Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə41/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   37   38   39   40   41   42   43   44   ...   310
30 


Az
ərbaycan İqtisadiyyatı 
dəfə azalan həyat səviyyəsi 1995-ci ildən sonra tətbiq edilməyə başlanan tədbirlərlə"" 
artmağa başlamışdır. 1995-ci ildən etibarən hər il artan ÜDM, nəhayət 
2008-
cü ildə bir əvvəlki ilə nəzərən 11.6% artaraq 3641 dollar olmuşdur. Gəlir 
səviyyəsindəki arüm insanların mal satın alma güclərinin artmasına, bu da öz 
növbəsində real sektorun inkişafına zəmin yaradan amillərdən olmuşdur. 
2003-
2005-ci illərdə Azərbaycanda yoxsulluğun azalması və İqtisadi 
İnkişaf Haqqında Dövlət Proqramı 20 fevral 2003-cü ildə ölkə başçısının fərmanı ilə 
təsdiq edildi. Yoxsulluğun ortadan qaldınlması ilə bağlı dövlət proqramı, makro 
iqtisadi stabilliyin güclənməsi, gəlir əldə etmə imkanlannm artınlması, təhsil və 
səhiyyə sahələrinə qoyulan investisiyaların artırılması və xidmətlərin yaxşılaşdı- 
nlması, infrastrukturun yaxşılaşdırılması, xalqın aşağı gəlirli hissəsinin sosial 
təhlükəsizliyinin artınlması, köçkünlərin həyat səviyyələrinin yaxşılaşıdıniması 
istiqamətlərində cəmləşmişdir. İqtisadi dirçəliş və işşislik, sosial siyasət və insan 
faktorunun inkişafı, regional siyasət və struktur inkişafla yanaşı mövcud potensialın 
inkişafı olmaqla dörd fərqli yoldan məqsədlərə çatmağa çalışdır. 
Azərbaycan hökuməti 2003-2005-ci illəri əhatə edəcək “Yoxsulluğun 
Azaldılması və İqtisadi İnkişaf Haqqında Dövlət Proqramı” sonrası 2006-2015 - ci 
illəri əhatə edəcək yeni bir proqram həyata keçirəcəkdir. İlk proqramın qəbul edildiyi 
2003-cü ildə 44.7% olan yoxsulluq səviyyəsi 2010-cü ildə 11.5 %-ə düşmüşdür. Bu 
nisbətin 2005-ci ildən etibarən hər il bir az daha aşağı düşəcəyi gözlənilir. “Uzun 
müddətli Davamlı İnsan İnkişaf Strategiyası” olaraq adlandırılan yeni proqramın isə 
məqsədi 2015-ci ilə qədər Azərbaycanda yoxsulluq səviyyəsini 10-15%-ə 
salmaqdır"^^. 
2008-
cü ildə minimum əmək haqqlannm arünlması ilə bağlı fərman 
imzalanmışdır. Fərmana görə, 80 manat olan minimum əmək haqqı 2008-cü ilin iyul 
ayından etibarən 105 manat olmuşdur. 2011-cı ildə minimum əmək haqqının 150 
manata qaldırmağı planlaşdıran hökümət, ölkəyə neft pulları daxil olunca bu prosesi 
daha da sürətləndirməyi nəzərdə tutur. Məqsəd dövlət siyasətinə müvafiq olaraq xalqın 
sosyal-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, yoxsulluğun azaldılmasını və xalqın aşağı 
gəlirli hissəsinin həyat səviyyəsinin yüksəltməkdir. 
2001-
2010-ci illər arasında mininun əmək haqqları 38% artmışdır. Xalqın 
maddi gəlirində özəl mülkiyyətə və özəl təşəbbüsə istinad edən fəaliyyətlərdən əldə 
edilən gəlirlər əhəmiyyətli yerə sahibdir. Özəl mülkiyyətin payı və sahibkarlığın 
inkişafı üçün yaradılan imkanlarla bu fəaliyyətlərdən əldə edilən gəlirlər hər il artır. 
' E. S. İmanov - E. M. Babaşov-R. H. Dayıyev, “İqtisadi İslahatlar Şəraitində Əhalinin Sosyal 
Müdafiəsinin Təşkili Məsələləri”, 
Azərbaycanda İqtisadi İslahatların Həyata Keçirilməsi 
Xüsusiyyətləri və Problemlər,
İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, Bakı, 2001, s.l02. 
‘Gov't Says New Program Will Halve Poverty 
Lever,Azemews,
No: 10(400), March 8- March 15, 
2005, 
S.3.

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə