Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə34/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   30   31   32   33   34   35   36   37   ...   310
22 


Az
ərbaycan İqtisadiyyatı 
Xülasə, 1995-2003-ci illər, sərbəst bazar iqtisadiyyatına keçidin təməllərinin 
atıldığı, iqtisadi böhramn dərinləşməsinin sona çatması, iqtisadiyyatda şəffaflıq əldə 
edilməyə cəhd edildiyi dövr olmuşdur. 
1.4.
 
MÜSTƏQILLIKDƏN SONRA UÇUNCU DOVR
 
(2003-Cİ İL VƏ SONRAKI DÖVR) 
2003-ci ildən sonrakı dövr müstəqillikdən sonrakı üçüncü dövr olaraq 
dəyərləndirilə bilər.Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevin hakimiyyətə 
gəlməsi ilə siyasi və iqtisadi kurs daha da möhkəm təməllərlə Azərbaycanın inkişafına 
tövhə vermişdi. 
Bu dövrdə; 
1.
İqtisadi böyümənin sürət qazanaraq davam etdirilməsi və iqtisadi siyasətlərin 
gücləndirilməsi, 
2.
İkinci dövlət özəlləşdirmə proqramının qəbul edilməsi ilə enerji sektorunun 
yenidən qurulması və həcminin arünlması, 
3.
Əldə edilən irəliləyişə görə, iqtisadi siyasətlərin sosial istiqamətinin 
gücləndirilməsi, sosial rifah səviyyəsinin artırılması, bunun tərkibində cari 
perspektivdə hökümətin iqtisadi siyasətində enerji sektorunun sürətlə inkişafı 
nəticəsində əldə edilən qaynaqlann digər sektorlara istiqamətləndirilməsi
reallaşdıniması kimi mühüm məqsədlər qarşıda dururdu. 
Azərbaycan hökümətinin beynəlxalq təşkilatlarla etdiyi görüşlər nəticəsində 
məqsədlərdən biri də hazırladığı orta müddətli yeni fəaliyyət proqramı ilə rifah 
səviyəsinin arünlması idi. Bu səbəblə bu mərhələdə tətbiq ediləcək iqtisadi siyasətlərin 
məqsədi ilə daha çox qeyri-neft sektorunun inkişafı qarşıya məqsəd olaraq 
qoyulmuşdur. 
Xammalda neft və neft məhsullarının üstün olduğu neft emalı, kimya, neft- kimya 
sənayesi və elektrik enerjisi sahələri neftin iqtisadiyyatdakı rolunu daha da artırır. 
Lazımi əhəmiyyətin verilməsi halında Azərbaycanda dünya səviyyəsində neft 
məhsullan bazan yaradıla bilər. 
Stratejik əhəmiyyətə sahib olan bu sahələrə son dövrdə böyük miqdarda xarici 
investisiya cəlb olunmuşdur. Sənaye sektorundakı istehsal sahələrində müasirləşdirmə 
və yenidən inşaat üçün lazımi işlər görülür. 
Elektrik enerjisi sənayesi neft və qaz məhsullannm istifadəsinin faydalılı- ğmı 
artırır. Bu sahəyə xarici investisiya daha çox daxil olur. 
İqtisadi inkişaf strategiyasının yaxın perspektivdə əsas məqsədi; iqtisadi 
nizamlamaları dərinləşdirilərək müasir bazar münasibətləri və dünya istehsal 
sisteminin inkişaf tendensiyası əsasında ölkənin iqtisadi sisteminin yeni inkişaf 
səviyyəsinə çatması olacaqdır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə