Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə49/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   45   46   47   48   49   50   51   52   ...   310
39 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
İşsizlik Azərbaycanda həllini gözləyən ən aktual məsələlərdən biridir. 2010-ci 
ilin əvvəllərindən etibarən ölkə vətəndaşlarının 17%-nin həyat səviyyəsi yoxsulluq 
səviyyəsinin altındadır. Dünya Bankı tərəfindən aparılan hesablamalara görə bu 
insanların günlük qazancı təqribən 1.20 dollardır. 
C
ədvəl:8. 
R
əsmi işsizlik Nisbəti (%) 
Qaynaq: ARDSK Nəşrləri. 
Azərbaycanda, inkişaf etmiş ölkələrdə ixrac və investisiya qoyuluşunun azlığı bir 
çox müvəqqəti səbəblərin yerinə, işsizliyin əsas səbəblərinin formal xarakter daşıması 
problemin həllinə uzun müddətli və mütəmadi siyasətlərlə nail oluna biləcəyi 
nəticəsini verir. 
İşsizlik problemi hökumətin də qarşısında duran əhəmiyyətli problemlərdəndir. 
Regionlarda iqtisadiyyatın yenidən inkişaf etdirilməsi, 600 min yeni iş yerinin 
açılması istiqamətində görülən işlər də bunu göstərir. 
2.4.
ÖZƏLLƏŞDİRMƏ 
Azərbaycan müstəqillikdən sonra sərbəst bazar iqtisadiyyatına keçmək qərarını 
almış və bu istiqamətdə tədqiqatlara başlamışdır. İlk olaraq, 1993-cü ildə 
Özəlləşdirmə Qanununu qəbul etmiş, ancaq, bu qanunun tətbiqinə 1995-ci ildən sonra 
başlamışdır. 
Sərbəst bazar iqtisadiyyatına keçidin əsas mərhələlərindən hesab edilən və ölkə 
iqtisadiyyaünda yenidən təşkilatlanmağın əhəmiyyətli faktorlarından biri olan və qərb 
sərmayəsinin də iştirak edə biləcəyi özəlləşdirmə fəaliyyətləri dövlət mülkiyyətinin 
özəlləşdirilməsi haqqında 7 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Milli 
Məclisi tərəfdən qəbul edilən qanun ilə başlamışdır. Keçmiş dövrdən fərqli olaraq 
Azərbaycanın iqtisadi təməllərini dövlət mülkiyyəti, özəl mülkiyyət və bələdiyyə 
mülkiyyəti təşkil etməyə başlamışdır"**. 
Azərbaycan Respublikasının Konstitutyası,
Azərbaycan Nəşriyyatı, Bakı, 1996, s.7.
 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə