Ömrün etməyəcək vəfa dedilər
11
Aydın Çobanoğlu “Diqqətsizlik, yoxsa…” məqaləsində
isə çox aktual bir mövzuya toxunub. Bəzi aşıqların qoşmaları-
nın müxtəlif aşıqların adına çıxılmasından söz açır. Tədqiqatçı
faktlarla belə səhvləri göstərir və gələcəkdə belə səhvlərin qar-
şısının alınması yollarını arayır. Tədqiqatçıları diqqətli olmağa
səsləyir.
“Koroğlunun sorağına gəlmişəm” məqaləsində Aşıq Ay-
dın 1988-ci ilin iyun ayında Naxçıvanda Koroğlunun heykəlinin
açılışına getməsindən, Babək rayonunun “Yeni yol” kəndində
“Cəlili” və “Ayaq Cəlili” havalarının yaradıcısı, XIX əsrin gör-
kəmli ustadlarından biri Aşıq Cəlilin qəbrini ziyarət etmələrin-
dən, Aşıqlar Birliyinin sədri Hüseyn Arifin Naxçıvanın Mədə-
niyyət naziri Fəttah Heydərovdan aşığın qəbrinin üstünün götü-
rülməsi barədə xahişindən və s. söhbət açır. Bütün bunlar qiy-
mətli məlumatlardır.
Hələ ADU-nun tələbəsi olarkən Aydın “Sovet kəndi” qə-
zetində (17.04.1976) maraqlı yazı ilə çıxış etmişdi. Məqalədə
Tovuz rayonunda Aşıq Əkbərin ideyası və görkəmli maarif xa-
dimi, Tovuz rayon Maarif şöbəsinin müdiri Qara Sultanovun
dəstəyi ilə Aşıq Əkbərin doğma kəndi Bozalqanlı kənd məktə-
bində 1975-ci ilin sentyabrında 18 nəfərdən ibarət Respublika-
mızda ilk dəfə olaraq saz həvəskarları qrupu yaradılmış, Aşıq
Əkbər onlara müəllim təyin olunmuşdu. Tələbə Aydın Musayev
nüfuzlu qəzetdə maraqlı çıxış edərək, bu təcrübəni Tovuz rayo-
nunun və eləcə də digər rayonların kənd məktəblərində də yay-
maq məsələsini gündəmə gətirmişdi. Onun bu arzusu sonralar
yerinə yetirildi.
Aydın Çobanoğlu
12
Göründüyü kimi, aşıq-şair Aydın Çobanoğlu hələ gənclik-
dən saz-söz sənəti ilə yaşamış, fikri-zikri bu sənətin inkişaf yol-
larını aramaq olmuşdur.
Çobanoğlunun aşıq sənəti və ustad aşıqlar haqqında məqa-
lələri, Hindistan və İsveç təəssüratları onun səriştəli publisist ol-
duğundan xəbər verir.
Aydın Çobanoğlu ustad aşıqlarla bağlı bir sıra radioveri-
lişlərin və yaradıcılıq gecələrinin ssenarilərini yazmışdır: Mika-
yıl Azaflı, Aşıq Əkbər Cəfərov və başqaları haqqında.
Aydın,
eyni zamanda ilhamlı şair olmuşdur.
Təsadüfi de-
yildir
ki,
prof.
Qara Namazov
“Aşıqlar”
kitabında
(2004,
s.54-55)
onu oxucu və tədqiqatçılara şair-aşıq kimi təqdim edir.
Onun poeziya sahəsindəki uğurları xüsusi tədqiqat mövzu-
sudur. Aydın Çobanoğlu həm xalq ruhuna daha yaxın olan aşıq
poeziyasını,
həm də
klassik
və
çağdaş poeziyamızı,
yuxarıda qeyd
etdiyimiz
kimi
yaxşı
bilir
və
hər
iki
qütbdə
qələmini
sınayır
və uğur
qazanırdı.
Aşığın qoşma, gəraylı,
təcnis,
müxəmməslərini və s.
oxu-
duqca, onun aşıq yaradıcılığının qaynar çeşməsindən su içdiyi-
nin şahidi oluruq. Onlar kitabda ayrıca bölmədə
verilmişdir.
Ço-
banoğlunun
mərsiyələri
də
ayrıca
bölmədə
verilmişdir.
Onun
Azərbaycanın Qoca qartalı Mikayıl Azaflıya, məşhur müğənni
Səxavət Məmmədova, Aşıq Şakirə, 20 yanvar şəhidlərinə, Sala-
tın Əsgərovaya, dayısı oğlu Yunisə, prof. Xitab İsmayılova, ata-
sı Aşıq Çobana, görkəmli ictimai xadim Yunus Rzayevə və baş-
qalarına həsr etdiyi mərsiyələri həyəcansız oxumaq olmur.
Şair-aşığın nəğmələri də ayrıca bölmədə verilmişdir. Bu-
rada onun
“Gözəllər olmasaydı”, “Aygünüm”,
“Aytən, Orxan və
Zeynəb” bulaq suyu kimi qəlbə yayılan şeir-nəğmələri vardır.
Ömrün etməyəcək vəfa dedilər
13
Aydın Çobanoğlunun ithafları da ayrıca bölmədə verilmiş-
dir. Aşığın ithaflarını izlədikcə onun çağdaş şairlərimizə, incə-
sənət nümayəndələrinə, saz-söz ustalarına ehtiram və isti müna-
sibətini aydınca görürük. Xalq şairi Səməd
Vurğunun 80 illiyi-
nə, Aşıq Hüseyn Saraclının 70 illiyinə, Əlimərdanlı Aşıq Nəcə-
fə, Sosialist Əməyi qəhrəmanı Fərzəli Abbasova, şair Sücaətə,
İlyas Tapdığa, Xalq artisti Arif Babayevə,
tanınmış alim
Teymur
Zeynalova, Xalq şairi Söhrab
Tahirə,
Xalq şairi
Hüseyn
Arifə,
Yunus Novruzoğluna, qarslı aşıq Murad Çobanoğluna, zəmanə-
nin dönüklüyü ilə vətəndən didərgin düşmüş şair Məmməd İs-
mayıla, Aşıq Ulduza, şair dostu Ələmdar İsaya, şair Knyaza,
həkim Hökümə Ağayevaya və başqalarına həsr etdiyi şeirlər
XX əsrin 70-80-ci illər ədəbi, mədəni və ictimai mühiti barədə
təsəvvür yaradır.
Şair-aşığın
Naxçıvana,
Cəlilabada,
İsmayıllı
kəndlərinə,
Kəlbəcərə,
Tovuza
və s.
bölgələrimizə həsr etdiyi şeirlərini oxu-
duqca, sanki vətən xəritəsini vərəqləyirsən. Kitabda Çobanoğlu-
nun
aşıq
sənəti və aşıqlar haqqında düşüncələri, səfər qeydləri,
elm xadimləri, ziyalı və eləcə də, əcnəbi qonaqlarla unudulmaz
görüşləri ayrıca başlıqlarla verilmişdir.
Aydın məlahətli səsi olan aşıq idi. Pəsdən oxuyurdu. Tale-
dən gələn qismətini “Veribdi” şeirində minnətdarlıqla yada sa-
lır, naşükürlük etmir:
– Deyirəm, çox şükür, çıxmayıb yaddan,
Bir azca səs, bol söz, bir saz veribdi!
Çobanoğlu görücü ilə söhbətini ürəkağrısı ilə “Dedim
mən” şeirində qələmə alıb:
Dostları ilə paylaş: |