Microsoft Word Avtomobil muhazira


Daxili yanma mühərriklərinin yağlama sistemi



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə33/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Daxili yanma mühərriklərinin yağlama sistemi 
Daxili yanma mühәrriklәrinin yağlama sistemlәrinin әsas vәzifәsi mühәrrikin 
sürtünәn sәthlәrinin yeyilmәsini vә sürtünmәyә sәrf olunan enerji itkisini 
azaldıltmaqdır. Bundan başqa yağ, yağlanan hissәlәrin temperaturunu azaldır, 
sürtünәn hissәlәri yeyilmә mәhsullarından tәmizlәyir vә hissәlәri korroziyadan 
qoruyur. 
Mühәrrikin yağlama sistemlәrindә tәtbiq olunan yağlar neftin müәyyәn 
işlәnmәsi nәticәsindә alınırlar. Onlar aşağıdakı tәlәblәrә cavab vermәlidirlәr: 
1.
Yaxşı yağlılıq xüsusiyyәtinә malik olmalıdır. Yәni, yağ yağlanan sәthin üzәrini möhkәm 
nazik tәbәqә ilә elә örtmәlidir ki, bu tәbәqә sәthin yüklәnmәsinin vә bir-birilәrinә görә hәrәkәt 
sürәtlәrinin işçi qiymәtlәri daxilindә mәhv olmasın. 
2.
Optimal özlülüyә malik olmalıdır. Bu özlülük işçi temperaturun geniş diapazonunda ani 
dәyişmәmәlidir; 
3.
Aşağı donma vә yuxarı alovlanma temperaturuna malik olmalıdır; 
Şək. 1. Yağlama sistemi. 


47 
4.
Yuyuculuq qabiliyyәtinә malik olmalıdır. Yәni, sürtünәn sәthlәrdәn yeyilmә 
mәhsullarını vә başqa bәrk hissәciklәri uzaqlaşdıra bilmәlidir; 
5.
Stabilliyә malik olmalıdır. Yәni, mühәrrikin işi zamanı yaranan arzu edilmәyәn 
amillәrin uzunmüddәtli tәsiri әrzindә әsas istismar xüsusiyyәtlәrini saxlamalıdır. Bu mәnfi 
amillәrә yüksәk temperaturu, havanın oksigeni vә yanma mәhsullarında olan bәzi qazlarla 
kontaktı misal göstәrmәk olar. 
6.
Kokslaşmamalıdır. Yәni, mühәrrikin qızmış detalları ilә tәmasda olanda bәrk cismә 
çevrilmәmәlidir. 
7.
Tәrkibindә metalların korroziyasına sәbәb olan turşu vә qәlәvilәr olmamalıdır. 
Şək. 2. Yağ nasosu. 
 
Şək. 3. Mərkəzdənqaçma tipli yağ süzgəci. 
 
Mühәrrikin növ vә konstruksiyasından asılı olaraq tәzyiqlә, çilәmә ilә vә 
kombinә olunmuş yağlama sistemlәri tәtbiq olunur. Daxili yanma mühәrriklәrinin 
çoxunda kombinә olunmuş yağlama sistemlәri tәtbiq edilir. 
Yağlama sistemlәri aşağıdakı elementlәrdәn ibarәtdir: yağ çәnbәri, yağ nasosu, 
yağ boruları, yağ süzgәclәri vә yağ radiatoru. Yağlama sistemi bu elementlәr 
vasitәsilә mühәrrikin hәrәkәtdә olan vә sürtünәn hissәlәrinә fasilәsiz olaraq yağ 
verilmәsinә xidmәt edir. 
Mühәrrikin dirsәkli valının ana vә sürgüqolu (şatun) boyunları, porşen 


48 
barmaqları, itәlәyicilәr, qazpaylama valının dayaq boyunları vә yumruqcuqlar, 
çiyinliklәr, qırıcı paylayıcının idarәetmә intiqalı kimi hissәlәrin yağlanması onların 
sürtünәn sәthinә yağın nasos vasitәsi ilә tәzyiq altında verilmәsi ilә hәyata 
keçirilir. Mühәrrikin silindrlәrinin divarlarının yağlanması isә dirsәkli valın 
fırlanması zamanı әksyüklәrin yağ vannasından yağı silindrin divarına çilәmәsi ilә 
hәyata keçirilir. 
Hissәlәrin tәzyiq altında yağlanması bir qayda olaraq dörd taktlı mühәrriklәrdә 
hәyata keçirilir. 
İki taktlı mühәrriklәrdә silindrin divarının yağlanması yanacağın tәrkibinә 
daxil edilmiş yağın hesabına hәyata keçirilir. Müasir ikitaktlı mühәrriklәrdә yağın 
yanacağın tәrkibinә qarışdırılması xüsusi mexanizm vasitәsi ilә avtomatik hәyata 
keçirilir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə