Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə30/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   26   27   28   29   30   31   32   33   ...   310
18 


Az
ərbaycan İqtisadiyyatı 
sahəsində işləyən 23000 nəfər işini itirmişdir. 100 km avtomobil yolu, elektrik xətti, 
su, təbii qaz xətti və digər infrastruktur vasitələri məhv edilmişdir. 
Naxçıvan Muxtar Respublikası ilə rabitə kəsilərək mühasirəyə alınmış, 130 km 
uzunluğundakı dəmir yolu işğal edilmişdir. Bu səbəblə Naxçıvana sərnişin və yük 
daşınması imkanı ancaq İran ərazisindən mümkün olur. Digər tərəfdən nəqliyyat 
problemini həll etmək məqsədiylə Bakı-Naxçıvan hava yolu nəqliyyatına xərclənən 
transfer xərclərinin dövlət büdcəsinə gətirdiyi əlavə yük 10 milyon dollardır. 
İşğaldan əvvəl İran və Azərbaycan ərazilərindən keçən və Avropadan İran, Orta 
Şərq və Asiya ölkələrinə dəmir yolu vasitəsilə böyük həcimdə yük daşınırdı. Ayda 
təqribən 3000 vaqon yük Azərbaycandan keçirdi. Bu tranzit keçidlərdən əldə edilən 
gəlir imkanından məhrum olmaqla da dövlət büdcəsi böyük itgiyə məruz qalır^\ 
Ümumilikdə 150000 mülki yaşayış evi, 7000 sənaye, kənd təsərrüfatı və digər 
sahələrdəki müəssisələr, 4400 təhsil, mədəniyyət, xəstəxana və digər dövlət 
müəssisələri məhv edilmişdir. 
Yuxarıdakı məlumatlar diqqətə alındıqda Ermənistan ilə müharibə nəticəsində, 
Azərbaycan 25-50 milyard dollarlıq zərərə məruz qalmışdır. 
Ardıcıl olaraq metro, dəniz nəqliyyatı, qatar, dəmir və avtomobil yolu 
nəqliyyatında terror hadisələri törədən Ermənilər, nəticədə aralannda yaşlı qadın, kişi 
və uşaqların da olduğu 2000 insanı qətlə yetirmiş, 10000 nəfəri yaralamış vəya şikəst 
etmişdir. Sadəcə iki metroda törədilən terror hadisələrinin zərəri milyonlarla dollar 
olmuşdur. 
Ermənilər tərəfindən işğal edilən ərazilərdə narkotik bitkilər yetişdirilir və gizli 
yollarla İran, Rusiya və digər ölkələrə daşınır. Füzuli ərazisindəki Horadiz 
qəsəbəsindən Ordubad ərazisinə qədər uzanan 128 km məsafəlik əraziyə ermənilərin 
nəzarət etməsi səbəbiylə narkotik maddələrin mübadiləsi, qaçaqçılıq və yer üstü 
sərvətlərin İrana daşınması daha da artmışdır. Kəlbəcər və Zəngilan ərazilərində 
yerləşən qızıl yataqlan Ermənilər tərəfindən kobud şəkildə istifadə olunur. Bu 
yataqlann xammalı Ermənistandakı Ararat qızıl fabrikinə daşınır. Bu xammal külçə 
halına gətirilərək Rusiya və digər dövlətlərə saülır. Ermənistanın qızıl mədənindən 
əldə etdiyi gəlirinin Ermənistan büdcəsinin təqribən 51%-ni təşkil etdiyi ifadə edilir^^. 
İşğal alündakı region ekolojik aspektdən də təhlükə alündadır. Regiona nüvə 
tullanülan daşınır. 
Digər tərəfdən 25-26 %-i meşə olan işğal altındakı torpaqlann yox edilməsi, 
regiondakı heyvan və bitki növlərinin zərər görməsi də digər bir təhlükədir. Apa- 
‘Azerbaijan Economic Damages and Heavy Tolis Caused by Armenian Aggression’, 
www.economy.gov.az/HTML/aggression.html
 (09.04.2005). 
Təbriz Vəfalı, “Qarabağın İqtisadiyyatımızda İzi”,//ar/)/
Qəzeti,
1-15 Aprel 2003, s.3. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə