Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə34/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

Yağ nasosu. 
Yağ nasosu yağın sistemdә dövr etmәsini tәmin edir. Avtomobil 
mühәrriklәrindә xarici ilişmәli dişli çarxlı nasoslar tәtbiq olunur. Bu nasosların 
kütlәsi çox da böyük deyil, hazırlanma texnologiyası sadәdir, kompaktdırlar vә 
etibarlıdırlar. Porşenli vә digәr tip nasoslar çox nadir hallarda tәtbiq olunur. 
Dişli çarxlı nasos iki dişli çarxdan ibarәtdir. Bunlardan biri val vasitәsilә 
hәrәkәtә gәtirilir, digәri isә öz oxu әtrafında sәrbәst fırlanır. Yağ dişli çarxların 
dişlәri vasitәsilә sorma hәcmindәn vurma hәcminә tәzyiqlә verilir. 
Yağ nasoslarının mәhsuldarlığının yüksәk olması tәlәb olunur. Bunun sәbәbi 
mühәrrikin bütün iş rejimlәrindә sistemdә yağın tәzyiqini normal sәviyyәdә 
saxlamağın vacibliyidir. 
Porşen üzüklәrinin araboşluğundan sızan qaz vә yağ buxarlarının 
kәnarlaşdırılması üçün karterin ventilyasiyası tәlәb olunur. 
Karterin ventilyasiyası. 
Mühәrrik işlәyәrkәn yanacaq buxarı vә xaric qazlar 
silindrin gilizlәri ile ona kip yatmayan porşen üzüklәrinin arasında yaranan 
araboşluğundan karterә keçir. Yanacaq buxarları kondensә olunaraq yağı 
durulaşdırır, tәrkibindә su vә kükürd birlәşmәlәri olan islәnmiş qazlar isә yağın 
keyfiyyәtini pislәşdirir. Karterә keçәn yanacaq ve qaz buxarlarını oradan 
çıxarmaq üçün karterdә ventilyasiya sistemi mövcuddur. Karterin ventilyasiyası 
xüsusi qurğu vasitәsilә yerinә yetirilir. Bu qurğu karter hәcmini bir tәrәfdәn әtraf 
mühitlә, digәr tәrәfdәn isә karbüratorla vә ya sorma borusu ilә әlaqәlәndirәn 
borulardan ibarәtdir. 
Yağlama sistemindә hәmçinin nәzarәt qurğuları da mövcuddur. Bura yağın 
tәzyiqini ölçәn manometr vә temperaturunu ölçәn termometr daxildir. Müasir 
mühәrriklәrin yağlama sistemlәrindә yağın soyudulmasını avtomatik idarә edәn 
termostat vә yağın tәzyiqinin azalması zamanı siqnal verәn qurğular da tәtbiq 
olunur. 
Yağlama sistemi müherrikin sürtünәn detallarına yağ vermәk, yağı tәmizlәmәk 
vә soyutmaq üçündür. Yağın kifayәt qәdәr verilmәmәsi mühәrrikin gücünün 
azalmasına, detalların şiddәtli yeyilmәsinә, yataqların hәddәn artıq qızmasına vә 
hәtta әrimәsinә, porşenlәrin pәrçimlәnmesinә vә mühәrrikin sıradan çıxmasına 
sәbәb olur. 
Yağın hәddindәn artıq verilmısi isı yağın bir hissәsinin yanma
kamerasına keçmәsinә, nәticәdә qurum çöküntüsünün çoxalmasına vә alışdırma 


49 
şamlarının iş şәraitinin pislәşmәsinә sәbәb olur. 
Müherrikin işlәmәsi prosesindә yağın bir hissәsi sәrf edilir, yağ öz
keyfiyyәtini itirir ve onun dәyisdirilmәsi tәlәb olunur. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə