22
hәtta çox olduqda belә bu tәrtibat yığcamlığı yaxşı tәmin edir. Hazırda seriya
ilә W8 и W12 mühәrriklәri buraxılır.
Avtomobillәrdә energetik güc qurğusu qismindә daxili yanma mühәrriklәri
tәtbiq olunur. Daxili yanma mühәrriklәri әn geniş yayılmış istilik mühәrriklәrindәn
hesab olunur. Bu mühәrriklәrin vәzifәsi yanacağın yanması nәticәsindә alınan istilik
enerjisini mexaniki enerjiyә çevirmәkdir. Ümumiyyәtlә,
istilik mühәrriklәrini iki
әsas qrupa bölmәk olar:
-
Xarici yanma mühәrriklәri. Bu tip mühәrriklәrә buxar maşınları vә turbinlәri, Stirlinq
mühәrriklәri vә s. aiddir;
-
Daxili yanma mühәrriklәri (DYM). Bu mühәrriklәrdә yanacağın yandırılması,
istiliyin
ayrılması vә onun bir hissәsinin mexaniki enerjiyә çevrilmәsi birbaşa mühәrrikin daxilindә baş
verir. Bu tip mühәrriklәrә porşenli mühәrriklәr, qaz turbinlәri vә reaktiv mühәrriklәr aiddir.
Lakin qәbul olunmuş terminologiyaya görә DYM dedikdә porşenli mühәrriklәr başa düşülür.
Belә ki, onlar ilk daxili yanma mühәrriki olub.
Daxili yanma mühərriklərinin təsnifatı.
Avtomobillәrdә istifadә
olunan porşenli DYM
aşağıdakı әlamәtlәrinә görә müxtәlif növlәrә ayrılır:
1. İşlәdilәn yanacağın növünә görә:
a)
yüngül maye yanacaqla (benzin vә kerosinlә) iş-lәyәn mühәrriklәrә;
b)
ağır maye yanacaqla (dizel yanacağı ilә) işlәyәn mühәrriklәrә;
c)
qaz yanacaqla (tәbii, sıxılmış, mayelәşdirilmiş vә generator qazı ilә) işlәyәn
mühәrriklәrә;
d)
müxtәlif yanacaqlarla işlәyәn mühәrriklәrә (çox-yanacaqlı mühәrriklәr).
1.
İşçi tsiklin hәyata keçirilmәsinә görә:
a)
işçi tsikli porşenin dörd gedişindә vә yaxud dirsәkli valın iki tam dövründә baş verәn
mühәrriklәr (dördtaktlı mühәrriklәr);
b)
işçi tsikl porşenin iki gedişindә vә yaxud dirsәkli valın
bir tam dövründә baş verәn
mühәrriklәr (ikitaktlı mühәrriklәr).
2.
yanıcı qarışığın hazırlanma üsuluna görә:
a)
xarici qarışdırmalı (karbüratorlu, qaz vә yanacağı sorma borusuna püskürülәn)
mühәrriklәr.
b)
daxili qarışdırmalı (dizel, yanacağı silindrә püskürülәn qığılcımla alışdırılan)
mühәrriklәr.
4. İşçi qarışığın alışdırılmasına görә;
a)
qılğıcımla vә yaxud mәcburi alışdırmalı mühәrriklәr (karbüratorlu, benzin püskürmәli
vә qaz mühәrriklәri);
b)
sıxma nәticәsindә özüalışdırmalı mühәrriklәr (dizel mühәrriklәri);
c)
forkamer - mәşәllә alışdırmalı mühәrriklәr. Bu mühәrriklәrdә işçi qarışığın bir hissәsi
әvvәlcә kiçik hәcmli xüsusi yanma kamerindә (forkamerada) qığılcımla alışdırılır,
yanma
prosesinin sonrakı әsas hissәsi isә forkamerdәn mәşәl şәklindә әsas yanma kamerinә keçәn
alovun hesabına silindrdә baş verir.
3.
Silindrlәrin sayına vә yerlәşmәsinә görә:
a)
birsilindrli, iki silindrli vә s. mühәrriklәr;
b)
birsıralı (şaquli vә üfiqi) mühәrriklәr;
c)
ikisıralı (V-şәkilli vә silindrlәri qarşı-qarşıya yerlәşәn - oppozit) mühәrriklәr.
4.
Soyutma üsuluna görә:
a)
maye ilә soyudulan mühәrriklәr;
b)
hava ilә soyudulan mühәrriklәr.
Avtomobil vә traktorlarda son zamanlar rotorlu mühәrriklәr dә tәtbiq olunur.
Bunlar iki yerә bölünür:
a)
pәrli (qazturbinli) mühәrriklәr;
b)
rotor-porşenli, yaxud fırlanan porşenli mühәrriklәr.
23
Qazturbinli mühәrriklәr genişlәnmә pillәlәrinә görә birpillәli, ikipillәli vә
çoxpillәli; qaz axınının istiqamәtinә görә isә radial, aksial vә radial - aksial olur.
Dostları ilə paylaş: