51
sürәtlәndirmәk mәqsәdilә onun arxa tәrәfindә ventilyator yerlәşdirilir. Termosifonlu
soyutma sisteminin әsas üstünlüyü onun quruluşunun sadә olmasıdır. Mәnfi cәhәti
isә sistemdә suyun dövretmә sürәtinin aşağı olması
vә sistemdәn suyun cox
buxarlanmasıdır. Buna görә dә belә soyutma sistemlәri müasir mühәrriklәri tәmin
edә bilmәdiklәri üçün hal- hazırda demәk olar ki, tәtbiq olunmur.
Әksәr avtomobil mühәrriklәrindә mәcburi soyutma sistemindәn istifadә edilir.
Mәcburi soyutma sistemindә suyun dövr etmә
sürәtini tәnzimlәmәk üçün
mәrkәzdәnqaçma tipli su nasosundan istifadә edilir. Su nasosu suyu (soyuducu
mayeni) mәcburi surәtdә silindrlәr blokunun su köynәyinә qovaraq, qızmış suyu
radiatora tәrәf sıxışdırır. Qızmış su radiatorda soyudulduqdan sonra boru vasitәsilә
yenidәn su nasosuna qayıdır. Mәcburi soyutma sistemindә qızmış vә souydulmuş
suyun temperaturlar fәrqi 10°-dәn artıq olmur.
Dostları ilə paylaş: