Microsoft Word Az ekonomi After Corrections doc


  Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə29/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   25   26   27   28   29   30   31   32   ...   310
17 


Doç. Dr. Osman Nuri Aras, Elçin Süleymanov 
27 şəhər və rayonun ümumi ərazisi 22,7 min km^ idi. Dağlıq Qarabağla birlikdə, 
Naxçıvanın da sərhəd regionlan təsir altında qalmışdır. 17.1 min km^-lik (Azərbaycan 
ərazisinin 20%-i) ərazi isə, hələ də Ermənistanın işğalı altındadır. İşğal edilən yuxan 
Qarabağ ərazisində 87 yaşayış yeri, 7 inzibati rayon, 11 şəhər, 1.3 milyon hektar əkin 
sahəsi, 313 mini iri buynuzlu olmaq üzərə 600 min böyük və kiçik buynuzlu heyvan, 
7000 kənd təsərrüfaü müəssisəsi, 850 təhsil obyekti, 650 səhiyyə mərkəzi, 120 min 
yaşayış yeri tərk edilmək məcburiyyətində qalınmışdır. 
Bundan əlavə regionda 160 körpü, 2300 km sulama kanalları, 15000 km elektrik 
xətti, 2500 transformator, 23000 km su kanalı, 2000 km təbii qaz boru xətti, 20 km 
kanalizasiya xətti, 160 km su tankı, 34 km qaz paylama sistemi, 35000 abunə üçün 
rabitə stansiyası, 4 hava limanı və Bakı-Ağdam, Bakı- Naxçıvan-Yerevan dəmir yolu 
xətti vardır. 
Bununla yanaşı regionda 800 tibb mərkəzi, xəstəxana, poliklinika və s., 719 
mədəniyyət evi, 825 kitabxana, 6 park, 47 musiqi, sənət və rəsm məktəbi, 3 teatr, 3 
qalereya, 300-dən artiq tarixi abidə vardır. 
Regionda maşınqayırma, qida sənayesi, elektrik və struktur materialları kimi 
sahələrdə 180-dən artiq sənaye müəssisəsi fəaliyyət göstərirdi. Bu müəssisələrdə 
18000-dən artiq işçi işləyirdi. 
Kənd təsərrüfatına əlverişli iqlimi və torpaq quruluşunun əlverişli olması 
səbəbiylə regionda 320 kollektiv ferma, 90-dan artıq dövlət ferması və bəzi kənd 
təsərrüfatı birlik və təşkilatlan fəaliyyət göstərirdi. Regiondan ölkənin buğda 
istehsalının 24%-i, üzüm istehsalının 41%-i, kartof istehsalının 46%-i, ət istehsalının 
18%-i və gündəlik heyvan məhsullannm 34%-i əldə edilirdi. Bundan əlavə regionda 
649 min hektar əkinə əlverişli yüksək məhsuldarlığa sahib ərazi, 199 min hektar əkin 
sahəsi və 62000 hektar uzun müddətli əkin sahəsi istifadə edilirdi. 
İşğal altındakı dəmir, civə, xrom, mərmər, əhəng daşı, qızıl və mineral sular 
başda olmaqla təbii ehtiyatlar baxımından zənginliyə sahibdir. Bu səbəblə Azərbaycan 
eyni zamanda zəngin təbii ehtiyatlardan, xüsusilə 39.6 min ton ehtiyata sahib olan 3 
qızıl mədəni yatağından, 4 civə və antimon yatağından məhrum olmuşdur^®. 
İşğal edilmiş region bir çox nadir heyvan və bitki növlərinə də sahibdir. 
1988-ci ildəki erməni təcavüzü nəticəsində yaşlı, qadın və uşaqlann da ara- 
lannda olduğu təqribən 20000 Azərbaycan vətəndaşı ermənilər tərəfindən vəhşicəsinə 
qətlə yetirilmiş, təqribən 4000 nəfər həbs edilmiş və itkin düşmüş, 1050 nəfər şikəst 
qalmışdır. 210000 tələbə təhsil imkanlanndan məhrum qalmış, təhsil 
Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2002,
Birləşmiş Millətlər Təşkilatı 
İnkişaf Programı, 2002, s.59; Nadirov, s.2; Əmiraslanov, s.63. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə