Microsoft Word Az ekonomi After Corrections doc


KEÇİD DÖVRÜNÜN ÜMUMİ QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə36/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   32   33   34   35   36   37   38   39   ...   310
 
KEÇİD DÖVRÜNÜN ÜMUMİ QİYMƏTLƏNDİRİLMƏSİ 
Hər nə qədər beynəlxalq təşkilatlar başda olmaqla xaricdən böyük təsir olsa da, 
sərbəst bazar iqtisadiyyatına keçid və ölkə iqtisadiyyatının, üstünlük qərbə olmaq üzrə 
dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycanın öz seçimi olmuşdur. Digər tərəfdən 
Azərbaycan öz varlığını və inkişafını özü maliyyələşdirmə mövzusunda da böyük yol 
qət etmişdir. 
Keçid dövründə əldə edilən mövqe diqqətə alındıqda, iqtisadi müstəqilliyin ən 
əsas göstəriciləri Azərbaycanda təşəkkül etdiyi görünür: Artıq ölkə ərazisindəki bütün 
təbii ehtiyatlar, sərmayə və iqtisadi potensial böyük nisbətdə Azərbaycana aiddir. 
Ölkənin beynəlxalq səviyyədə tanınan milli pul vahidi (Manat) vardır. Manat ən azı 
Cənubi Qafqazın ən güclü pul vahidi olma istiqamətin- dədir. 
Makroiqtisadi baxımdan ölkədə qət edilən məsafə isə qısaca belə ifadə edilə bilər: 
Son 15 ildə ölkədə ÜDM 4 dəfə yəni 400%, sənaye istehsal həcmi 30%, kənd 
təsərrüfatı və heyvandarlıq sektorunda istehsal həcmi 61%, investisiya həcmi 18.8 
dəfə, nağd pul gəliri 4.5 dəfə, orta aylıq əmək haqqı 7.6 dəfə, xarici ticarət həcmi 5.5 
dəfə, dövlət büdcə gəlirləri 8.6 dəfə artmışdır. Keçən dövr 
24 


Az
ərbaycan İqtisadiyyatı 
ərzində 17 orta və uzun müddətli dövlət proqramı qəbul edilərək tətbiq edilmişdir. Bu 
da ölkədə davamlı inkişaf mərhələsini və iqlimini yaratmışdır. Son qəbul edilən 
regional sosial-iqtisadi inkişaf proqramı isə regional və sektoral inkişaf aspektindən 
aülan ən əhəmiyyətli addım olmuşdur. 
Ancaq, təbii ehtiyatları hüquqi nöqteyi nəzərdən Azərbaycana aid olmaqla 
birlikdə, bu mülkiyyətin iqtisadi baxımdan həyata keçirilməsində bəzi problemlər 
vardır. Bu problemlərin mövcud olması, müstəqilliyi inkişaf etdirmə və sərbəst bazar 
iqtisadiyyatına keçid dövrünün təbii bir göstəricisi olaraq dəyərləndirilməlidir. Əsas 
olan problemlərin həllinə qovuşması üçün lazımi tədbirlərin gecikmədən və doğru 
şəkildə alınmasıdır. 
Keçid 
dövrünün 
başlanğıcından 
etibarən 
dövlətin 
funksiyalannda 
dəyişikliklərdən başqa iqtisadiyyatda köklü dəyişikliklərin həyata keçirilməsi 
nəticəsində qiymətlərin sərbəstləşdirilməsi mövzusuna üstünlük verilərək mühüm 
tədbirlər həyata keçirilmiş, dövlət saünalmalarını bazar mexanizminin xaricində tutan 
tədbirlərə son verilmişdir. Bundan əlavə xarici ticarətdə tətbiq olunan miqdar 
məhdudiyyətləri qaldınlaraq, qeyri-sabit valyuta rejimi qəbul edilmişdir. 
Digər tərəfdən keçid dövründə keçən 15 ildən artıq bir müddət ərzində əldə edilən 
mövqedə makroiqtisadi göstəricilər etibarilə iqtisadiyyatda stabillik də əldə 
edilmişdir: Manatın dəyəri stabildir, infilyasiya çox aşağı nisbətdədir, büdcə kəsirləri 
çox aşağıdır, ÜDM real olaraq qənaətbəxş nisbətdə və stabil olaraq artır. 
Dünya Bankı, Beynəyxalq Valyuta Fondu, BMT İnkişaf Proqramı və Asiya 
İnkişaf Bankı kimi təşkilatlar, hökümət tərəfimdən ölkədəki makroiqtisadi sta- billiyin 
mühafizəsinə istiqamətləndirilən siyasəti müsbət dəyərləndirirlər. Bu təşkilatlar, 
monopoliya, qanunsuzluq, iqtisadiyyatda tarazlı sektoral və regional inkişaf ilə 
əlaqədar problemlərin isə, hələ də davam etməkdə olduğunu ifadə edirlər. 
Digər tərəfdən BMT tərəfindən nəşr olunan İnsan İnkişaf İndeksinə^* dair 
hesablamalara görə, 1996-cı ildən başlayaraq ölkədə İnsan İnkişaf İndeksinin stabil 
artış trendi seyr etdiyi müşahidə olunur. 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf 
Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatf'nda 
BMT İnkişaf Proqranu 1990-cı illərdən başlayaraq iUik qlobal və milli bəşəri inkişaf haqqmda 
məlumatlar nəşr olunmaqdadır. Hər bir ölkənin bəşəri inkişafım müəyyən edən məlumatlardan ibarət 
Bəşəri İnkişaf İndeksi əsasən ölkələrin reytinqini təqdim etməkdədir. 177 dövlətin iştirak etdiyi 
Bəşəri İnkişaf İndeksi Ulik olaraq BMT tərəfindan haznlanmaqdadrr. Bu endeks adam başına gəlir, 
təhsil, tibbi xidmət və ömrün uzunluğu əsasmda hesablanmaqdadn: BM İnkişaf ProqramTnm 
(UNDP) hazırladığı ‘İnsani İnkişaf Raportu’ UNDP’nin sait iqtisadi böyüklüklərə dayanan Xalis 
Olmayan Milli Gəlir əvəzinə, milli gəhr rəqəmləri ilə yanaşı, səhiyyə, təmiz və etibarlı su və qida əldə 
edə bihnə, təhsil imkanlarmdan istifadə edə büme imkam kimi bir çox sosyo-mədəni kriterləri nəzərə 
alaraq hazırladığı üç ana indeksə əsaslanaraq hesablanan insani inkişaf səviyyəsi insanlann yaşam 
tərzlərini sadəcə maddi/pul ölçüləriylə deyil ‘yaşamaq keyfiyyəti’ baxmımdan dəyərləndirməyi 
məqsədini güdür. Azərbaycan Respubhkasmda BMT’nm İnkişaf Proqrammm təşəbbüsü ilə insan 
inkişafı ilə əlaqə-dar məlumatlar 1994-cü ildən etibarən hesablanmaqdadır. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə