Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə31/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   27   28   29   30   31   32   33   34   ...   310
19 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
nlan hesablamalara görə meşəlik sahələrinin təqribən 8-10%-i məhv edilmişdir. Məhv 
edilən sahələrdəki iqtisadi itki isə təqribən 30 milyard dollardır^^. 
Xəzərə axan çaylar vasitəsi ilə ildə 520-530 milyon m^ çirkli su axıntısınm, 500 
milyon m^-i Ermənistan və Gürcüstandan gəlir. 
Ermənistanla müharibə sadəcə Azərbaycanın iqtisadi keçid dövrünə təsir etməklə 
qalmamış, eyni zamanda həmin müharibənin təsiri ilə formalaşan beynəlxalq əlaqələr 
də iqtisadi keçid dövrünə öz təsirini göstərmişdir. 
Erməni işğalı nəticəsində ana vətənindən uzaq düşən köçkünlərin qarşılaşdığı 
problemlərin ən əsaslan təhsil, səhiyyə və işsizlikdir. Bu gün maddi sıxm- ülar içində 
yaşayan köçkünlər müvəqqəti olaraq ölkənin 70 fərqli şəhərində və regionunda 
yaşayırlar. Köçkünlərin qarşılaşdığı problemlərlə sadəcə “Qaçqın və Məcburi 
Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi” deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən 
beynəlxalq və yerli özəl təşkilatlar da maraqlanırlar. Buna baxmayaraq, köçkünlər 
hələ də problemlərlə qarşılaşırlar. Köçkünlərin qarşılaşdığı çətinliklər daha çox 
təhsillə bağlıdır. Bundan əlavə köçkünlər öz uşaqlanna lazımi səviyyədə yemək, libas, 
məktəb üçün ləvazimat ala bilmədikləri üçün onlan məktəbə göndərmirlər. Digər 
tərəfdən çadır şəhərlərinə, yataqxanalara və bir çox regiona yerləşdirilən köçkün 
məktəblərinin texniki imkanları da kifayət deyil. Bu məktəblər eyni zamanda başqa 
məktəblərə bağlı olaraq fəaliyyət göstərirlər. Bu səbəblə təhsil səviyyəsi həmin 
məktəblərdə aşağıdır. Köçkün məktəblərinin təhsil avadanhqlan kifayət qədər 
olmadığı üçün bir çox hallarda tələbələrin məktəbdən uzaqlaşmasına səbəb olurdu. 
Köçkün məktəblərində təhsil səviyyəsinin aşağı düşməsi onların valideynlərinin 
iqtisadi imkansızlığına və onların qarşılaşdığı sosial problemlerlə bağlıdır. Son on ildə 
köçkünlər arasında ölüm hadisələri, xüsusilə, uşaq ölümləri xeyli artmışdır. Köçkünlər 
arasında bir çox xəstəliyin sürətlə yayılması, onların qarşılaşdığı sosial və həyat 
səviyyələrinin çətinlikləri ilə əlaqədardır. Çadır şəhərciklərində, yataqxanalarda və yol 
kə- narlannda, yük vaqonlannda yaşayan insanlar arasında vərəm, malariya, ürək- 
damar, sarılıq və oxşar xəstəliklər geniş yayılmışdır. Burada yaşayan insanlar 
revmatizm və dəri xəstəlikləri ilə də qarşılaşırlar. Bu növ xəstəliklərlə mütəmadi 
olaraq mübarizələr aparılır. Bu mübarizə nəticəsində, 1995-97 illərdə çadır 
şəhərciklərində kütləvi hal alan malariya və qotur xəstəliklərinin qarşısı alınıb. 
Çadır şəhərciklərində yaşayan insanların zəif bəslənməsi köçkünlər arasında bəzi 
xəstəliklərin artmasına səbəb olmuşdur. Son 18 ildə köçkünlər arasında şikəstlərin 
sayında da artış olmuşdur. Bu hal xüsusilə yeni doğulan uşaqlar arasında daha çox 
müşahidə edilir. Araşdırmalara görə, ev şəraitində doğulan uşaqların daha sonra bəzi 
problemlərlə qarşılaşdıqları müşahidə edilir. İşsizlik problemi isə, insanların səhiyyə 
problemləri ilə məşğul olmalarına imkan vermir^'*. 
‘Azerbaijan Economic Damages and Heavy Tolis Caused By Armenian Aggression’. 
www.economy.gov.az/HTML/aggression.html
 (09.04.2005). 
34 
525-ci Qəzet,
09.10.2004.
 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə