Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə36/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

 


50 
 
Daxili yanma mühərriklərinin soyutma sistemi 
 
Daxili yanma mühәrriklәrinin effektiv faydalı iş әmsalı (f.i.ә.), mühәrrikin 
bütün mexanizm vә sistemlәri normal işlәdikdә, karbüratorlu mühәrriklәr üçün 
0,23...0,33, dizellәr üçün isә 0,33...0,40 hüdudunda dәyişir. Başqa sözlә, bu gün 
DYM-dә yandırılan yanacağın, yaxşı halda, ancaq 23 ... 40 faizi faydalı işә sәrf 
olunur, 60...77 faizi isә müxtәlif itkilәrә, o cümlәdәn, mühәrrik hissәlәrinin (porşen, 
silindr, silindrlәr başlığ vә s.) qızmasına sәrf olunur. Mühәrrikin iş tsiklindә 
silindrin daxilindәki qazların orta temperaturu 1050...1150 K hüdudunda dәyişir. 
Әgәr mühәrriklәrin qızmış hissәlәri normal temperatura kimi soyudulmasa yağın 
yağlama keyfiyyәtini itirmәsi, qovşaq hissәlәrdә araboşluğunun azalması, işçi 
qarışığın vaxtından qabaq alışması vә ya qeyri-normal yanması-detonasiyası 
(karbüratorlu mühәrriklәrdә) sәbәbindәn mühәrrikin normal işi pozula bilәr. 
Mühәrrikin qızmış hissәlәrinin istiliyi atmosferә verilir. Bu istiliyin labüd itkisi 
olub, onun qiymәti mühәrrikin tipindәn, konstruksiyasından, soyudulma üsulundan 
vә s. asılıdır. 
Mühәrrikin hәddindәn artıq soyudulmasına da yol vermәk olmaz, çünki bu 
zaman faydalı işә çevrilәn istiliyin miqdarı azalır, yanacaq pis buxarlanır vә yaxşı 
yanmır, yanacaq silindrin soyuq divarına dәydikdә kondensasiya edir (buxar ha-
lından maye halına keçir) vә qovşaq hissәlәr arasından yağı yuyub, yağ çәmbәrinә 
(karterinә) axıdır. Nәticәdә mühәrrikin yağlanması pislәşir, qovşaq hissәlәrin 
yeyilmәsi sürәtlәnir vә mühәrrikin gücü azalır. Bütün yuxarıda qeyd edilәnlәrdәn 
belә aydın olur ki, DYM-dә soyutma sisteminim olması labüddür vә onun vәzifәsi 
mühәrrikin ziyanlı istiliyini azaltmaqdan, soyutmaqdan ibarәtdir. DYM-dә iki cür 
soyutma sistemindәn istifadә edilir: mayeli vә hava ilә soyutma sistemi. Mayeli 
soyutma sistemindә mühәrrikin qızmış hissәlәrinin istiliyi maye vasitәsilә, hava ilә 
soyutma sistemindә isә bilavasitә hava ilә atmosferә ötürülür.

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə