Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə45/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   41   42   43   44   45   46   47   48   ...   310
34 


Az
ərbaycan İqtisadiyyatı 
etdikləri üsullar da əsas rol oynamışdır'^*’.İnflyasiya dövründə Milli Bankın 
müdaxiləsinə baxmayaraq, Azərbaycan manaünm ABŞ dollanna qarşı dəyər itirməsi 
və istehlak mallan seçimlərinin idxala istiqamətlənməsi də böyük rol oynamışdır. 
Qısaca SSRİ-nin dağılmasının ardından miras qalan və yaşanan iqtisadi 
problemlər və müharibə səbəbiylə inflyasiya dörd xanalı rəqəmlərə yüksəlmişdir. 
1992-1994-cü illərdə dörd xanalı rəqəm olaraq ortaya çıxan inflyasiya 1763.5% ilə 
1994-cü ildə ən yüksək həddə çatmışdır. 1994-cü ilin may ayında əldə edilən atəşkəs 
və alman tədbirlərlə birlikdə 1995-ci ildən etibarən inflyasiyanın azlamağa 
başlamasına baxmayaraq inflyasiya nisbəti 511.8% olaraq müəyyənləşdirilmişdir. 
BVF ilə birlikdə hazırlanan inkişaf proqramlarının birincisi ilə başlayan sərt pul 
siyasətinin tətbiq edilməsi nəticəsində 1996-cı ildən etibarən iqtisadiyyatı 
inflyasiyadan xilas edəcək şəkildə qiymətlərin ümumi səviyyəsində stabillik əldə 
edilmişdir. Nəticə etibariylə, hökumətin Ermənistanla imzalanan atəşkəsdən sonra 
tətbiq etməyə başladığı stabillik proqramı yüksək inflyasiyaya son vermişdir. Stabillik 
proqramının tətbiq edilməsinin nəticəsi olaraq 1997-ci ildə inflyasiya tək xanalı 
olmuşdur. 
1998 və 1999-cu illərdə isə, qiymətlərdə əhəmiyyətli azalmalar müşahidə 
edilmişdir. Açıq bazar iqtisadiyyatına sahib olan Azərbaycan, milli valyutanın əsas 
ticarət ortaqlarının milli valyuta qarşısında dəyər qazanması nəticəsində 
Nəsimi Kamalov, “1990-2000 ci İllər Arasmda Azərbaycan’da İnflyasiya” 
University,
Number 6, Fall-2000, ss.67-70. 
Journal of Qafqaz 
35 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
idxal mallarındakı azalmadan istifadə etmişdir. 1999-cu ildə qiymətlərdə təqribən 
8.5% azalma müşahidə edilmişdir. 
1999-
cu ilin ikinci yansmdan etibarən tətbiq edilən sərt pul siysətinin 
yumuşaldılması nəticəsində 1998-1999-cu illərində deflyasiyanm baş verdiyi ölkədə 
2000-ci ildən etibarən qiymətlərin ümumi səviyyəsində yenidən artim müşahidə 
edilməyə başlamışdır. 2005-ci ildə isə 12.4% olan inflyasiya beləliklə diqqət çəkən bir 
həddə çatmışdır. 
2008-cü ildəki inflyasiyanın sadəcə 1/3-i milli valyuta həcminin artması kimi 
maddi amillərdən qaynaqlanmışdır. İnflyasiya daha çox neftin saüş qiymə- tindəki 
artim və regionda avronun yüksəlməsi ilə izah olunur. 
2008-cü ildə ortaya çıxan inflyasiyada tələb amilləri, bu çərçivədə xalqın maddi 
gəlirində 30% artış və investisiya həcmindəki artış əsas rol oynamışdır. Xərclərdəki 
artim da rol oynamışdır. 2008-cü il sənaye məhsulları istehsal qiymətləri 10.9% 
artmışdır. Maya dəyəri inflyasiyası baxımından enerji məhsullan qiymətlərində 
meydana gələn artımda rol oynamışdır. 
Qiymətlərin ümumi səviyyəsinə təsir edən xarici təsirlər olaraq neftin qiymətinin 
dünya bazarındakı artımı nəticəsində, xarici ticarətin həyata keçirildiyi ölkələrdə 
istehsal xərclərindəki artim və avronun güclənməsi səbəbiylə avro zonadan idxal 
olunan mallann qiymətlərində müəyyən nisbətdə artim müşahidə olunmuşdur. Bundan 
əlavə, Rusiya sərhədlərində keçidlərdə baş verən problemlər və taxıl idxalına ƏDV 
üzərinə tətbiq olunan güzəştlərin sona çatması da inflyasiyaya səbəb olan 
amillərdəndir. 
Qiymətlərin yüksəlməsi nəticəsində inflyasiya mühitinin ölkə iqtisadiyyatında 
yaşanması qaçmılmazdır. Enerji məhsullarının qiymətlərinin yüksəlməsi isə bu dövrü 
sürətləndirəcəkdir. Qiymətlərin gizli şəkildə artması və real rəqəmlərin statistikada öz 
əksini tam olaraq tapmaması halı həqiqətdə də belədirsə, daha sonra büdcəyə mənfi 
təsir göstərəcəkdir. Qiymətlərdəki artım əlbəttə ki, xalqın sosial-iqtisadi vəziyyətinə 
mənfi təsir edəcəkdir. Qiymət artımları ölkədə 49%-dən 44%-ə salman yoxsulluq 
səviyyəsi yenidən yüksələcəkdir. 
İqtisadiyyatda keçid dövrü yaşayan Azərbaycanda inflyasiya struktur xarakter 
daşıyır. İqtisadiyyatda ümumi təklif ilə ümumi tələb arasındakı balansın inkişafın 
dinamik dövrü ərzində əldə edilməsi asan deyil. Təsərrüfat sektorunda 
müasirləşmənin hələ həyata keçməmiş olması, sənaye istehsalında miqdar və növ 
baxımından zəiflik, istehlakçı və istehsalçı arasında marketinq problemləri kimi 
səbəblər inflyasiyanın 2005-ci ildə iki xanalı olmasının əsas səbəbləridir. 
Qiymətlərin ümumi səviyyəsində stabillik baxımından diqqət edilməsi lazım olan 
nöqtələrdən biri budur: Qiymət stabilliyi məqsədi ilə yüksək istehsal artımı və tam iş 
gücünə yaxınlaşma məqsədləri arasında ziddiyyət var. Çünki, qısa müddətdə qiymət 
artımları, digər şərtləri dəyişməmək şərtiylə istehsalçıların qazanc nisbətini 
artıracağından, istehsalçını daha çox istehsala təşviq edə- 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə