Microsoft Word Avtomobil muhazira


Şək.1. Mikroprosessor idarəetməli yanacaq sistemlərinin bəzi elementləri



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə41/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Şək.1. Mikroprosessor idarəetməli yanacaq sistemlərinin bəzi elementləri 
 
 
Şək. 2. Elektron idarəetmə bloku. 
 
 
 
 


55 
İmpuls formalaşdırıcısının içәrisindә elektromaqnit klapanların böyük 
cәrәyan şiddәtini (bir neçә amper) tәmin edәn güclü tranzistorlar yerlәşir. Belәliklә 
püskürülәn yanacağın tsikllik miqdarı incektorun klapanının açıq qalma müddәtini 
dәyişdirmәklә tәnzimlәnir. 
Sistemin ilk inkişaf mәrhәlәlәrindә mikroprosessor sisteminin işini 
asanlaşdırmaq mәqsәdilә bütün incektorlar üçün impuls formalaşdırıcısının bir 
çıxışı nәzәrdә tutulmuşdu. Bunun üçün dә bütün incektorların klapanları eyni 
zamanda açılıb-bağlanırdı. Nәticәdә mühәrrikin iş qaydasından asılı olaraq 
silindrlәrdәn biri üçün püskürmә daha әlverişli vaxtda, yәni sorma taktında, 
digәrlәri üçün isә әlverişsiz vaxtda baş verirdi. Buna görә dә silindrlәrdәn biri daha 
optimal parametrlәrlә, digәrlәri isә әlverişsiz parametrlәrlә işlәyirdi. Müasir 
yanacaq püskürmә sistemlәrindә isә paylanmış püskürmәnin fazalanmış növü tәtbiq 
olunur. Belә sistemlәrdә hәr bir silindrin sorma borusuna yanacaq mühәrrikin iş 
qaydasından asılı olaraq öz fazasında, yәni sorma taktının ortalarında püskürülür. 
Bu zaman hava axınının sorulma sürәti maksimum olduğundan yanacaq hava ilә 
daha yaxşı qarışır. Әn müasir sistemlәrdә isә mühәrrikin göstәricilәrini yüksәltmәk 
üçün fazalanmış püskürmә tәtbiq olunmaqla bәrabәr bir tsikldә püskürülәcәk 
yanacaq miqdarı hissәlәrә bölünәrәk sorma taktı әrzindә 3-4 dәfәyә püskürülür. 
Soyuq mühәrrikin işә salınması zamanı püskürülәn yanacağın miqdarını xeyli 
artırmaq lazımdır. İncektorların normal keçid sahәsi isә hәmin miqdar yanacağı 
püskürmәk üçün kifayәt etmir. Buna görә dә paylanmış püskürmә sistemlәrindә 
işәsalma zamanı böyük miqdarda yanacaq püskürmәk üçün işәsalma incektoru da 
mövcuddur. Hәmin incektor sorma borusunun ümumi girişindә, yәni 
budaqlanmamış hissәsindә yerlәşdirilir. Hәmin incektor yalnız işәsalma rejimindә 
işlәyir vә mühәrrik işә düşdükdәn sonra öz işini dayandırır. Bu isә, tәbii ki, yenә dә 
mikroprosessorun müvafiq siqnalı әsasında yerinә yetirilir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə