Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə44/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   40   41   42   43   44   45   46   47   ...   310
33 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
İktisadi inkişaf sürətinin yüksək olması isə yenidən formalaşmağı vacib edən bir 
məqsəd olduğundan, problemin həlli uzun müddətli bir məqsəd olaraq diqqətə 
alınmalıdır. 
Digər tərəfdən gəlir bölgüsünün nizamlanması, Azərbaycanda sürətli inkişafın ilk 
şərtidir. Belə ki, “varlını daha varlı, kasıbı daha kasıb edən” kapitalist rejimi ilə gəlir 
və sərvət bölgüsündə ədalət diqqətə alınmadan, kapital yığımı əldə edərək dirçəlişi 
həyata keçirmək mümkün olacaqdır. Çünki, birinci olaraq telekommunikasiya əsri 
adlandırılan zəmanəmizdə məlumat alüdəliyi, kapital yığımına qarşı ictimai reaksiya 
yaradaraq ölkə daxili ümumi stabilliyin pozulmasına səbəb ola biləcək bir 
səviyyədədir. Digər tərəfdən ölkədə inkişafın əldə edilməsi, əvvəlcə ölkə daxili tələb 
artımını vacib edər. Bu səbəblə də gəlir bölgüsünü nizamlamaq, daxili bazarı 
genişlədib ümumi tələbi artıraraq sənayeni təşviq edəcəkdir. 
2005-ci ilin sonundan etibarən əldə edilən neft gəlirləri ilə yanaşı, təşviq 
siyasətləri ilə xarici sərmayənin ölkəyə çəkilməsi və bu çərçivədə 2004-2008-ci illəri 
əhatə edən regional sosial-iqtisadi inkişaf proqramının tətbiq edilməyə başlaması, 
gəlir bölgüsündə ədalət çərçivəsində real milli gəlirin yüksək səviyyədə saxlanılması 
üçün mövcud təhlükələri ortadan qaldırma baxımından ən vacib imkan və addımlardır. 
2.2.
İNFLYASİYA 
Azərbaycan xalqı inflyasiya məfhumu ilə 1990-cı illərin əvvəllərində tanış 
olmuşdur. İttifaq ölkələri arasında iqtisadi müstəqilliyin mövcud olduğu SSRİ- nin 
dağılmasından sonra şirkətlərin fəaliyyətlərinin dayanması, ümumi təklifin 
əhəmiyyətli dərəcədə azalmasına və nəticədə inflyasiyanın yüksəlməsinə səbəb 
olmuşdur. 
Xalqın əllərindəki malları bazara çıxartmaları ilə ümumi tələb müəyyən dərəcədə 
qarşılandı. Bunun nəticəsi olaraq isə, 1990-1991-ci illərdə daha sonrakı illərə nisbətən 
inflyasiya nisbəti aşağı səviyyədə seyr etmişdir. İqtisadiyyatda qiymət nəzarətinin 
qaldırılaraq qiymətlərin üzdə sərbəstləşdirilməsi və keçid dövrünün ilk dörd ilində 
yaşanan müharibə səbəbiylə dövlət xərclərindəki artım səbəbiylə ortaya çıxan büdcə 
kəsirlərinin açıq maliyy üsulu ilə qarşılanması qiymət artımlannın əhəmiyyətli 
dərəcədə yüksəlməsinə səbəb olmuşdur. 
1994-cü ilə qədər pul təklifində diqqətə alınacaq bir göstəricinin olmaması və 
büdcə kəsirlərini qarşılamaq üçün mütəmadi olaraq pul emissiyasına müraciət 
edilməsi, manatın mütəmadi olaraq dəyərini itirərək hiper-inflyasiya dövrünə 
girilməsinə səbəb olmuşdur. Bundan əlavə baş verən inflyasiya dövründə 
Rusiya-Çeçenistan müharibəsi səbəbiylə şimal dəmir yolu xəttinin bağlanması ilə 
idxaldakı azalış və xarici ticarət ilə əlaqədar bəzi maliyə təşkilatlarının tətbiq 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə