Microsoft Word Avtomobil muhazira


Avtomobil mühərriklərinin konstruksiyası haqqında ümumi məlumat



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə16/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Avtomobil mühərriklərinin konstruksiyası haqqında ümumi məlumat. 
 
Dirsәk-şatun mexanizminin 
vәzifәsi porşenin silindrdә irәli – geri hәrәkәtini 
dirsәkli valın fırlanma hәrәkәtinә çevirmәkdir. Әvvәldә bir silindrli mühәrrikin 
işinә baxılmışdı. Bu orada baş verәn proseslәrin qavranılması üçün lazım idi. Lakin 
әksәr yüngül minik avtomobillәrindә dörd silindrli mühәrriklәr yerlәşdirilir. 
Әlbәttә ki, başqa saylı da silindrlәri olan variantlar da mövcuddur (ikidәn on ikiyә 
qәdәr). Lakin bu kitabda biz sizinlә mәhz dörd silindrli mühәrriklә tanışlıqla 
kifayәtlәnәcәyik, belә ki mәhz o әn geniş yayılmış mühәrrikdir. Mühәrrikdә 
silindrlәrin yerlәşmә sxemlәri müxtәlif şәkildә ola bilәr (şәkil 12) 
Şәkil 12. Müxtәlif tәrtibatlı mühәrriklәrdә silindrlәrin yerlәşmә sxemlәri: a – cәrgәli dörd 
silindrli; b – V-şәkilli altı silindrli; c – VR altı silindrli mühәrrik; d – oppozit dörd silndrli; e vә f 
– W-şkilli 12 silindrli mühәrrik; 
α 
– razval bucağı 
 
Cərgəli mühərrik 
(şәkil 12, a) – bütün silindrlәrin bir müstәvidә yerlәşdiyi 
tәrtibatdır. Silindrlәrin sayı az olanda (2, 3, 4, 5 vә 6) istifadә edilir. Altı silindrli 
mühәrrik daha asan tarazlaşdırılır (titrәyişlәrin azaldılması), lakin uzunluğu böyük 
olur. 
V-şəkilli mühərrik 
(şәkil 12, b) – bu mühәrrikdә silindrlәr iki müstәvidә latın 
әlifbasının V hәrfini yaradan şәkildә yerlәşdirilir. Bu müstәvilәr arasında bucaq 
razval bucağı adlanır. Belә yerlәşmә daha çox altı vә sәkkiz silindrli mühәrriklәr 
üçün istifadә edilir vә uyğun olaraq V6 vә V8 kimi işarә edilir. Belә yerlәşmә 
mühәrrikin uzunluğunu azaldır, lakin enini artırır. 
VR-mühərrik 
(şәkil 12, c) kiçik razvala malik olur (tәqribәn 15°), bu isә 
aqreqatın hәm uzunluğunu vә hәm dә enini azaltmağa imkan verir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə