesab olunur. Bu mühәrriklәrin vәzifәsi yanacağın yanması nәticәsindә alınan istilik 
enerjisini mexaniki enerjiyә çevirmәkdir. Ümumiyyәtlә, istilik mühәrriklәrini iki 
әsas qrupa bölmәk olar: 
-
Xarici yanma mühәrriklәri. Bu tip mühәrriklәrә buxar maşınları vә turbinlәri, Stirlinq 
mühәrriklәri vә s. aiddir; 
-
Daxili yanma mühәrriklәri (DYM). Bu mühәrriklәrdә yanacağın yandırılması, istiliyin 
ayrılması vә onun bir hissәsinin mexaniki enerjiyә çevrilmәsi birbaşa mühәrrikin daxilindә baş 
verir. Bu tip mühәrriklәrә porşenli mühәrriklәr, qaz turbinlәri vә reaktiv mühәrriklәr aiddir. 
Lakin qәbul olunmuş terminologiyaya görә DYM dedikdә porşenli mühәrriklәr başa düşülür. 
Belә ki, onlar ilk daxili yanma mühәrriki olub. 
Daxili yanma mühərriklərinin təsnifatı. 
Avtomobillәrdә istifadә olunan porşenli DYM 
aşağıdakı әlamәtlәrinә görә müxtәlif növlәrә ayrılır: 
1. İşlәdilәn yanacağın növünә görә: 
a)
yüngül maye yanacaqla (benzin vә kerosinlә) iş-lәyәn mühәrriklәrә; 
b)
ağır maye yanacaqla (dizel yanacağı ilә) işlәyәn mühәrriklәrә; 
c)
qaz yanacaqla (tәbii, sıxılmış, mayelәşdirilmiş vә generator qazı ilә) işlәyәn 
mühәrriklәrә; 
d)
müxtәlif yanacaqlarla işlәyәn mühәrriklәrә (çox-yanacaqlı mühәrriklәr). 
1.
İşçi tsiklin hәyata keçirilmәsinә görә: 
a)
işçi tsikli porşenin dörd gedişindә vә yaxud dirsәkli valın iki tam dövründә baş verәn 
mühәrriklәr (dördtaktlı mühәrriklәr); 
b)
işçi tsikl porşenin iki gedişindә vә yaxud dirsәkli valın bir tam dövründә baş verәn 
mühәrriklәr (ikitaktlı mühәrriklәr). 
2.
yanıcı qarışığın hazırlanma üsuluna görә: 
a)
xarici qarışdırmalı (karbüratorlu, qaz vә yanacağı sorma borusuna püskürülәn) 
mühәrriklәr. 
b)
daxili qarışdırmalı (dizel, yanacağı silindrә püskürülәn qığılcımla alışdırılan) 
mühәrriklәr. 
4. İşçi qarışığın alışdırılmasına görә; 
a)
qılğıcımla vә yaxud mәcburi alışdırmalı mühәrriklәr (karbüratorlu, benzin püskürmәli 
vә qaz mühәrriklәri); 
b)
sıxma nәticәsindә özüalışdırmalı mühәrriklәr (dizel mühәrriklәri); 
c)
forkamer - mәşәllә alışdırmalı mühәrriklәr. Bu mühәrriklәrdә işçi qarışığın bir hissәsi 
әvvәlcә kiçik hәcmli xüsusi yanma kamerindә (forkamerada) qığılcımla alışdırılır, yanma 
prosesinin sonrakı әsas hissәsi isә forkamerdәn mәşәl şәklindә әsas yanma kamerinә keçәn 
alovun hesabına silindrdә baş verir. 
3.
Silindrlәrin sayına vә yerlәşmәsinә görә: 
a)
birsilindrli, iki silindrli vә s. mühәrriklәr; 
b)
birsıralı (şaquli vә üfiqi) mühәrriklәr; 
c)
ikisıralı (V-şәkilli vә silindrlәri qarşı-qarşıya yerlәşәn - oppozit) mühәrriklәr. 
4.
Soyutma üsuluna görә: 
a)
maye ilә soyudulan mühәrriklәr; 
b)
hava ilә soyudulan mühәrriklәr. 
Avtomobil vә traktorlarda son zamanlar rotorlu mühәrriklәr dә tәtbiq olunur. 
Bunlar iki yerә bölünür: 
a)
pәrli (qazturbinli) mühәrriklәr; 
b)
rotor-porşenli, yaxud fırlanan porşenli mühәrriklәr. 


23 
Qazturbinli mühәrriklәr genişlәnmә pillәlәrinә görә birpillәli, ikipillәli vә 
çoxpillәli; qaz axınının istiqamәtinә görә isә radial, aksial vә radial - aksial olur. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə