Microsoft Word Avtomobil muhazira


Mikroprosessorlu idarəetmə sistemlərinin iş prinsipi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə40/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Mikroprosessorlu idarəetmə sistemlərinin iş prinsipi. 
Sistemin әsasını 
mikroprosessor tәşkil edir. Mikroprosessor özünün periferiya qurğuları, yәni 
sensorlar vә icra mexanizmlәri ilә birlikdә mikrokompüterdir. Sensorlardan 
elektrik siqnalları elektron idarәetmә blokuna daxil olur. Hәmin siqnallar analoq
rәqәm vә impuls formasında ola bilir. Mәrkәzi prosessor isә yalnız rәqәm 
siqnallarını qәbul edәrәk, yalnız onlarla müәyyәn әmәliyyatlar edir. Buna görә dә 
sensorların müxtәlif formaya malik elektrik siqnalları әvvәlcә analoq-rәqәm 
çeviricisinә daxil olur, burada rәqәm formasına çevrilir vә bundan sonra mәrkәzi 
prosessora göndәrilir. Siqnallar mәrkәzi prosessora daxil olarkәn etibarlı idarәetmә 
mәqsәdilә onlar bir daha yoxlanılır. Sensorlardan qәbul olunan siqnallar, 
hesabatların aralıq nәticәlәri vә s. әmәli yaddaş qurğusunda saxlanılır. Elektron 
idarәetmә blokunun elektrik mәnbәyindәn ayrılması zamanı әmәli yaddaş qurğusu 
bütün verilәnlәr massivini itirir. Buna görә dә elektrik cәrәyanının olub-
olmamasından asılı olmayaraq yaddaşda daimi olaraq saxlanılması tәlәb olunan vә 
hesabatların aparılması üçün nәzәrdә tutulan proqram daimi yaddaş qurğusunda 
saxlanılır. Bu proqram avtomobilin istismarı әrzindә dәyişilmәyәn xarakteristik 
әyrilәrdәn, diaqramlardan vә s. ibarәtdir.
Elektron idarәetmә bloku dövrәyә qoşulan anda mikroprosessor daimi yaddaş 
qurğusunda saxlanılan proqrama sensorlardan gәlәn siqnalları verilәnlәr qismindә 
daxil edir vә proqramı addım-addım yerinә yetirir. Proqram әsasında hesabat 
aparılaraq bәzi parametrlәrin (püskürmә anı, qığılcımın verilmәsi anı, püskürmәnin 
davamiyyәt müddәti vә s.) tәlәb olunan qiymәti tәyin olunur. Mikroprosessor bu 
әmәliyyatları yerinә yetirmәklә bәrabәr eyni zamanda dirsәkli valın dönmә 
bucağının sensoruna nәzarәt edәrәk mәsәlәn, qığılcımın verilmәsi anının vә ya 
yanacağın püskürülmәyә başlaması anının çatmasını gözlәyir. Hәmin an çatdıqda 
müvafiq impuls formalaşdırıcısı blokuna impuls göndәrir. İmpuls göndәrilmiş olan 
müvafiq impuls formalaşdırıcısı müәyyәn idarәedici elementi dövrәyә qoşur vә ya 
dövrәdәn ayırır. 


54 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə