Microsoft Word Az ekonomi After Corrections doc



Yüklə 3,46 Mb.
Pdf görüntüsü
səhifə52/310
tarix20.02.2023
ölçüsü3,46 Mb.
#101152
1   ...   48   49   50   51   52   53   54   55   ...   310
42 


Az
ərbaycan İqtisadiyyatı 
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004 tarixli fərmanı ilə təsdiq 
edilən “Azərbaycan Respubliksı Regionlarının Sosial-İqtisadi İnkişafı Haqqında 
Dövlət Proqramf’nda müəyyənləşən hədəflərdən biri də dövlət müəssisə və 
təşkilatlarının özəlləşdirilməsinin sürətləndirilməsidir. 
Bu çərçivədə, özəlləşdirmənin ikinci mərhələsi əsasən orta və böyük həcmli 
şirkətlərin özəlləşdirilməsini əhatə etməsinə baxmayaraq, kiçik şirkətlərin 
özəlləşdirilməsinin qurtarmasına daha çox diqqət ayrılmışdır. 
Tətbiq edilən islahatlar nəticəsində kiçik fırmalann demək olar ki hamısı 
özəlləşdirilmişdir. Təsərrüfat sektorunda da önəmli hesab edilə biləcək işlər 
görülmüşdür. Özəlləşdirilən kiçik şirkətlərin ümumi aktiv dəyəri ÜDM-nin 6.5%-i 
qədərdir. Ancaq, böyük həcmli şirkətlərin özəlləşdirilməsində eyni müvəffəqiyyət 
əldə edilə bilməmişdir. İslahatlar dövrünün başlanğıcından bəri 1.065 orta və böyük 
həcmli şirkətlər səhmdar cəmiyyətlərə çevrilərək hərrac üsulu ilə özəlləşdirilmişdir. 
Kiçik və orta həcimli şirkətlərin əksəriyyəti özəlləşdirilməsinə baxmayaraq, 
böyük həcmli dövlət şirkətlərinin özəlləşdirilməsi prosesi çox yavaş davam 
etməkdədir. 
Özəlləşdirmə prosesinə qoşulan xarici investorların qoyduqları investisiyalar isə, 
hər keçən gün arür. 
Əldə edilən nailiyyətlərə baxmayaraq özəlləşdirmənin və formal islahatlann 
yavaş Hərlədiyi də gözdən qaçmamalıdır. 
Çox təəssüf ki, 1995-ci ildən etibarən həyata keçirilən islahatlar (özəlləşdirmə), 
təsərrüfat sektorunda gözlənilən nəticələri vermədi. Həyata keçirilən islahatlar bəzi 
sahələrdə iqtisadi daralmanın daha da dərinləşməsinə səbəb olmuşdur. Bundan əlavə 
özəlləşdirilən təşkilatlarda uzun illərdir işləyənlərin işsiz qalması da önəmli 
problemlərdəndir. 
Digər tərəfdən çeklərlə həyata keçirilən özəlləşdirmə prosesi də gözlənilən 
nəticələri vermədi. Ölkədə səhmdar cəmiyyətləri qrupu təşəkkül etməməsi nəticəsində 
vətəndaşlar da özəlləşdirmə prosesində fəal olaraq iştirak edə bilmədilər. Belə bir hal 
ilk dövrlərdə yaransa da, dövlət nəzarətinin zəif olması və sosial nəzarət imkanlarının 
tətbiq olunması üçün lazımi huquqi bazanın mövcud olmaması səbəbiylə səhmdar 
cəmiyyətlər müəyyən problemlərlə üzləşdilər. Nəticədə insanlar öz özəlləşdirmə 
paylanm satmağa başladılar, səhmdar cəmiyyətlərin sayı ilk dövrlərdə 100 min 
ətrafında olmasına baxmayaraq, bu gün bu rəqəm 50 minə düşmüşdür. Bu 
özəlləşdirmə eyni zamanda dövlət büdcəsində olan sərvətlərin miqdarına da mənfi 
təsir göstərməkdədir. 

Yüklə 3,46 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   310




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə