Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə37/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   33   34   35   36   37   38   39   40   ...   310
25 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir.Bu indeks əhalinin rifahını 
ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İnsan İnkişaf İndeksi insan 
inkişafının üç ölçüsünü özündə birləşdirir: 

uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablamr); 

təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali 
məktəblərdə təhsil alanlann say nisbəti əsasında hesablanır); 

layiqli yaşayış standartlan (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında 
hesablanır). 
Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. 
Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqlan və siyasi 
azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz 
bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin 
nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.2009 Hesabatmdakı reytinq 
sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki 
sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, 
daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 
kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası 
daxil edilmişdir. 
2007-ci ilin məlumatları əsasında hazırlanmış 2009-cu il İnsan İnkişafı 
Hesabatına əsasən Azərbaycanda İnsan inkişafı indeksi 0,787-yə bərabərdir və o 182 
ölkə arasında 86-cı yeri tutmaqla "orta" reytinqə malik olan ölkələr sırasındadır. 
2006-cı ilin məlumatları əsasında hazırlanmış 2008-ci il Hesabaüna əsasən 
Azərbaycan İnsan İnkişaf İndeksinin göstəricisi 0,758-ə bərabər olmaqla, 179 ölkə 
arasında 97-ci yeri tutmuşdur. 
BMT-nin qəbul etdiyi qərara görə, 2015-ci ilə qədər yoxsulluq nisbətinin 50% 
azaldılması qarşıya məqsəd olaraq qoyulmuşdur. 2005-ci ildən etibarən BMT-nin 
İnkişaf Proqramı ilə birlikdə “Qara Qızılın İnsan Qızılına Çevrilməsi” layihəsinin 
başladılması planlanmışdır. Belə ki artıq, İlham Əliyev tərəfindən 27 sentyabr 2004-cü 
ildə təsdiq edilən “Qara Qızılın İnsan Qızılına Çevrilməsində Azərbaycanın Neft 
Gəlirlərindən Potensial Faydalanılması” layihəsi 1 2005-ci ilin fevral ayında İqtisadi 
İnkişaf Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında imzalanmışdır. Layihə, 
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Haqqında Dövlət Proqramı və Əsrin 
İnkişaf Hədəfləri çərçivəsində davamlı insan inkişa-fmı təmin məqsədilə Dövlət 
İnvestisiya Proqramı vasitəsilə neft gəlirlərindən faydalı şəkildə istifadə olunmasına 
dair 
makroiqtisadi 
tövsiyələrin 
və 
təhsil 
sisteminə 
investisiyaların 
istiqamətləndirilməsi vasitəsilə qeyri-neft sektorunda fəaliyyətləri artırmaq məqsədilə 
lazımi şəraitin yaradılmasına dair məsləhətlərin hazırlanmasını əhatə edir. 
Hər bir ölkədə makroiqtisadi stabilliyin əldə edilməsi və davam etməsi üçün 
əvvəl siyasi stabillik olmalıdır. Bu baxımadan Heydər Əliyevin iqtidara 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə