Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə51/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   47   48   49   50   51   52   53   54   ...   310
41 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
2001-ci ilin əvvəllərində respublika prezidenti cənab Heydər Əliyev, özəl- 
ləşdirməni sürətləndirərək emalat, enerji və kimya sektorlarında fəaliyyət göstərən 100 
böyük dövlət iqtisadi təşəbbüslərinin özəlləşdiriləcəyini elan etmişdir'*^. Fərqli 
sahələri əhatə edən təqribən 450 şirkət böyük özəlləşdirmə sahəsinə daxildir. 
Özəlləşdirmə proqramına görə özəlləşdiriləcək təşkilat və müəssisələr kiçik, orta 
və böyük olaraq 3 qrupa ayrılmışdır. Kiçik müəssisələrin 15%-i işçilərinə qarşılıqsız 
verilir, 85%-i isə çek aksiyalarında satılırdı. Orta və böyük həcmli şirkətlər isə, əvvəl 
səhmdar cəmiyyət statusuna çevrilir, sonra özəlləşdirilirdi. Bu şirkətlər; səhmlərinin 
ən az 50%-i çek aksiyonları ilə, 15%-i müəssisə işçilərinə çek qarşılığında, 10%-i 
müəyyən məbləğ qarşılığında hərracla və qalan 25%-nin isə dövlət tərəfindən bağlı 
investisiya fonduna verilməsi ilə özəlləşdirilir^®. 
İkinci özəlləşdirmə proqramı çərçivəsində isə, rabitə, nəqliyyat, kimya, enerji 
kompleksi və digər sektorlardakı müəssisələrin özəlləşdirilmə prosesi davam edir. 
Özəlləşdirmənin başladığı tarixdən 2005-ci ilin əvvəlinə qədər ümumi dəyəri 
651.1 milyard manat olan 40.7 min kiçik həcmli şirkət özəlləşdirilmişdir. Bundan 
əlavə 2005-ci ilin əvvəlində 1537 dövlət şirkəti, bu çərçivədə 356 orta və böyük həcmli 
şirkət səhmdar cəmiyyətinə çevrilmişdir. Nəticədə 150 mindən çox Azərbaycan 
vətəndaşı özəl mülkiyyət sahibi olmuşdur^'. Digər tərəfdən ərazi mülkiyyətində 
dəyişiklik nəticəsində özəl mülkiyyətə çevrilməsi nəticəsində Azərbaycanda ölkə 
ərazisinin 56.9%-i (4.913.639 hektar) dövlət, 23.5% (2.032.744) hektar bələdiyyə
%19.6 (1.695.123 hektar) özəl mülkiyyətə aiddir. 
Birinci özəlləşdirmə proqramı çərçivəsində özəlləşən kiçik və orta həcmli 
şirkətlər iqtisadiyyatda yüksalən bir rola sahibdirlər. 2005-ci ilin əvvəlində təqribən 47 
min kiçik və orta həcimli şirkət Azərbaycanda fəaliyyət göstərirdi. Kiçik və orta 
həcimli şirkətləri dəstəkləmək hökumətin əsas işləri arasında çox mühüm yer tutur. Bu 
çərçivədə kiçik və orta böyüklüklü şirkətlərə lazım olan maliyyə qaynağını əldə etmək 
üçün Sahibkarlığa Yardım Milli Fondu qurulmuşdur. 
Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt 
şəhərlərində, Abşeron, Bərdə, Xanlar, Qazax, Xaçmaz, Şəki, Göyçay, Masallı, Qusar, 
Ucar, Qax və Balakən rayonlarında özəlləşdirmə daha sürətli olmuşdur. 
Özəlləşdirmə başlanan tarixdən 2005-ci ilin əvvəlinə qədər 361.9 min bina, bir 
başqa ifadəylə özəlləşdirilməsi planlanan binaların 59.5%-i özəlləşdirilmişdir. 
Ayhan Karaca, “Azərbaycan’da İqtisadi Dönüşüm Süreci və Reformlann 10 Yılı”, 
http://www.foreigntrade.gov.tr/ead/DTDERGI/ocakozel2002/avhan.htm
 (13.03.2003). 
‘Process of Privatization’, 
www.msp.gov.az/html/eng/xod.html
. (18.04.2005). 
N. Ö. Hacıyev, “Sahibkarhq Sektorunun İnkişafmm Sürətləndirilməsi ilə Bağlı Problemlər”, 
Azərbaycanda iqtisadi islahatların Həyata Keçirilməsi Xüsusiyyətləri və Problemlər,
İqtisadi İnkişaf 
Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, Bakı, 2001, s. 117. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə